NV-nin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri (maddə 48)

357
NV-nin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri (maddə 48)

NV-nin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələri (maddə 48)

I.Üstündə “Polis”, “Təcili tibbi yardım”, “Yanğınsöndürən” yazıları olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdir (şəkil 1; 2; 3; 4). Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.

II.Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitəsinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitəsi üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar (şəkil 1; 2; 3; 4). Üstün keçid hüququ olan, qırmızı və göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.

III.Yolacrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz NV-yə nisbətən üstünlüyə malikdir (şəkil 5; 6; 7).

IV.5.9; 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan NV üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər NV-nin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitəsi dönərkən bu zolağa keçə bilərlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu ümumi istifadədə olan nəqliyyat vasitəsi üçün maneə yaratmamalıdır (şəkil 8; 9; 10; 11; 12; 13; 14).

V.Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər (şəkil 15; 16). Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, YH haqqında Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Əlavə məlumat nişanları (lövhəciklər) (maddə 68)Avtombil (Yoxlanış) – Sınaq avadanlığından istifadə edərək nəqliyyat vasitəsini yoxlamaq

Əvvəlki məqaləSəhnələri və podiumu fəth edən məşhur transgenderlər
Növbəti məqaləQoç ♥ Qoç

Fikirlərinizi bildirin.