Niyə uşaqlar daha çox yay aylarında dünyaya gəlirlər? Uşaqlar say etibari ilə daha çox iyul, avqust və sentyabr ayında dünyaya gəlirlər. Bu nə ilə əlaqədardır? Almaniya alimlərinin mövzu ilə bağlı öz əsasları mövcutdur.

Almaniyada artıq əlli ildən artıqdır ki, uşaqların çoxu iyul, avqust və sentyabr aylarında dünyaya gəlirlər. Əvvəllər isə say artımı adətən ilin əvvəllərində hiss edilməyə başlayırdı. Yoxsa bu o deməkdir ki, vətəndaşların çoxunda fertil müddət aralığı dəyişmişdir? Yoxsa burda planetdə baş verən təbii flakətlərin və dəyişikliklrinin rolu böyükdür? Bəlkədə səbəb olaraq bizim belə bilmədiyimiz başqa səbəblər gizlənir? Sadalanan sualların çoxuna hələki alimlərin və araşdırmaçıların dəqqiq olaraq cavabları yoxdur. Lakin, buna baxmayaraq təxminlərini və fikirlərini bildirməkdən çəkinmirlər.

Ailədə artım və ya məhsul yığımı

2019-cu ildə Almaniyada ailə artımının ən böyük göstəricisi iyul ayına təsadüf etmişdir. Dövr ərzində hər bir sutkaya orta hesabla 2 344 doğuş düşmüşdür ki, bu isə özlüyündə 20% (sutka ərzində 1 935 uşaq) artım deməkdir. 1 935 say ilin ən az say hesab kimi götürülmüşdür.

Lakin, 1970-ci ilə qədər göstəricilər tamami ilə fərqli olmuşdur. Doğuş sayı daha çox fevral, mart və aprel aylarına təsadüf edirdi. Jurnalistlərə bu haqda geniş məlumat verən Federal tədqiqatlar inisitutunun (BİB) Demoqrafik dəyişiklik və yaşlanma departamentinin rəhbəri Sebastian Klüsener dəyişiklikləri əvvəllər insanların kənd təsərüfatından daha az aslı olmağından və məhsul yığımı təsirlərinə az məruz qalmağı ilə əsaslandırmışdır.

Əgər yay daha münbit şəraitdə keçərsə və məhsul çeşidlərində uğurlu nəticə əldə edilərsə, bu ailələri daha özgüvənli edir. Bu halda “bolluq varsa, niyə də yeni uşaq haqqında düşünməyək” kimi fikirlər formalaşmağa başlayır. Nəticədə doqquz aydan sonra, bu isə adətən ilin əvvəlinə təsadüf etdiyindən doğuş sayında artım hiss edilirdi. Sözü gedən qədim zamanlarda rəsmi ailə icdivacından kənar intim münasibətlər qəbul olunmaz hesab edilirdi. Nəticədə ailə artımı bir qayda olaraq toydan və icdivacdan sonra baş verirdi. Eyni zamanda toylar adətən yay aylarında keçirilirdi.

Niyə uşaqlar daha çox yay aylarında dünyaya gəlirlər?

Digər fikirlər

Bəs niyə görə yazın və yayın gəlişi 1970-ci illərə qədər hələdə öz maksimum göstəricisini qoruyub saxlamağı bacarmışdır? Bu zamanlarda da təbiəət insan həyatında artıq böyük rol oynamırdı. Klüsenerin sözlərinə görə burda söhbət insanların adət-ənənələrə meyilli olaraq qalmasından gedə bilər. Bəli, kənd təsərüfatının təsiri azalsada, insanların düşüncələrində hələdə dəyişiklik tam olaraq baş verməmişdir.

Maks Planka Demoqrafik araşdırmalar departamentinin doktoru Joschua Wilde isə bildirmişdir – “”Doğuş dövrü”-ün qarışıq olması, yazdan yaya keçməsi Almaniyada ailə icdivacından kənarda sexsin yaşanılmasının uşaqla nəticələnməsindən sonra baş vermişdir. Eyni zamanda, 1960-cı illərdən etibarən bazarlarda hamiləlik əleyhinə vasitələr satılmağa başladı. Eyni zamanda başqa kontraseptik vasitələr rahatlıqla əldə edildi. Nəticədə istənilməyən hamiləlik halları ciddi şəkildə azaldı. Zamanla uşaqların öncədən planlaşdırılması imkanları müzakirə mövzusuna çevrildi.”

Eyni zamanda aparılar araşdırmalatın nəticələrinə əsasən valideyinlərin bir çoxu uşaqlarının yaz və ya yay aylarının əvvəllərində doğulmasını istəyirlər. Bu məntiqə əsaslanaraq planlaşdırılmış uşaq doğuşlarının sayının fevral, mart və aprel, yəni yaz aylarında olması daha çox gözləniləndir. Wildenin sözlərinə görə öncədən hesablanan hesablamaların heç biri sonradan aparılan statistik nəticələrlə demək olar ki, üst-üstə düşmür.

Bəzi alimlər isə ön plana biloji faktorları gətirməyə çalışırlar. Bioloji faktorlar deyərkən burada spermanın keyfiyyəti və günün gündüz saatlarının çox və ya az olması kimi ətraf mühit məsələləri nəzərdə tutulur.

Ətraf mühit təsirləri

Məlumat üçün bildirək ki, doğuş sayının yaz aylarından yay aylarına dəyişmək meyili təkcə Amaniyada müşahidə olunmur. Sözü gedən fenomen Avropanın bir çox ölkələrində və ABŞ-da da hiss edilməkdədir. Amerikalı alimlər tərəfindən aparılmış araşdırmalara əsasən doğuşa üstünlük verilən aylarla müəyyən ölkənin coğrafi mövqeyi bir-birindən çox aslıdır. Müşahidələrin yekununa əsasən ölkə nəqədər şimalda yerləşərsə, doğuş sayında yüksəlmə ilin əvvəlinə daha çox təsadüf etmiş olar.

Əgər hamiləlik dönəmi ilin ən isti və dözülməz aylarına təsadüf edərsə, bu halda uşağın düşmə halları daha çox baş verə bilər. Bu səbəbdən də, yer kürəsinin ən isti yerlərində uğursuz hamiləlik hallarının sayı hər zaman yüksək olur.

Anal sex zamanı hamilə qalmaq olarmı?Hamiləlik zamanı sex: unudulmalı 11 mif

Fikirlərinizi bildirin.