Ölmüş brendlərin tarixcəsi. 80-90-cı illlər amerikan avtomobil markalarının axırı necə oldu?
1990-cı il 30 iyul tarixində General Motirs şirkətinin prezidenti Rocer Smit zavodun qapılarından Sprinq-Hill küşəsinə Saturn firmasına məxsuz ilk avtomobillə çıxmışdır. Son 30 il ərzində ABŞ-da ilk dəfə yeni avtomobil brendi yarandı. Beləliklə həmin illər ərzində bir neçə avtomobil markaları da Amerika küçələrində görünməyə başladı. Bu gün isə onları demək olar ki, heç kim xatırlamır. TOP mister olaraq “Saturn” şirkətinin uğursuzluğu haqda sizlərə məlumat vermək istərdik.
Saturn Corporation (1985-2010)
Sahibi: General Motors
Nəzərdə tutulmuşdur: ABŞ-ın avtomobil sənayesi üçün keçən əsrin 80-cı illəri uğurlu hesab olunmurdu. Yapon və avropa rəqibləri arasında şübhəli dizayn, aşağı keyfiyyət, tam əlacsızlıq “milli məhsul al” ifadəsini amerikalıların dilində daha az səslənməyinə səbəb olurdu. Yaranmış trendi məhf etmək üçün General Motors şirkətində tamami ilə yeni tip avtomobilin hazırlanması qərarlaşdırıldı. 1985-ci ildə onsuzda geniş profilə və brend adına sahib şirkət tərəfindən yeni, Saturn brendi təqdim edildi.
Nəticə: Qarşıya qoyulmuş məqsəd çox ambisyalı hesab olunurdu. Demək olar ki, mümkünsüz idi. General Motors bu brendi sıfırdan havalara qaldırıb məşhurlaşdırmalı idi. Saturn başdan konsernin növbəti davamlı avtomobil brendi olaraq “Şevrale” və “Pontiakın” personal kopyası kimi nəzərdə tutulmurdu. Hər şey dahada ciddi idi. Yeni unikal platforma, bahalı dizayn, iynəsinə kimi özündən olan istehsal prosesi, GM sistemində təcrübəsi olmayan yeni personal olmaqla “Saturn”-ı bacardıqca General Motorsun reputasiya təsirindən uzaqlaşdırmaq istəyirdilər.

Saturn S – sedan seriası – brendin ən uğurlu və tələbatlı modeli hesab edilir.
İlk başdan alınmışdı. Saturn S-seriasından olan ilk model 90-cı illərin iyul ayından buraxıldıqdan sonra cəmiyyət və mətbuat tərəfindən uğurla qarşılanmışdır. Maşının keyfiyyət səviyyəsi yüksək qiymətləndirərək, servis xidmətlərini “Tayota” ilə eyniləşdirdilər. Qiymətlər isə bu keyfiyyətin və xidmətin qarşılığında tam münasib hesab edilirdi. 90-cı illərin ortalarında kupe və unversal S- seriasının satışı il ərzində 300 minə çatmışdı. Şirkət premya və mükafatların lauriyyatına çevrilmişdir. GM istərsə yaponlardan da yaxşı biznes qura biləcəyini sübut etdi.
Ulduz vaxtı: Saturn S-seriası
Saturnun ilk modeli ən məşhur model adını qoruyub saxlaya bildi. Z -platformasında yığılan “eska” aşağı qiymətli avtomobillər arasında konstuktiv keyfiyyətinə görə seçilmişdir. Eyni zamanda, S-seriası praktiv plastik yan kuzov panellərinə, çalalara və yüksəkliklərə çıxan zaman dözümlülüyə sahib idi. 1.9 mator gücünə sahib olduğundan amerika bazarlarında ən ekonomik avtomobil hesab edilirdi.
Alınmayan məsələlər: “Saturun”-un ilk uğurları GM şirkətinə rahat başa gəlmədi. Brendin reklamına, yeni platformanın hazırlanmasına və zavodun tikintisinə ağıla gəlməz vəsaitlər xərcləndi. Yəgin məhs buna görə General Motors 2000-ci ilin əvvəlində ekonom rejimlə çalışmağa başladı. Saturunun model çeşidləri genişlənməyə başladı. Amma bu genişlənmə artıq mövcud olan platformanın üzərində həyata keçirilirdi. Unikal pozisyalı markanın adı bec-injinirqinə dəyişməsi GM-in böyük səhfi hesab edildi. Alıcıların maraqlı sürətli şəkildə azalmağa başladı. 2010-cu il 31 oktyabr tarixində “yeni tip modellər”-in istehsalı tamamı ilə dayandırıldı.
Eagle Division (1988-1999)
Sahibi: General Motors

Geo Storm adı altında Isuzu Impulse gizlənirdi.