Niyə qadınlar evli kişilərə üstünlük verirlər?

580
Niyə qadınlar evli kişilərə üstünlük verirlər

Niyə qadınlar evli kişilərə üstünlük verirlər? Müəyyən kişilər heç bir əziyyət çəkmədən, rahatlıqla münasibətə girdiyi zaman, digərlərinə yalnız gözəl ayaqlı və sinəli qızları gözlərlə süzmək qalır. Kişi cazibəliyinin sirri nədədir? Sən demə, kişiləri qadınların gözündə cazibəli edən elə qadınların özləriymişlər.

Sirr deyil ki, bir çox evli kişilər gecə klublarına və ya əyləncə məkanlarına yollanan zaman barmaqlarındakı üzüklərini gizlətməyə çalışar, əllərini ciblərindən çıxarmazlar. Onların fikrincə evlilik nişanəsi qarşı cinsin nümayəndələri önündə şanslarını aşağı sala bilər. Ancaq, təəsüf ki, qadın düşüncəsini və fikirlərini anlamaq hələ heç bir kişiyə tam olaraq qismət olmamışdır.

ABŞ-da aparılan son araşdırmalara görə kişi cəmiyyətində qəbul edilən stereotipə zidd olaraq bir çox qadınlar evli kişiləri daha maraqlı hesab edir, bəyənirlər. Maraqlısı ondadır ki, bir çox kişilər bu barədə portnyor sarıdan əziyyət çəkmirlər. Ağıllı və məntiqli xanım evli kişinin yanında görünərsə, kişinin dəyərini və hörmətini artırmış olur. Münasibət axtarışında olan xanımların fikrincə həyat yoldaşının əlindən tutan kişi daha şən və həyatsevərdir. Bu cür kişilər subaylara nisbətən daha ağıllı, ünsiyyətcil, güvənilən, daha imkanllı və əliaçıq olurlar. “Evolutionary Psychology” dərgisində əldə edilmiş nəticələr bütün təfərüatları ilə açıqlanmışdır.

Alimlər 245 kolec tələbə xanım arasında sorğu keçirmişdir. Sorğu əsasında tək, yəni subay kişilərlə, partnyoru ilə şəkil çəkdirən kişilərin fotoları arasında seçim etməyi təklif etmişlər. Texas xristian universitetindən olan layihə rəhbəri Randi Proffitt Leyvanın sözlərinə görə ideanın ortaya atılması anı qadınlar arasında “bütün yaxşı kişilər artıq ələ keçirilib” kimi inancların yaranmasından sonra baş tutmuşdur. Yəni, qarşı cinsin nümayəndələrinin fikirlərinə görə, ailə qurmayan kişi indiyə qədər qalıbsa, deməli onun hər hansısa gizli, xoşagəlməz bir problemi və ya dözülməz xasiyyəti mövcutdur.

Araşdırmalara əsasən bu fikirlər sadəcə uydurma deyil. Əslində həqiqətəndə qarşı tərəf seçim edərkən bu kimi göstəricilərə olduqca ciddi fikir verir. Əgər bir kişi yalnız deyilsə, deməli o müsbət keyfiyyətlərə malikdir. Sadəcə kimsə daha qabağa düşərək göstəriciləri düzgün qiymətləndirməyi bacarmışdır. Portnyor axtarışında olan qadın bu formada başqa qadının seçimini “kopyalayaraq” potensial kişi keyfiyyətlərindən istifadə etməyə çalışır. Randi Leyvanın sözlərinə görə əldə edilən nəticələr rahatlıqla deməyə əsas verir ki, romantik tanışlıqlar və ailə icdivacı kimi nüyanslar heçdə qadınların gözlənilməz qərarları ilə bağlı deyil. Əksinə bu bir növ sosial stereotipdir. Fikizi cəzbetmə, sosial status və kişinin ailəni maddi baxımdan təmin etmək kimi potensial bacarığı güclü cinsin nümayəndələrini daha maraqlı, stabil və güvənilən etmiş olur.

Leyvanın sözlərinə görə ilk baxışdan ötəri görünən nəticələr aysberqin yalnız görünən tərəfidir. Portnyorun seçimi kopyalamaq fenomeni tam örgənilməsə də, konkret proseslər araşdırılmasa da, ancaq bu kimi effektin yaranma səbələri çoxlarını daha dərindən düşünməyə məcbur etmişdir. Bundan başqa, uzunmüddətli və qısa müddətli münasibətlərin axtarışı zamanı qadınların daha dəqiq hansı formada kopyalama üsullarından istifadə etməsi ilə bağlı maraqlanmışlar. Bu marağın nəticələri isə çox güman ki, yaxın zamanlarda dərc ediləcəkdir.

“Only sex” münasibətləri üçün 12 qaydaSexsə münasibətiniz TEST

Fikirlərinizi bildirin.