Niyə qadınlar yaşca böyük kişiləri bəyənir? Colorado universitetinin elm adamları gənc qızların özlərindən yaşca böyük kişilərlə münasibətdə girmək həvəslərini araşdırmağa balışmışlar. Sən demə məsələ yalnız sexdə və pulda deyilmiş. Beləliklə sizə “30-35 yaşın” artıq qəribə görünməmə səbəblərini açıqlamaq istərdik.

Avropada və Amerikada gənc qızların yaşlı və ya orta yaşlı kişilərlə münasibətlərdə olması adətən “Sugar daddy” kimi kobud ifadə ilə adlandırılmasına rast gəlinir. Bizim müasir qızlar isə çox vaxt bu sözü “Papıçka” kimi tərcümə edirlər. Bu cür münasibət forması bir tərəfdən qızların maddi baxımdan stabilliyini təmin edir, digər tərəfdən isə bu şəraitdə kişilərin özlərinə inam hislərini gücləndirir, iş və koryerada uğurlarını artırır.

Alimlərin fikrincə “Papıçka” münasibətlərində yalnız pulla alınan sex gizlənmir. Buna daha geniş aspektdən baxmaq lazımdır. Colorado universitetinin professor asissenti Maren Skallenin fikrincə bu sahədə araşdırma aparan mütəxəsislərin ən böyük səhfi ilk başdan bu cür münasibətlərə fahişəlik kimi baxmalarıdır. Lakin, onun araşdırmaları 48 müsahibə əsasənda formalaşmış və bunun fəqli psixoloji, fiziki ehtiyac səbəbindən baş verdiyi müəyyən edilmişdir.

Skallen- “qızın yetkinlik yaşa yenicə çatmasının – malın pul müqabilində dəyişdirilməsi mənasında ideal mübadilə”-si kimi fikirlərin artıq köhnəldiyini bildirmişdir.

Beləliklə 25-yaşdan aşağı qızların 35-yaşlı oğlanlardan aldıqları həzzin və təminatın nüyanslarını diqqətinizə çatdırmaq istərdik. Qızlara niyə öz yaşıdları maraqsız gəlir?

İdman həvəsi.

Rəyi soruşulan xanımlardan bəzilərinin münasibətə olan marağı məhs idman həvəsinə bənzəyir. Onların fikrincə 10-15 yaş böyüklərlə tanışlıq xüsusi bacarıq tələb edir. Beləki, öz yaşıdlarıyla söhbət etmək çox asandır. Eyni yaş qurupunda olduğunuz üçün demək olar ki, eyni düşüncəyə sahibsiniz. Lakin, daha təcrübəli biri ilə söhbəti davam etmək bacarığı, onda özünə maraq oyatmaq istedadı, müəyyən mövzuları müzakirə edə bilmək imkanı insana qalibiyyət hissi yaşadır.

Təcrübə.

Digər xanımın isə 22 yaşı var və o 32 yaşlı oğlan dostu ilə görüşür. Xanımın fikrincə: “Mən hər zaman təcrübəli biri ilə tanış olmaq istəmişəm. Bu yaşda kişilər həm qoca deyillər, həmdə müəyyən təcrübəyə sahibdirlər. Universitetdən və ya ümumi dostlar arasında olan yaşıdlarım isə məndə sadəcə maraq oyatmır.”

Niyə qadınlar yaşca böyük kişiləri bəyənir?
Təhlükəsizlik hissi.

Digər xanımın isə 24 yaşı var. Birlikdə yaşadığı insanın isə 38. “Mənim əvvəlki sevgilim məndən iki yaş böyük idi. Fərq çox hiss olunmurdu. İndi isə Teqranın yanında özümü daha təhlükəsis hiss edirəm. Danışmağa daha qlobal mövzularımız olur. İlk başlanğıcda mənim valideyinlərimlə tanışlıq zamanı anlaşılmazlıq yaranmışdır. Ancaq sonradan ailəm mənim seçimimə hörmətlə yanaşdı. O atamdan 8 yaş, anamdan isə 6 yaş kiçikdir. Bu səbəbdən biz stol araxasında əyləşəndə valideyinlərim ona, o da valideyinlərimə adları ilə müraciət edir. Uşaq kimi yox, yaşıdları kimi ciddi qəbul edirlər onu.”. Qızın sözlərinə görə bu münasibətlərdən sonra o rahatlıqla kiməsə əmin olmağa, rahatlıqla güvənməyə başladı. “Mən əminəm ki, onun təcrübəsi məndən çoxdur və seçdiyi yol daha düzgündür. Yeganə çatışmamazlıq onun valideyinlərinin çox yaşlı olmasındadır. Əvvəlki sevgilimin valideyinləri daha müasir idilər və mənim fikirlərimi, istəklərimi daha rahat qəbul edə bilirdilər.”

