Orqanik məhsullar. Onlar həqiqətən xeyirlidirlərmi? Bir çox insanlar özlərinə sual verirlər: həqiqətəndə orqanik meyvə və tərəvəzlərə artıq pul xərcləmyə dəyərmi? Həqiqətən də onlar yaxşı, təhlükəsiz və daha çox keyfiyyətlidirlər?

Amerika Pediatriya Akademiyasının (Forman, Silverstein, Committee on Nutrition, and Council on Environmental Health, 2012) məlumatlarına görə orqanik məhsullar bizlərə olan pestisiodların və antibiotikorezialı bakteriaların təsirini azalda, ətraf mühüt üçün daha xeyirli olan və kiçik kənd təsərüffaları biznüesinin qorunmasında yardımçı ola bilər.

Lakin, qida dyəri baxımından adi məhsullardan çox az nüyansları ilə seçilir. Hələki orqanik məhsulların qida qəbulu zamanı təsiri istiqamətləri ilə bağlı tam araşdırmalar aparılmadığından, onların sağlamlığı dahada yaxşılaşdırması və xəstəliklərin yaranma riskinin (Smith – Spangler et al., 2012) aradan qıldırması ilə bağlı nələrisə dəqiq söyləmək düzgün olmazdı.

Aydın məsələdir ki, orqanik məhsullarla ənənəvi fermer təsərufatı barəsində aparılan mübahisələr və fikir ayrılıqları qaida qəbulu və sağlamlıq barədə çərçivələrdən kənara çıxır. Bu daha çox siyasət və şəxsi maraqlarla bağlı olan məsələlərdir. Bu səbəbdən də, yaranmış vəziyyətin indiki halını müzakirə etmək və mümkün qədər aydınlatmaq istərdik.

İlk olaraq ondan başlayaq ki, “orqanik” termini kənd təsərüfatı sahibləri tərəfindən məhsulların yetişdirilmə və becərilmə formasına aid edilərək meyvələri, tərəvəzləri, maldarlığı, süd məhsullarını əhatə edir.

Orqanik məhsullar adını yalnız Kənd Təsərüfatı Nazirliklərinin orqanik anlayışı standartlarından keçmiş və bu kriteriyalara cavab verən məhsulları adlandırmaq mümkündür. (Qeyd: “Natural”, “təbii”, “hormonlarsız” kimi sözlər “orqanik” termininin sinonimi hesab edilmir). Orqanik kənd təsərüfatı ilə məşğul olan fermerlər heç bir kimyəvi əlavələrdən istifadə etmirlər, iynələr və ya dərmanlar tökmürlər.

Bununla yanaşı onlar yetişdirmə zamanı boy hormonlarından istifadə etmir, yarana biləcək xəstəliklərin qarşısını almaq üçün və ya heyvanların tez böyüməsi üçün proflaktik tədbirlər məqsədi ilə antibiotik vasitələri işlətmirlər.

Nəticədə orqanik meyvə və tərəvəzlər adi məhsullara nisbətən, təxmini 30% baha ola bilir.

Bəs bu qiymət həqiqəti əks etdirirmi və ya ümumiyyətlə bu qiymətə dəyərmi? Bəzi idmançıların fikrincə orqanik məhsullar dad baxımından daha dadlıdırlar. Arda-arda aparılmış analizlərin nəticələrinə görə həqiqətəndə orqanik məhsulların tərkibində digər məhsullara nisbətən çox mineral maddələr mövcutdur. Lakin, bu fərq olduqca cuzidir (Winter and Davis, 2006). Bu fərqi isə sadəcə adi şəkildə yetişdirilmiş məhsulları daha çox istifadə etməklə əvəzləmək mümkündür.

Orqanik məhsulların xeyrinə səsləndirilən fikirlərdən biri – orqanizimdə pestisidlərin səviyyəsinin azaltmasında və xərçəngin yaranma riskinin aşağı düşməsindədir. ABŞ-ın Ətraf Mühitin Qorunması Agentliyinin 100-1000 diapazonları arasında pesisid qalıqları barədə müəyyənləşdirdiyi sandartlara əsasən yarana biləcək kənarlaşmalar elmi cəhətdən əsaslandırılmışdır. Beləliklə adi meyvə və tərəvəz qalıqlarının insan orqanizminə heç bir ziyanlı təsirləri mövcut deyildir.

Richard Banannon fikrincə ən-ənəvi şəkildə yeişdirilən məhsulların 65-75%-i orqanizm üçün ziyanlı maddələr formalaşdırmır.

