NV-nin yolun hərəkət hissəsində yerləşməsi (maddə 49)

113

NV-nin yolun hərəkət hissəsində yerləşməsi (maddə 49)

I.Normal hərəkət zamanı nəqliyyat vasitəsinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5. 1 və ya 5. 3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır (şəkil 1; 2; 3).

II.Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır (şəkil 4; 5).

III.Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitəsi yolun hərəkət hisssəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandankeçmə və sola, yaxud geriyə dönmə üçün icazə verilir (şəkil 6, 7).

IV.Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda, tramvay yollarına çıxmaq qaağandır. Başqa yollarda nəqliyyat vasitəsinin sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar (şəkil 9, 10, 11).

V.Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat vasitəsinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən nəqliyyat vasitəsi yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitəsi isə həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil edir (şəkil 12; 13; 14).

VI.Nəqliyyat vasitəsinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək, dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl etməklə dəyişə bilərlər.

Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

Əvvəlki məqaləDəmiryol keçidlərinin siqnallaşdırılması (maddə 70)
Növbəti məqaləNiyə idmandan öncə spirtli içki qəbul etmək olmaz?

Fikirlərinizi bildirin.