Niyə qladiatorlar vegeterian hesab edilirlər? Qədim Roma qladiatorları necə qidalanmışlar? Baxır hansı qlatiatorlar. Son əsirlərdə Qərbi Romada qladiator olmaq seçimi nəyinki qullara, hətda adi insanlara da mənsub ola bilirdi. Tarixi mənbələri araşdırarkən döyüşlərə və yarışlara qadın qladiatorlarının da çıxdığı məlum olur. Lakin, qadınların yarışlara qatılması üçün qanunvericiliyə əsasən onların atalarının və ya böyük qardaşlarının razılığı olmalı idi. Əlbətdəki, adi vətəndaşlar da qladiator olduqdan sonra qul qladiatorlar kimi qidalanmalı olurdular. Buna baxmayaraq, ən yadda qalan və döyüşləri ilə daha çox uğura imza atanlar yenədə qullar olaraq qalmaqda idi.

Xüsusi bölünmüş kateqoriyaya əsasən daim qalibiyyət qazanmış və məharət göstərmiş qladiatorlara fərqli münasibət olur. Bu səbəbdən də, onlar istədikləri kimi qidalana bilirdilər. Çempionatların həvəskar izləyiciləri hər döyüşdən sonra səbəbkarlara bahalı hədiyyələr hədiyyə edir və onları məmnun etməyə çalışırdılar. Çoxluq isə tamami ilə fərqli qidalanmalı olurdu.

İlk qladiatorlar

İlk öncə unutmayaq ki, ilk qladiatorlar heç qullar da olmayıb. İlk qladiatorlar müharibələr zamanı əsir götürülmüş müharibə əsgərləri və döyüşçüləri olurdular. Onların əvvəl-axır öləcəklərini bilərək normal ərzaqlarla yemək vermək, qulluqda durmağa heç bir məna görülmürdü. Bir müddət sonra isə qladiator məktəbləri yarandı və həmin məktəblərə yalnız əsirlər cəlb edilmədi. Bu halda imkanlı və vəzifəli şəxslər qul bazarından aldıqları, yaşı və boyu uyğun gələn oğlanları alaraq məktəblərə cəlb etdilər. Qaltiator məktəblərinin sahibləri, yəni lanistlər qulları üçün ərzaq xərclərini ayırmağa maraq göstərmirdilər. Nəticədə döyüşçülər üçün yemək məcburiyyəti bu cür formalaşdı: yemək doyumcul olmalıdır, yaraları sağaltmaqda yardımçı olmalıdır, ən əsası isə ucuz olmalıdır.

Roma həkimlərinin fikrincə bir çox çapıqların və yaraların sağalmasında dərman xüssi bitkilərin kökünün bişirilməsi və hazırlanmasıdır. Bunlarda yetəri qədər maqnium, kalsiya mövcutdur. Yeri gəlmişkən, bu elementlər indidə idmançıların yemək rasionlarında önəmli yeri tutur. Bu cür qidalar həm bədəni möhkəmləndirir, həm də fiziki yüklənmənin təsirləri zəiflədir.

Niyə qladiatorlar vegeterian hesab edilirlər

Qladiatorların qidalanması

Niyə qladiatorlar vegeterian hesab edilirlər? Qədim zamanlarda romalıların özü tərəfindən arpa sıyıqları sevilmirdi və demək olarki, istifadə edilmirdi. Adətən arpa atlar və digər ev heyvanlarına verilirdi. Qiymətinin olduqca ucuz olması və imkanlı ailələrin istifadə etməməsi səbəbindən məhs bu cür yeməklər cinayətkarların və qulların ixtiyarına buraxılırdı.

Bununla yanaşı vaxt aşırı lobya sıyığı hazırlanırdı. Lobyanın qiyməti ucuz, tərkibi isə zülalla zəngindir. Ən əsası isə tərkibindəki elementlər sayəsində sümükləri möhkəmləndirir və qırıqları tez sağaldır. 1993-cü ildə Efees şəhəri yaxınlığında eramızdan əvvəl II əsrə aid olan müxtəlif zədələr və sümük qırılmaları ilə müşahidə olunan 22 kişi skleti tapılmışdır. Qəbir üstü qədim yazıları araşdırarkən onların qladiator olduqları müəyyən olundu. Qəbirdən götürülən sümük nümunələri spektopik müayinələrə təqdim edildi. Nəticələr isə həqiqətən qlatiatorların sümüklərində digər roma əhalisinə nisbətən stronsiya maddəsinin çox olduğunu təsdiqlədi.

Bunlardan başqa qladiatorlar nələrlə qidalanırdılar? Araşdırmalar zamanı məktəblərə yeni cəlb edilən gənclərə çovdar çörəyinin verildiyi müəyyən olunmuşdur. Qeyd edəkki, bu kimi yeni cəlb edilmişlər adətən ya dəniz yolu ilə uzaqdan gətirilmiş qullar olurdular, ya da müharibələr zamanı çətinliklərlə üzləşən hərbiçilər. Buna görə də onlar məktəbə qoşulana qədər xeyli güc itirdiklərindən zəif və halsız olurdular. Onları başda doyumlu sıyıqlarla yedizdirmək təhlükəli ola bilərdi. Nəticədə onlara ilk öncə undan, baldan, rəndələnmiş pendirdən, zeytun yağı və sudan hazırlanmış sulu yeməklər verilirdi. Daha sonra, qladiator meydanda öz gücünü nümayiş etdirməyə başladıqdan sonra, onu qədim roma reseptləri ilə hazırlanmış borş və suplarla sevindirə bilərdilər. Qeyd edəkki, bu zaman da yeməklərdə ətdən istifadə edilmirdi.

Sıyıqdan başqa digər yeməklərdə də arpadan istifadə olunurdu. Misal olaraq adi buğda unundan hazırlanan çörək əvəzinə arpadan hazırlanmış lipoşkalar, xırda dairəvi çörəklər bişirilirdi. Arpa suyundan isə müasir dövürdə kvasa bənzədilən içkilər hazırlanırdı.

Bir sözlə yemək qəbulundan bir saat sonra qida tamamilə bədənə sovrulur. Nəticədə gündüz məşqlər zamanı qarının yüklü olması və ağırlıq yaratma kimi hislər qladiatorlara mane olmurdu.

Conor McGregorun qidalanması inanılmazdırAktiv insanlar üçün gündəlik qidalanma

Fikirlərinizi bildirin.