2005-ci ildə 13 621 növ məhsulun üzərində aparılan araşdırmalar zamanı pestisid qalıqların normadan artıq faiz dərəcəsinin yalnız 0,2% ola biləcəyi müəyyən edilmişdir. Nəticə etibarı ilə professor Bananno “orqanik” adı altında satışın həyata keçirilməsini yalnız marketinq həmləsi olduğunu düşündüyünü bildirmişdir. Hər tərəfdə aparılan reklamlar sayəsində bu məhsulların satışı daha çox gəlir götürmək məqsədi ilə edilir.

Orqanik məhsullar. Onlar həqiqətən xeyirlidirlərmi

Orqanik məhsullara və “tamami ilə təbii məhsullara” üstünlük verərkən siz qida ehtiyaclarınızı azaldırsınız. Nəticədə obesogens adlı adlı maddələrin artımı baş verə bilir. Bu kimyəvi birləşmələr daha böyük piy toxumalarının yaranmasına səbəb ola bilir. Yarımfabrikat məhsullarında, dərman vasitələrində və bəzi sənaye məhsullarında (misal olaraq plasmasda) rast gəlinən maddələr sizin metobolik prosesinizi zamanla dəyişə bilər.

Hormonal balnas pozulduqda isə bəzi insanlarda sürətli kökəlmə halları baş verə bilir. Sözü gedən dəyişikliklər adətən uşaq yaşlarında normadan artıq kökəlmə, potoloji kökəlmə, 2-ci dərəcəli şəkər xəstəliyi yarada bilir.

Yuxarıda sözü gedən bütün maddələrlə bağlı yenidən və çox ciddi araşdırmalara böyük ehtiyac vardır. Onların insan orqanizminə və ətraf mühitə təsiri istiqamətləri araşdırılmalıdır. Hələki araşdırmalar və nəticələrin tam müəyyən edilməməsinin özü təbii yolla yetişdirilmiş məhsullara üstünlük verməyimiz mənasına gəlir. Çalışın meyvə və tərəvəzlər alarkən onların plastik bağlamalarda olmamasına xüsusi diqqət yetirin.

Bəs ac, eyni zamanda maddi imkanı zəif olan idmançı necə etməlidir?
  • Qida qəbulu zamanı fərqli seçimlərə üstünlük verməlidir. Beləliklə spesefik pestisid qalıqlarının təsirini azaltmış olar.
  • Məhsullar istifadədən öncə ilıq suda təzyiq altında meyvə və tərəvəzlər ciddi cəhtlə yuyulmalıdır. Bu şəkildə siz 99% pestisid qalıqlarından can qurtarmış olarsınız.
  • Almaları, kartofu, kökü, armudun qabığını soyduqdan sonra yeyin (ancaq unutmayın, onların qabıqlarında olduqca önəmli qida əlavələri mövcutdur).
  • Kələmin və kahının isifadədən öncə baş tərəfini kəsib çıxarın.
  • Çox tez-tez istifadə etdiyiniz məhsulların orqanik növlərini almağa çalışın. Misal olaraq, əgər siz gün ərzində beş dəfə alma yeyirsinizsə, çalışın orqanik şəkildə yetişdrilmiş almalar olsun.

Ekoloji təhlükəsizlik barədə Araşdırma Mərkəzinin ekspertlərinin fikrincə pestisidin ölçülmə norması olduqca liberal məna daşıyır. Onlar daha çox orqanizimdə qalıq yarada biləcək məhsulların orqanik növlərini almağı məsləhət görürlər. Bu siyahıya adətən alma, bibər, ərik, çiyələk, idxal edilmiş şafdalılar, üzüm, noxud, soğan, xiyar və kartof aid edilir.

Pulunuza qənaət etmək üçün orqanik olmasa belə, təbii yolla yetişdirilən məhsullara üstünlük verin. Eyni zamanda qabığı soyulması mütləq olan və orqanizimdə maksimal dərəcədə az qalıqla nəticələnən məhsullara üstünlük verin. Bunlar: kivi, ananas, manqo, kantalupa, batat, avokado, badımcan, qarğıdalı və yaşıl noxud hesab edilir.

Eyni zamanda da önəmli məsələlərdən biri, yerli isehsal mallarına üstünlük verməyinizdir. Sahibkarlar əlavə daşınma xərcləri çəkmədiklərindən məhsulun tez yetişməsi və boy verməsi üçün daha az kimyəvi vasitələrə əl atırlar. Eyni zamanda set marketlərdə satılan məhsullardansa meyvə-tərəvəz bazarlarında olan məhsullar daha təzə və kənar təsirsiz ola bilirlər.

Tərəvəzlərin xeyri barədəDukan pəhrizində tərəvəzlərSatışda olan şirələrdə şəkərin miqdarı nə qədərdir?

Fikirlərinizi bildirin.