Oxford köynəyi hansılardır? Oxford köynəkləri bir növ klassik kostyumla qeri-formal flaneli məhsulları arasında olan tərzdir. Bu səbəbdən də, onu qeyri-ciddi dress-kod şərti nəzərə alınmaqla, rahatlıqla işə geyinmək mümkündür. Eyni zamanda bu tərzi işdən sonra dostlara gəzinti zamanı da düşünmək mümkündür. Əgər ümumiyyətlə oxford köynəyiniz yoxdursa, əldə etmək haqında düşünün. Bu cür köynəklər bütün il ərzində qarderobunuzda sizə inanılmaz rahatlıq yaradacaq.

Oxford köynəklərlə adi köynəklərin fərqi

Bu köynəkləri digər köynəklərlə səhv salmamaq üçün aşağıdakılara diqqət yetirin:

  • Köynəklərdə Oxford adlı parçadan istifadə edilir. Sözü gedən parça xüsusi texnalogiya istifadəsi ilə pambıq parçalardan hazırlanır. Onun fərqli xüsusiyyəti yumşaq və bununla yanaşı möhkəm relyef teksturaya malik olmasındadır.
  • Arxa nahiyyəsində, bel hissəsində olan qatlama tikiliş rahat geyinilmə və istifadəni rahatlaşdırmaq üçün nəzərdə tutulmuşdur.
  • Adətən düyməli uzun boyuna sahib olur, astarsız və qalın fiksasiyaya malik olur. O geyinilən bədəndə formanı tikilişin xüsusiyyətlərinə və parçanın sıxlığına görə qoruyub saxlayır.
Oxford köynəklərinin tarixcəsi

Əslində oxford köynəklərinin Oxfordla əlaqəsi yoxdur. Onların istehsalı  başqa şəhərdə baş vermişdir. Onun tarixcəsi 19-cu əsrdə Şotlandiyadan başlayır. Bu illər ərzində klassik köynəklər həddindən artıq bahalı idilər. Bu səbəbdən də, yerli tekstil fabrikləri müxtəlif parçalardan təcrübə aparmalı olurdular. Məqsəd qiymətin ucuz başa gəlməsi, cəmiyyətin orta səviyyəsi üçün münasib qiymətlərə köynəklərin istehsalı idi. Nəticədə 4 növ yeni material ixtira edildi. Həmin yeniliklər o zamanın ən məşhur universitetlərinin şərəfinə adlandırıldı: Harvard, Cambridge, Oxford və Yale.

Bir müddət sonra 3 növ parçanın alıcığının olmadığı, Oxfordun isə gözləntiləri üstələdiyi məlum oldu. O həm yumuşaq, eyni zamanda möhkəm və dayanıqlı alındı. Çox fərqli relyef strukturuna sahib oldu.

Ənənəvi oxford köynəklər button-downboğazlığına sahibdir. Tərzin və parçanın məşhurlaşmağında ABŞ kişi geyim markası olan Brooks Brothers şirkəti oldu. 1896-cı ildə şirkətin nümayəndəsi John E. Brooks ingiltərədə olduğu zaman qolf  oyunçularının oynayan zaman köynəyin boynunu mane olmaması səbəbindən qatladıqlarını gördü. Bu fikirdən ilhamlanaraq Brooks köynəyin görkəmi və tərzi üzərində işləmək qərarına gəlir. Köynəyin boyununu düymə ilə bərkitmək ideasını irəli sürü. Nəticədə şirkətin yeni köynək modelləri sürətlə məşhurlaşdı və satış rekord göstəriyə çatdı.

20-ci əsrin ortalarında oxford köynəkləri öz məşhurluğunun pik hədinə çatdı. Köynək Amerikada Polşa Liqasının geyim elementlərinə daxil olundu. Bir müddət sonra isə, Böyük Britaniyada at sürməkdə istifadə olundu. Bu günə qədər də oxford köynəklərinə maraq azalmamışdır. Düzü yaxın illərdə də həvəsin azalmayacağı düşünülür.

Alış zamanı nələrə diqqət yetirilməlidir?

Əgər siz bu planda olan  köynəklərlə bağlı ilk dəfə seçim edirsinizsə, aşağıdakı məsələlərə xüsusi diqqət yetirməyi məsləhət verərdik:

  • Ənənəvi olaraq oxford köynəklərinin istehsalında pambıq saplardan istifadə edilir. 100% pambıqdan olan parçalar isə havakeçirilicilik və yumşaqlığı ilə seçilir. Bu səbəbdən də, imkan varsa, məhs bu cür köynəklər almağa çalışın.
  • Baza seçimi olaraq klassik rənglərə üstünlük verməyə çalışın – mavi, ağ. Daha sonra siz rənglərlə müxtəliflik, dizaynda fəqlilik yarada bilərsiniz.
  • Uzun qollu köynəklərdən istifadə etməyə çalışın. Onları geyinən zaman qollarını da qatlaya bilərsiniz. Qısa qollu variasialardan istifadə etmək məsləhət deyil (bu halda polo köynəklərə üstünlük verin).

Bu köynəklərlə bütünlükdə geyim komplektinin seçiminə gəldikdə, problem yaranmamalıdır. Oxford köynəklər fərqli obrazlara tamamilə uyğun gələ bilir. Jemperlərlə, pencəklərlə, kardiqanlarla gözəl görünür. Köynəklər, cins şalvarlar və idman ayaqqabıları ilə də maraqlı görünəcəkdir.

Beləliklə, oxford köynəklərinin bütün xüsusiyyətləri barədə məlumatlı olduqdan sonra, onları qarderobunuza daxil etməyə çalışın. Köynəyə sahib olduqdan sonra həqiqətən də fərqli obrazları asanlıqla yarada biləcəyinizdən özünüz də təccüblənəcəksiniz.

Kişi geyimində buraxılan 25 səhvKişi qol saatlarının seçilməsində 5 nüyans

Fikirlərinizi bildirin.