Nizamlanmayan yolayrıcıları (maddə 77)

98
Nizamlanmayan yolayrıcıları (maddə 77)

Nizamlanmayan yolayrıcıları (maddə 77)

I.Eyni әhәmiyyәtli olmayan yolların kәsişdiyi yolayrıcında, ikinci dәrәcәli yolla hәrәkәt edәn nәqliyyat vasitәsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nәqliyyat vasitәlәrinә, onların sonrakı hәrәkәt istiqamәtindәn asılı olmayaraq, yol vermәlidir (şəkil 1; 2; 3; 4; 5; 6; 7; 8).

II.Yolayrıcında baş yol istiqamәtini dәyişirsә, baş yolla hәrәkәt edәn sürücülәr öz aralarında eyni әhәmiyyәtli yolların kәsişdiyi yolayrıcını keçmәk qaydalarını әsas tutmalıdırlar. İkinci dәrәcәli yollarla hәrәkәt edәn sürücülәr dә öz aralarında bu qaydaları әsas tutmalıdırlar(şəkil 3; 4; 5; 6; 7; 8).

III.Eyni әhәmiyyәtli yolların kәsişdiyi yolayrıcında relssiz nәqliyyat vasitәsinin sürücüsü sağdan yaxınlaşan nәqliyyat vasitәlәrinә yol vermәlidir (şəkil 9; 11; 12; 13; 14; 16). Tramvay sürücülәri dә öz aralarında bu qaydanı әsas tutmalıdırlar. Belә yolayrıclarında tramvay, onun hәrәkәt istiqamәtindәn asılı olmayaraq, relssiz nәqliyyat vasitәlәri qarşısında üstünlüyә malikdir (şəkil 10; 15).

IV.Relssiz nәqliyyat vasitәsinin sürücüsü sola vә ya geriyә dönәrkәn eyni әhәmiyyәtli yolda qarşı tәrәfdәn düzünә vә ya sağa hәrәkәt edәn nәqliyyat vasitәlәrinә yol vermәlidir (şəkil 11; 13; 14; 16). Tramvay sürücülәri dә öz aralarında bu qaydanı әsas tutmalıdırlar.

V.Әgәr sürücü yolun örtüyünün olub-olmadığını tәyin edә bilmirsә (sutkanın qaranlıq vaxtı, palçıq, qar vә s. nәticәsindә), üstünlük nişanları isә yoxdursa, o, belә hesab etmәlidir ki, ikinci dәrәcәli yoldadır.

Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

Əvvəlki məqaləSex zamanı qadın orqanizminin az smazka (sulanma) ifraz etməsinin səbəbləri
Növbəti məqaləSızanaqlara qarşı 20 üz maskası

Fikirlərinizi bildirin.