“Only sex” münasibətləri üçün 12 qayda. İngilis dilində belə bir ifadə var – “Sex buddy”.  Yəni, yalnız sex üçün yada ümumiyyətlə yataqda xoş vaxt keçirmək üçün görüşdüyün oğlan və ya qız. Bu ciddi münasibətlərə başlamağa hazır olmadığınız müddət ərzində olduqca rahat variant hesab edilir. Ən azından sexual ehtiyaclarınızı ödəmiş olursunuz. Bu cür münasibətləri necə qorumaq olar, sərhədləri necə keçməməyə çalışmalıyıq? Bütün bunlar haqqqında bu günkü məqaləmizdə oxuya bilərsiniz.

  • Sevməyin. Sevmisinsə susmayın. Bu oldquca önəmli qaydadır. Heç bir halda vurulmayın. Birlikdə olan zaman yalnız sex haqqında düşünün. Susqunluq bu kimi münasibətlərin normada saxlamağa olduqca yardımçı olur. Biz demək istəmirik ki, siz sex zamanı heç bir səs çıxartmadan susmalısınız. Yox, sadəcə sex buddy münasibətlərində hislərinizdən danışmaq, həyatınız haqqında nəql etmək yersizdir. Unutmatyın: o sizin dostunuz deyil, o sadəcə sizinlə birlikdə bir neçə saatlıq xoş vaxt keçirməyə gəlir. Lakin, əgər icazə verilməyən həddi keçmisinizsə, yəni artıq vurulmusunuzsa, üz-üzə oturun və birlikdə müzakirə etməyə çalışın. Yalnız bu halda münasibətlərinizin yeni mərhələyə keçid alacağına dair qərar verə bilərsiniz.
  • Sex portnyorunuza hörmətlə yanaşın. İlk olaraq o da qarşılıqlı həzz almaq istəyən insandır. İkincisi isə, birlikdə bir-birinizə qarşı hörmət etdikcə və diqqətli yanaşdıqca sexi daha rəngarəng yaşaya bilərsiniz. Sex buddy zamanı almaqla yanaşı verməyi də bacarmaq gərəklidir. Hər dəqiqə “bunun yalnız sex olduğunu anlayırsan?” sözünü demək doğru olmaz. Eyni zamanda orqazma çatıb, rahatladıqdan sonra tez-bazar geyinib qaçmağa çalışmaq da hörmətsizlik hesab edilir.
  • Emosialar istənilən halda baş verəcək – bununla barışın. Əksini nə qədər istəsəniz belə, öz emosialarımızı nəzarətdə saxlamağı biz insanlar hələ də örgənməmişik. Yəni, hiss etdiyiniz hislər tam normaldır. Daha yaxşı olardı ki, bu qarşılıqlı simpatiya ilə tamamlansın. Yatağa girdiyiniz insan sizə xoş gəlməlidir. Sexdən öncə və ya sonra istənilən halda söhbət etməli olursunuz. Bu halda eyni və maraqlı mövzu tapmağınız yaxşı olardı.

