Svetoforun sarı rəngli işığının yanıb-sönməsi yolayrıcının nizamlanmayan olduğunu göstərir (m.59.III). Belə olduğu halda, siz üstünlük nişanlarının (2.1 "Baş yol" və 7.13 "Baş yolun istiqaməti" nişanlarının) tələblərini əsas tutmalisiniz. Bu şəraitdə siz və sağdan yaxınlaşan minik avtomobili yolayrıcıya baş yolla daxil olursunuz. Siz eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi nizamlanmayan yolayrıcıda yalnız sağdan yaxınlaşan minik avtomobilinə yol verməlisiniz, belə ki, qaydalara əsasən yolayrıcıda baş yol istiqamətini dəyişdikdə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar (m.77.II,III). Burada tramvay ikinci dərəcəli yolla daxil olduğundan, siz üstünlüyə maliksiniz (m.77.I).