Ötmə və qarşılıqlı keçmə (maddə 51)

78
Ötmə və qarşılıqlı keçmə (maddə 51)

Ötmə və qarşılıqlı keçmə (maddə 51)

I.Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

1)girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o qarşıdan gələn bu zolaqda gedən nəqliyyat vasitəsi üçün maneə yaratmayacaq (şəkil 1);

2)eyni zolaqda arxasınca gәlәn NV onu ötmәyә başlamayıb, özündәn qabaqda gedәn NV isә ötmә, sola dönmә, yerdәyişmә barәdә siqnal vermir (şəkil 2, 3);

3)qarşıdan gәlәn vә bu zolaqda gedәn nәqliyyat vasitәlәri üçün tәhlükә vә ya maneә yaratmadan çıxmaq istәdiyi hәrәkәt zolağı kifayәt edәn mәsafәdә boşdur vә iki nәqliyyat vasitәsinin nisbi sürәti ötmәni kifayәt qәdәr qısa müddәtdә başa çatdırmağa imkan verәcәkdir.

II.Relssiz nәqliyyat vasitәsini yalnız sol tәrәfdәn ötmәyә icazә verilir. Lakin sürücüsü sola dönmә siqnalı verәn vә manevrә başlayan nәqliyyat vasitәsini sağ tәrәfdәn ötmәk lazımdır (şəkil 4).

III.Ötmәnin sonunda (sağ tәrәfdәn ötmәyә icazә verilәn hallardan başqa) sürücü әvvәl tutduğu hәrәkәt zolağına qayıtmalıdır (şəkil5). Lakin eyni istiqamәtdә hәrәkәt üçün iki vә daha artıq zolaq olduqda, ötәn sürücü әgәr әvvәl tutduğu zolağa qayıdıb dәrhal yenidәn ötmәyә başlamalı olacaqsa vә onun arxasınca daha yüksәk sürәtlә gәlәn nәqliyyat vasitәlәri üçün maneә yaratmayacaqsa, sol zolaqda qala bilәr (şəkil 6).

IV.Hәrәkәt sürәtini artırmaqla vә ya başqa hәrәkәtlәrlә ötәn nәqliyyat vasitәsinin sürücüsünә maneçilik törәtmәk qadağandır.

V.Ötmә:

1)nizamlanan yolayrıclarında – әks-istiqamәtli hәrәkәt zolağına keçmәklә (şəkil 7, 8) vә nizamlanmayan yolayrıclarında – baş yol olmayan yolla hәrәkәt etdikdә (hәrәkәtin dairәvi olduğu yolayrıclarında ötmә, yanqoşqusu olmayan ikitәkәrli nәqliyyat vasitәlәrini ötmә vә icazә verilmiş sağdan ötmә istisna edilmәklә) (şəkil 9, 10, 23, 24, 25);

2)piyada keçidlәrindә – piyadalar olduqda (şəkil 11);

3)dәmiryol keçidlәrindә vә onlara 100 metrdәn az qaldıqda (şəkil 15, 26);

4)ötәn vә ya yanından keçәn nәqliyyat vasitәsini (şəkil 13, 21, 22);

5)yoxuşun axırında vә yolun mәhdudiyyәtli görünüşlü digәr sahәlәrindә — әks istiqamәtli hәrәkәt zolağına çıxmaqla (şəkil 14, 27, 28);

6)tunellәrdә qadağandır (şəkil 15).

VI.Yaşayış mәntәqәlәrindәn kәnarda asta gedәn vә ya iriqabaritli NV-ni ötmәk çәtinlәşdikdә, sürücü NV-ni mümkün qәdәr sağa çәkmәli; lazım gәldikdә isә arxasında yığılmış nәqliyyat vasitәlәrini buraxmalıdır.

VII.Qarşılıqlı keçmә çәtinlәşәn hallarda – hansı sürücü tәrәfdә maneә varsa, hәmin sürücü yol vermәlidir (şəkil 16, 29, 30, 31). 1.13 vә  1.14 nişanları (şəkil 17) ilә işarәlәnmiş yerlәrdә maneә olduqda, enişlә aşağı hәrәkәt edәn nәqliyyat vasitәsinin sürücüsü yoxuşla yuxarı gedәn nәqliyyat vasitәsinә yol vermәlidir (şəkil 18, 32).

Online sürücülük imtahan testləri 47 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləDünyanın ən elit sex-klubunda əslində nələr baş verir (şəkillər əlavə edilir)?
Növbəti məqaləDayanma və durma (maddə 52)

Fikirlərinizi bildirin.