Oğlanın bakirliyi necə anlaşılır. Sevgi çox zaman gözlənilmədən gəlir. Qapını döymədən, pəncərədən girir. Və ya siz yolla gedərkən, ona rastlayırsınız. Aranızda ildirim çaxır və beyninizdə birlikdə keçirə biləcyiniz günləri xəyal etməyə başlayırsınız. Lakin, aranızdakı məsələlər öpüşdən o tərəfə keçmir. İntim təklif etməkdən çəkinirsiniz. Bu halda qızların beyninə yalnız bir məsələ gəlir – bəlkədə onun kimisə var? Bəlkədə o geydir ya da bakirdir?

Əslində isə siz nə birinci, nə ikinci, nə də üçüncüsünüz. Yəqinki ən yüksək mədəni dəyərlərə sahib birisisiniz. Bu cür oğlanların fikrində qızları yatağa sürükləmək ən axırıncı yerdə durur.

Beləliklə, qadınlar adətən oğlanın bakirliyini necə anlayırlar?
Bakirliyin növləri

Birinci növ – gənclik illərində hələdə qadınla sexsin həzzini yaşamayanlar. Bu cür oğlanlarla qızların ciddi münasibət düşünmələri tam doğru deyil. O istənilən halda təcrübə yaşadıqdan sonra seçim meyarlarını dəyişdirəcək. Düzü bu cür oğlanlar çox deyillər. Orta statistik rəqəmlərə inansaq oğlanların bakirliklərini itirmə yaşı 15-dir. Bir çox müasir yeniyetmələr artıq intim yaxlınlığın nə olduğunu və bu mövzu ilə bağlı bir çox məsələləri yaxşı bilirlər.

İkinci növ – həddindən artıq tərbiyəli və dini baxışları güclü oğlanlar. Onların yanaşmalarına əsasən sex yalnız toydan sonra baş verməlidir. Burda sözün düzü təəcübli heçnə yoxdur. Bu cür oğlanlar məhs düşüncələrində olan qızları axtardığından kənara baxmaz, qızların toruna düşməzlər.

Üçüncü növ – əzab çəkənlər. Bu oğlanlar əvvəlki uğursuz münasibətlərindən çox əziyyət çəkirlər. Onlar sex incəsənəti barədə tam məlumatlı olmadıqlarından yenidən cəhtdən çəkinirlər. Sözü gedən bakirlər özlərinə qarşı çox inamsızdırlar, kompleks halı yaşayırlar və uğursuzluğa özlərini kökləyirlər. Əgər qadınlar onlarla ciddi münasibət qurmaq fikirlərində deyillərsə, nadir hallarda sex həvəsində olurlar.

Dördüncü növ – məşğul oğlan. Bu cür oğlanların iş qrafikləri həddindən artıq yüklü olur. Demək olar ki, şəxsi həyata zamanları qalmır. Asudə vaxtları yaransa belə, onu elmə, oxumağa, araşdırmalara, təhsilə yönəldirlər. Bir sözlə, nə olur olsun, bircə münasibətlər olmasın. Qızlar məşğul oğlanları işdən ayırmaqda çox çətinlik çəkdiklərindən, bir çox hallarda münasibətlər yarıda qırılır.

Ünsiyyət zamanı bakirliyin müəyyən olunması

Bakir oğlanla ünsiyyətə girən xanımlar bakirliyi müəyyən etməkdə çox əziyyət çəkmirlər.

Bir qayda olaraq sexual təcrübəyə sahib olmayan oğlanlar intim söhbətlərdən qaçır, əxlaqsız zarafatlar zamanı qızarır, sex barədə suallardan yayınırlar.

Bakir oğlanlara “Neçə portnyorun olmuşdur?” sualı verdikdə, cavabdan yayınırlar.

Ancaq heçdə hamı belə deyil. Bəzi bakirlərdə hormonlar o qədər aktivdir ki, onlar özlərini sex ustası kimi qələmə verməyə çalışırlar.

Hərəkətlərə əsasən bakirliyin müəyyən olunması

Oğlanın bakirliyi necə anlaşılır. Bir qayda olarak bakirlər qızlarla söhbət edərkən sərbəst olmurlar. Təcrübəli oğlan əldən tutmağa, beldən qucaqlamağa, boyundan öpməyə çəkinməz.

Bakirlərdə sığal və intim mövzularda söhbət bir dəqiqədən artıq çəkmir. Öpüş isə nadir hallarda və bir neçə saniyəlik olur. Toxunuşlar zamanı inamsızlıq və narahatlıq hiss olunur.

Yataqda bakirliyin müəyyən olunması

Bakir oğlanların bir çoxu yataq ortamına gəldikdə özləri təcrübəsiz olduqlarını boyunlarına alırlar. Bəzilərinə isə söyləmək utancvericilik kimi görünür. Bakirliyin yaşı çoxaldıqca bunu açıq bildirmək olduqca qəliz görünür. Yataqda heç bir sübuta ehtiyac yoxdur. Bu halda oğlanlar daha çox həyəcanlanırlar, mövzuya uyğun olmayan kəlmələr işlədirlər, qızarıb, tərləyirlər.

Cinsi akt zamanı ilk təcrübə tez yekunlaşa bilər. Hətda bəzi hallarda bir neçə saniyəyə qədər davam edə bilir.

Niyə klassik yunan heykəllərinin cinsi orqanları balaca təsvir edilmişdir?Cinsi orqanla bağlı 10 qadağa

Fikirlərinizi bildirin.