Rəyi soruşulanların demək olarki hamsının fikrincə gənc oğlanların ən böyük problemləri dəqiq olaraq özlərinin belə nə istədiklərini bilməmələridir.

Tərbiyə.

22 yaşlı Kristinanın öz valideyinlərinində yaş fərqi böyükdür. Ailə quran zaman onun anasının 16, atasının isə 30 yaşı varidi. “Anam mənə danışmışdı ki, bir dəfə hardansa gələndə atamı idman geyimində idman tərzli maşının yanında görür və diqqətini cəlb edir.” Bu gün xanım əmindir ki, atası anası üçün bir növ valideyin diqqəti göstərirdi. “23 ildən sonra, 10 il birlikdə yaşanan təcrübəyə əsaslanaraq deyə bilərəmki, məhs atam anamı tərbiyə etmişdir. Danışıq tərzi, davranışı, özünə və digər insanlara olan münasibət eyni ilə atamın xasiyyəti kimidir. Anam indiyə qədər bunu boynuna almasada, bu belədir.”

Bilik, məlumatlı olmaq.

21 yaşlı Arina üçün 30 yaşdan çox yaşı olan kişi məlum olan məsələləri dilə gətirməyəcək səviyyədə ağlı və təcrübəsi olan kişi deməkdir. Kişi öz ağlına güvənərək hər zaman düzgün qərar qəbul edə bilir.

Müsahibə zamanı məlum olduşdur ki, qadınların hamsı “30-yaşdan yuxarı kişilərlə münasibət-həm dəyərli və gərəkli həyat təcrübəsidir, həmdə öz həyatın barədə məsuliyyət hissinin kiminsə üzərinə qoymaq məsələsidir.” fikri ilə tam razıdırlar.

Arina eyni zamanda bildirmişdir ki, “Bir dəfə məndə 34 yaşlı kişi ilə münasibətdə olmuşam. Bu çox xoş bir hisdir. Sankı balaca kəpənəksən. Bütün problemlərin və çətinliklərin portnyorun çiyinlərinə düşür.” Xanımın fikrincə onun bu cür məsuliyyəti öz üzərinə götürməsi heç də sənin yanında özünü təsdiqləmək istəyi mənasına gəlməz. “Yaşıdlarım hər hansısa problemi həll etdikdə bunu sankı güc nümayişi kimi qəbul edirlər. Lakin, təcrübəli kişi əksinə, “başqa cür olada bilməz” kimi məsələyə yanaşır və etdiyi hərəkəti yüksək qiymətləndirməyini istəmir.”

Niyə qadınlar yaşca böyük kişiləri bəyənir?
Aleksandranın müsahibəsi zamanı isə onun üçün bu cür münasibətlərin start düyməsi anlamına gəldiyi məlum olmuşdur. “Sən axırki kişi ilə münasibətlərin həqiqətdə necə olmalı olduğunu anlayırsan. Heç vaxt nə baş verir deyə düşünmürsən. Əksinə özünə güvənlik hissi artır, sevgiyə inamın yaranır, gələcəyə daha pozitiv baxmağa başlayırsan.”
Müasir dövürdə münasibət yaşayan insanlar arasında yenidən yaş fərqi çoxalmaqdadır. Bir çoxları bunu boşanmış ailələrdə böyüyən qız uşaqlarının böyüklüyə, tərbiyəyə, müəyyən qədər qorunmaq hissinə ehtiyacı olmağı ilə əlaqələndirirlər. Ancaq bir şeyi əminliklə söyləmək olar: heç bir güc sərf etmədən qarşınızdakı qapılar rahatlıqla açılırsa, buna yox demək qəliz məsələdir.

Yazının yekun olaraq nəticəsi: qadınlar maddi imkanları zəif olan, həyatda tutduğu mövqeyi və uğuru sual altında olan gənclərdən çox saçına dən düşən təcrübəli, istəklərini bilən, həyatda nəyəsə nail olan kişilərə üstünlük verməyə başlayıblar.

Məqaləni oxuyan xanımlardan bu mövzu ilə bağlı fikirlərini bölüşməsini, bu sahədə təcrübəsi varsa danışmağı, beləliklə qadınları tam anlamağa yardımçı olmaqlarını xahiş edərdik.

Yaşca böyük qadının sənin üçün etməyəcəyi 10 şeyMünasibətlərinizin şansı varmı?

Fikirlərinizi bildirin.