"C1E" altkateqoriyası - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bötövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 12.000 kq-dan artıq olmayan yük avtomobillərini idarə etmək üçündür (m.34.IV, IX). "C" kateqoriyası icazə verilən maksimum kütləsi 3,5 t-dan artıq olan bütün bütün yük avtomobillərini idarə etmək, o cümlədən bu avtomobillərlə icazə verilən maksimu kütləsi 750 kq-dan artıq olmayan qoşqu aparmaq üçündür. "CE" kateqoriyası isə bu avtomobilləri icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan qoşqularla idarə etməyə icazə verir (m.34.IV, IX).