Onun 80 arvadı olub-mormon liderləri. Warren Steed Jeffs – 2002-ci ildən etibarən İsa Məsihin sonuncu gün müqəddəslərinin fundamentalist kilsəsinin başçısı olub. Lakin, 2007-ci ildən etibarən həbs edilmişdir. 2011-ci ildə isə ona ömürlük həbs cəzası verilmişdir.

İsa Məsihin sonuncu gün müqəddəslərinin fundamentalist kilsəsi nə deməkdir?

Bu mormonluq inancının bir qoludur. İlk mormonların adət-ənələlərinin davamçılığı hesab edilir. Bu təriqətə əsasən çox arvadlılığa icazə verilir. Lakin, bu ABŞ qanunvericiliyinə əsasən yolverilməzdir.

Onun 80 arvadı olub-mormon liderləri

Marmonlar ABŞ-da 19-cu əsrdən etibarən reformalaşmış protestant cəmiyyəti kimi yaranmışdır. İlk zamanlar onlar poliqamiyanı təcrübədən keçirirdilər. Lakin, 20-ci əsrin əvvəllərində mormonarın lideri poliqamiyanın qadağasını irəli sürdü. Bundan narazı qalan bir çoxları yığışaraq Texasda və ABŞ-ın digər ştatlarında öz kilsələrini yaratmağı qərarlaşdırdılar. Onlar bu gün Mormon fundamentalisləri kimi tanınırlar.

Warren Steed Jeffs kimdir?

20-ci əsrin ortalarında mormon fundamentalizmində növbəti fikir ayrılıqları yaranmağa başladı. Xeyli sayda qollar və yönlər yarandı. Bu parçalanmalar arasında İsa Məsihin sonuncu gün müqəddəslərinin fundamentalist kilsəsi daha çox seçilirdi. Bu ad 1991-ci ildə yaranmışdır. İlk vaxtlar kilsənin lideri Rulon Timpson Jeffs idi. Ancaq, 2002-ci ildə 92 yaşında dünyasını dəyişmişdir.

Onun 80 arvadı olub-mormon liderləri

Rulonun həyatı haqqında bir çox fikirlər mövcutdur. Bəzi mənbələrə görə onun 75 arvadı və 65 uşağı var. Digər mənbələrdə isə bu rəqəmlər 20 qadın və 60 uşaq kimi göstərilir. Yazıçı Jon Krakauer mormon fundamentalizmini araşdırarkan qətiyyətlə Rulonun qızları 14 yaşından arvadlığa götürdüyünü dilə gətirmişdir.

Onun 80 arvadı olub-mormon liderləri

Ölümündən sonra Rulonu onun oğlu Warren Jeffs əvəzlədi. Atasının ölümündən sonra o özünü yeni lider kimi təqdim etdi və atasının dul arvadlarını da özü aldı. Həmin illərdə Warrenin 47 yaşı var idi. Çox gümankı dul qalan həyat yoldaşlar elə Warrendən də yaşca kiçik idilər.

Jeffs ailəsinin uğuru kilsə əhlinin bir mənalı olaraq onların seçilmiş olmalarına inanmağı ilə bağlıdır. İnsanların fikrincə Warren Jeffs Allahın seçilmiş bəndəsidir. Kiləsinin lideri “cəmiyyətin lideri” statusuna sahibdir.

Warren Jeffs kilsənin lideri olaraq üzvlər arasında nigaha razılıq verə biləcək yegənə insan idi. Bəzən günahı olan kişiləri onların arvadlarını və uşaqlarını başqa kişilərə satmaqla cəzalandırırdı.

Warren Steed Jeffsin həbsi

Onun 80 arvadı olub-mormon liderləri. 2004-cü ildən etibarən polisə azyaşlı qızların böyük kişilərlə nigahları ilə bağlı şikayətlər başlanıldı. Məlumatlara görə Jeffs hər iki cinsdən olan uşaqlarla cinsi əlaqəyə daxil olurdu. Bu səbəbdən də, hökümət idarələri kilsədə qanunsuz nigah bağlanması kimi məsələləri araşdırmağa başladı.

2007-ci ildə polis Warreni saxlayır. Yuxarda söhbət açılan əməllər üzrə dəlillər əldə edə bilir. Məhs bu zaman bir çox marmon kiləsisnin uşaqları ictimaiyətə və mediyaya açıq şəkildə yaşadıqları hadisələri danışmağa cəsarətləndilər. Nəticədə liderin davamlı olaraq uşaqlarla cinsi münasibətdə olduğu təsdiqləndi.

2007-ci ildə Jeffs hökümətin təkidi ilə kilsənin prezidenti vəzifəsindən istefa verir. Lakin bir çoxları hələdə onun liderliyinə inanır və itaət edir. Bu zamanlar o artıq türmə həyatını yaşayırdı.

2011-ci ildə baş tutan məhkəmə prosesində ömürlük həbs cəzası kəsildi. Bundan başqa ömürlüklə birlikdə 20 il və 10 min dollar cərimə hesablandı.

Warrenin 2038-ci ildə vaxtından əvvəl azadlığa çıxmaq şansı olacaq. Bu yenədə məhkəmənin qərarından aslıdır. O zaman isə məhbus 82 yaşında olacaq. 2005-ci ildə Warren atasının göstəricilərini üstələyərək 87 arvada və 60 uşağa sahib idi.

Sexsə münasibətiniz TESTİnsan həyatı boyunca sexsə nə qədər zaman ayırır?

Fikirlərinizi bildirin.