Nizamlayıcının siqnalları (maddə 58)

746
Nizamlayıcının siqnalları (maddə 58)

Nizamlayıcının siqnalları (maddə 58)

I.Yollarda, yolayrıclarında və dəgər yerlərdə YH qaydalarına nəzarəti həyəta keçirmək, yol hərəkətinin gərginliyinə yol verməmək və ya onu aradan qaldırmaq üçün nizamlayıcının siqnallarından istifadə olunur.

II.Nizamlayıcının siqnallarının aşağıdakı mənaları vardır:
1)Bütün nəqliyyat vasitələrinin sürücülərinə və piyadalara aid olan siqnallar:

a)“Diqqət. Hərəkət dayandırılsın” siqnalı hərəkəti qadağan edir, lakin siqnal verilərkən yolayrıcında olan sürücülərə və piyadalara hərəkətlərini davam etməyə icazə verir (şəkil 1; 2; 3; 21);

b)“Müəyyən istiqamət üzrə hərəkət” siqnalı nizamlayıcının sinə və arxa tərəfindən gələn nəqliyyat vasitəsinin və piyadaların hərəkətini qadağan edir, sol və sağ tərəfindən gələn tramvayların düznə, relssiz nəqliyyat vasitəsinin düzünə və saga hərəkət etməsinə, sinə və arxa tərəfindən isə piyadalara yolun hərəkət hissəsini keçməyə icazə verir (şəkil 4, 5, 6, 7, 8, 9, 10, 21);

v)“Sola dönmə” siqnalı nizamlayıcının sol tərəfindən gələn tramvayların sola dönməsinə, relssiz NV-lərinə bütün istiqamətlərdə hərəkət etməyə, sinə tərəfindən gələn NV-lərinə saga dönməyə, arxa tərəfdən piyadalara hərəkət hissəsini keçməyə icazə verir, sağ və arxa tərəfindən gələn NV-nin hərəkətini isə qadağan edir (şəkil 11; 12; 13; 14; 15; 16; 17; 18; 21);

2)Konkret nəqliyyat vasitəsinin sürücüsünə və piyadaya aid olan siqnallar:

a)“Sürəti azaldın” siqnalı nizamlayıcı əl ilə yuxarı-aşağı hərəkətlər edirsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz NV-nin sürətini azaldılmasını tələb edir. (şəkil 19a);

b)“Sürəti artırın” siqnalı nizamlayıcı əli ilə üfüqi vəziyyətdə (saat əqrəbi istiqamətində) dairəvi hərəkətlər edərsə, hərəkətə icazə verilən istiqamətlərdə sürücüdən öz NV-sinin sürətini artırmaq, piyadalardan isə yolu keçməsini tezləşdirməyi tələb edir (şəkil 19a);

v) “Dayanın” siqnalı nizamlayıcı tərəfindən hər hansı NV-ə tərəf yönəldilmişdirsə, onun sürücüsündən öz NV-ni yolun hərəkət hissəsinin kənarında dayandırılmasını tələb edir. (şəkil 19; 20).

III.Müstəsna hallarda (yol hərəkətinin) təhlükəsizliyini təmin etmək məqsədilə təxirə salınmayan tədbirlərin görülməsi üçün zərurət yaranarsa), nizamlayıcı bu maddənin ikinci hissəsində göstərilən siqnalların mənalarından fərqli olaraq yol hərəkəti iştirakçılarına aydın olan digər siqnalları verə bilər. (şəkil 19b).

IV.Bu maddədə nəzərdə tutulmuş siqnalları verərkən, nizamlayıcı fitdən də istifadə edə bilər (şəkil 19b).

V.Nizamlayıcı elə yerdə dayanmalı və elə təchiz edilməlidir ki, yol hərəkəti iştirakçıları onun tərəfindən verilən siqnalları sutkanın işıqlı və qaranlıq vaxtı seçə bilsinlər. Bu məqsədlə sutkanın qaranlıq vaxtında nizamlayıcı işıq düşən yerdə dayanmalıdır və ya istifadə edilən jezl işıqsaçan və yaxud işıqverən olmalıdır.

Avtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələrElektroavtomobillər haqqında 6 mif

Əvvəlki məqaləHeyvanlar sexdən nə dərəcədə həzz alır?
Növbəti məqaləNiyə qadınlar yaraşıqlı olmayan kişiləri sevirlər?

Fikirlərinizi bildirin.