Niyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz?

183
Niyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz

Niyə qaçış zamanı yalnız burunla nəfəsalmaq olmaz? Əgər hələ məktəb illərindən başlayaraq özünüzü ağzınızı açmadan qaçışa örgəşdirmisinizsə, deməli texnikanı dəyişmək vaxtı çatıb.

Qaçışı keyfiyyətli edən önəmli nüyanslardan biri düzgün nəfəsalama bacarığıdır. Əgər bir idmançı bunu düzgün edə bilmirsə, narahatlıq səbəbindən uzun məsafə qətt edə bilməz, bədənində ağrılar hiss edər. Bir çoxlarımıza orta məktəbdə yalnız burunla nəfəsalma örgədilsə də, bu düzgün deyil.

Düzgün nəfəsalma- sağlam nəticəli qaçış deməkdir.

Düzgün nəfəsalma bacarığı istənilən idman növü üçün önəmlidir. Oksigensiz qalan əzələlər bir müddət sonra anaeronik glikoliz rejiminə keçid alır. Yəni, əzələlərin dözümlülük göstəriciləri azalır və hərəkətlərin icra edilmə effektivliyi yoxa çıxır. Nəfəsalmanı beyinin xüsusi hissəsi idarə edir və bizim iştirakımız olmadan nəticəni orqanizimimizin gərəkli ehtiyaclarına yönəldir. Hərəkətlərin tezliyi çoxaldıqca nəfəsi alma və nəfəsi vermə ehtiyacı çoxalır. Buna görə də, nə qədər çox miqdarda oksigen qəbul edə bilsək, bizim üçün o qədər müsbət hall hesab edilir.

Ekspertəlin fikrincə qaşıç zamanı bacardığımız bütün yollardan istifadə edərək : ağız, burun, hətda dəri ilə nəfəs almalıyıq. Bu halda daxili sakitliyimizi qorumalı, həyəcanlanmamalıyıq.

Önəmli olan – qarışdırmamaqdır

Orqanizmimiz qaçış zamanı nə qədər və hansı formada nəfəsalmalı olduğumuzu özü müəyyənləşdirir.

Ekspertlərdən qaçış zamanı düzgün nəfəsalma texnikası ilə bağlı məsləhətlər:

  • Rahat və sabit nəfəsalmağa çalışın;
  • Çiyinlərinizi boşaldın. Onları yuxarı qaldırmağa gərək yoxdur;
  • Barmaqlarınızı rahat şəkildə yumurq kimi yığın;
  • Burun və ağızla eyni anda nəfəs alın.

Qaçış zamanı ağız bir balaca açıq saxlanılmalıdır. Bu sizə yalnız burunla nəfəsalmadan fərqli olaraq, böyük həcimdə oksigen qəbul etməyinizə yardımçı olar. Əgər yuxarı ətraflarınızı rahat və sabit formada saxlaya bilsəniz, ciyərlərinizin düzgün formada fəaliyyətinə yardımçı olarsınız. Unutmayın ki, hərəkətlər zamanı bütünlükdə orqanizmin böyük həcmdə oksigenə ehtiyacı olduğundan, bunu yetərincə təmin etməsəniz qıcolma və özündəngetmə kimi hallarla rastlaşa bilərsiniz.

Önəmli məsələ: Sinə ilə deyil, qarınla (diafraqma) nəfəsalınmalıdır. Diafraqma ilə alınmış nəfəs daha effektiv və ekonomikdir.

Nəfəsalma – burunla, nəfəsburaxma – ağızla

Qaçış zamanı bu cür texnikadan istifadə üzərk fəaliyyəti üçün daha xeyirli hesab edilir. Nəfəsverərkən burundan buraxılan hava kütləsinin həcmi az olur. Ağızla isə əksinə, çox. Bu ürək döyüntüləri göstəricilərinin normallaşmasına səbəb olur.

Nəfəsalma texnikası qaçışın intensivliyindən aslıdır. Misal olaraq, sürətli qaçış zamanı daxili orqanlara düşən gücün səviyyəsini azaltmaq üçün ağızla nəfəsalma daha məsləhətli variant hesab edilir. İntervallı qaçışda isə, burunla nəfəsalma daha yaxşıdır. Kardiozona da qaçış zamanı addımlara diqqət yetirilməli və nəfəsalma tempi gözlənilməlidir. Hər iki faktor ciyərlərə və böyrəyə düşən ağırlığı azaltmış olur. Nəticədə yarana biləcək ağrı hisləri aradan qalxır və qaçışın intensivliyini artırmaq mükün olur.

Yalnız burunla və ya yalnız ağızla nəfəsalma məsləhət görülmür. əgər oksigen yalnız ağızdan daxil olarsa, ağız suyu quruyar və maye tükəndiyindən diskomfort halı yaşanar. Eyni zamanda yalnız ağızla nəfəsaldığınız zaman diafraqma fəliyyəti daha da sürətlənər və bir müddət sonra yanlarda ağrılar yaranar.

Ən yaxşı kardioQaçışın kişilər üçün xeyriQaçış üçün 10 səbəbMüxtəlif yaşda ürək döyüntülərinin göstəriciləri

Əvvəlki məqaləHərəkətə başlama, manevretmə (maddə 42)
Növbəti məqaləPiyada keçidləri və ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanması (maddə 54)

Fikirlərinizi bildirin.