Qaydalara görə tramvay yollarında, habelə onların bilavasitə yaxınlığında, tramvayın hərəkətinə maneə yaranarsa, dayanmaq qadağandır. Bu şəraitdə minik avtomobili birtərəfli yolun (5.5 "Birtərəfli yol" nişanı) hərəkət hissəsinin sağ tərəfində qaydalara riayət etməklə dayanır və o, tramvayın hərəkəti üçün maneə yaratmır. Lakin dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan NV-nin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmaq qadağandır (m.52.IV). Bu səbəbdən də şəkildə göstərilən yerdə avtomobilin dayanmasına icazə verilmir.