“Only sex” münasibətləri üçün 12 qayda

  • “Ehtiyyat variantına” sahib olmaq yaxşı haldır. Unutmayın ki, siz qarşı tərəfin həyatında kiçik bir epizodsunuz. Uzun müddətli münasibətlərə özünüzü hazırlamayın. İnsanlar daimi münasibət axtarışına daha çox meyillidirlər. Əgər qarşı tərəfində yalnız sex istədiyini eşidirsinizsə, bu heç də bir aydan sonra da belə olacağı mənasına gəlməz. Buna görə də, əgər boş vaxtınız və həvəsiniz varsa, ehtiyyat variant tapmağa çalışın. Sizin buddy-niz ailə qurmaq qərarına gələrsə, yataqda darıxmamaq üçün əlavə də kimlərsə olmalıdır.
  • Onun həyatını idarə etməyə, nəzarətdə saxlamağa çalışmayın. Ona da bunu sizinlə bağlı etməsinə izin verməyin. Hər gecə yatmamışdan əvvəl yazışmalara ehtiyac yoxdur. Sizinlə gecəni bir keçirmirsə harda və necə yatdığı barədə maraqlanmayın. Qarşı tərəfin şəxsi həyatı səni maraqlandırmamalıdır. Münasibətləriniz yataq sərhədlərində yekunlaşmalıdır.
  • Təhlükəsizlik hər şeydən önəmlidir. Yadınızdadır, biz “ehtiyyat variantı” haqqında qeyd etdik. Nəzərə alın ki, onun da ehtuyyat variantları kifayət qədər ola bilər. Buna görə də, uzun müddətli sexual münasibətlərdə olsanız belə, qorunmağı unutmayın.
  • Ən yaxşı variant gecəni qalmamaqdır. Bu olduqca incə məqamdır. Hər kəs qərarı özü vermiş olur. Ancaq, unutmayın – gecədən sonra mütləq səhər açılır. Səhərlər isə birlikdə edilən qəlyanaltılar zamanı nədənsə söhbət etmək lazım gəlir. İstəsənizdə, istəməsənizdə birlikdə keçirilən gecə sizin şəxsi sərhədlərinizi poza bilər. Əgər gecədən sonra səhər sexi yaşamağı da planlaşdırırsınızsa, onda bu başqa məsələ.
  • Sexdən sonra qucaqlaşmağı heç kim qadağan etmir.  Həqiqətəndə, heç kim sizə sexdən sonra yataqda incə davranmağı qadağa etmir. Ən azından sexdən sonrakı qucaqlaşmalar orqanizm üçün də xeyirlidir. Heç kim sexdən sonra yataqdan atılıb, şalvarını geyinib, özünə taksi sifariş edən insanları sevməz.
  • Münasibətləri birdən dayandırmayın. Bəli, siz bir-birinizə heç nə boşlu deyilsiniz. Hətda öncədən kimsə fikrini dəyişsə, bunu bir başa deyəcəyi barədə də razılaşmısınız. İstənilən halda hər kəs anlayışa ehtiyac duyan canlı insandır. “Mənə artıq maraqsızdır” deyərək bütün körpüləri bir anda yandırmağa dəyməz. Əgər qarşı tərəf sizin xətrinizə dəyməyibsə, ona yaxşı yanaşmaq lazımdır. İşi bəhanə gətirərək ezamiyyətə gedəcəyinizi söyləyin, sonrada isə indiki halda buna zamanınızın olmadığını bildirin. Birlikdə kofe içməyi təklif edin.
  • Onu dostlarınız və ailənizlə tanış etməyin. Dostlarınızı və ailənizin bu kimi münasibətlər yaşadığınızı bilməklərinə ehtiyac yoxdur. Əks halda ona sərhəddi keçməyə imkan yarada və sizinlə bağlı ciddi nələrsə düşünməyinə rəvac vermiş olarsınız.
  • Sexlə həvəslə məşğul olun. Siz axı məhs buna görə sex buddy münasibətləri yaşamağı qərarlaşdırmısınız. Əks halda o da sex-shopda özü üçün vibrator əldə edə bilərdi. Yəni, siz yataqda uzanaraq qəmgin halda tavana baxdıqda heç biriniz ehtiyac duyduğunuz həzzi yaşamayacaqsınız. Yalnız sizi həvəsləndirə bilən insanlarla sexlə məşğul olun, bu zaman istəklərinizi bildirməkdən çəkinməyin.
  • Hər şeyi öncədən müzakirə edin. Əgər siz çox yaxından tanış deyilsinizsə, intim münasibətlərə başlayacağınız zamana qədər hər şeyi dəqiqləşdirin. Araşdrmağa çalışın:

1.Siz öz sex buddynizin yalnız sizinlə sexlə məşğul olmayacağını qəbul edə bilirsinizmi?

2.Nə qədər tez-tez görüşəcəksiniz?

3.Münasibətlərinizi sirr olaraq saxlaya biləcəksinizmi?

Sex üçün lubrikantların qısa tarixcəsi10 məşhur bisexual qadın

Fikirlərinizi bildirin.