Niyə məktəbdə 3 qiymət alanlar 5 qiymət alanlardan daha uğurlu olurlar? Yəqinki siz də müəyyən yaşdan sonra sinifdə o qədər də yaxşı oxumayan sinif yoldaşlarınızın arasında bir neçə ildən sonra uğur qazanan insanları görmüsnüz. Onlar öz bizneslərini rahatlıqla yarada bilirlər və çalışaraq asudə vaxtlarını isdəkiləri şəkildə yaşayırlar. Məktəbdə oxuyarkən siz tamami ilə əksinə düşünürdünüz. Daha doğrusu müəllimləriniz tamamı ilə fərqli yanaşmaları siə aşılamağa çalışırdılar. Böyüdükdə isə, reallığın tamami ilə fərqli olduğunu gördünüz. Yaxşı və ya ili əla qiymətlərlə başa vuran şagirdlər bütün günü oxumaq və daha çox şey örgənməyə çalışır, kafi qiymətlə bitirənlər isə, iki almamaq üçün müxtəlif yollara əl atırlar.

Sözü gedən məsələdə bəzi prinsipial məsələlər mövcutdur. Bunlar nədən ibarətdir? Niyə görə, bəziləri özərini təhsilə, elmə həsr edir, bəziləri isə dünya miqyasında və ya olduqca tələbat hiss olunan sahələrdə şirkətlər qururlar? Bu günki məqaləmizdə bu mövzu ilə bağlı müxtəlif araşdırmalar aparmış məşhur psixoloq Benjamin Hardinin nəticələrini və gəldiyi qənaətləri diqqətinizə çatdırmaq istərdik.

Təhsil

Təhsil sisemi əsirlərlə formalaşan bir məsələdir. Hələ 18-ci əsrin sonlarında dünyanın bir neçə mərkəz şəhərlərində ixtisaslaşma yönündə təhsil müəssisələri müxtəlif ixtisas sahələri üzrə mütəxəsislər yeişirməyə başlamışlar. Nəticə bir müddət sonra yalnız öz işləri ilə məşğul ola biləcək xarakercə sanki insanların meydana gəlməsinə və formalaşmasına səbəb oldu. O zamandan bəri çox az şey dəyişib. Müasir sistemlər bizə baza təhsili vermiş olur. Sanki müəllimə necə cavab verməli olmağımızı və ya kitablarda yazılan kimi düşünməyə vadar edir. Adətən əlaçılar yazılan bütün qaydalara riayyət etmiş olurlar. Onlar vaxında ev tapşırıqlarını edirlər, yekunlaşmamış evdən çıxmırlar, gəzintiyə və dosları ilə, yəni ətrafla çox zaman keçirməyə can atmırlar.

Valideyinlər uşaqlarının, əlaçı uşaqlarının ev tapşırıqlarını nəzarətdə saxlamaqla onların gələcəkdə daha uğurlu insan olacaqlarını düşünürlər. Bəli, həqiqətən də nəticə etibarı ilə həmin uşaqlardan bəziləri gözəl alim və ya müəllim, bir sözlə elm adamı ola bilirlər. Gənc yaşlarında oxuduqları kitablar onlara böyüyərkən də yardımçı olur.

Hardinin fikirlərinə görə kafi qiymət alanlar isə adətən belə br sisemin düzgün çalışmasına şübhə ilə yanaşanlardır. Əlbətdə, əgər siz ali təhsilli bir insanın sonradan hansısa bir kafedə xidmət işçisi kimi çalışdığını gördükdə o zaman özünüzdən aslı olmayaraq eşitdiyiniz informasiyaların həqiqət əks etdirmədiyini hiss edirsiniz. Nəticədə yeniyetməlik dövründən bu cür insanlar öz elimlərini və əldə etdikləri məlumaları filterdən keçirirlər və sevdiklər işlə məşğul olmağa çalışırlar.

Əlaçılar hamının xoşuna gəlməyə çalışırlar və daha çox tez inciyən, mənəvi cəhətdən tez qırılan insan kimi böyüyürlər. Onlar büün qaydalara riayət etməyə çalışırlar. Kafi qiymət alanlar isə qaydaları pozmaqdan mənunluq hissi keçirirlər və risk etməyi sevirlər. Bəzən düşünülmədən və ya bəxtə-bəxt verilən cavab kafi qiyət alana yuxarı qiyətləndirilmədə kömək edə bilir.

Əlaçıların fikirlər və məqsədləri nəyin bahasına olur-olsun yüksək qiymət almaq istəyində oduğundan onlar adətən prefeksionist olurlar. Bu səbəbdən də, onlara daha geniş miqyasda düşünmək çətinliklər yaradır. Adətən məktəb və ya universitetdə örgəndikləri çərçivədən kənar düşüncəyə sahib olmurlar.

Siz necə düşünürsünüz? Əlaçılar öz uğurlarını necə qiymətləndirirlər? Əlbətdəki aldıqlar qiymələrlə. Bəs kafi qiymət alanlar? Hardinin bu barədə cavabları olduqca maraqlıdır. Kafi qiymət alanlar özləri qarşıya qoyduqları məqsədə çatıb-çatmadıqlarını və nə dərəcədə çatdıqlarını özləri müəyyənləşdirirlər. Başqa sözlə desək, onlar kənardakıların fikrinə və qiymətləndirməsinə ehtiyac duymurlar.

Psixoloqun fikrincə təhsil alarkən məktəblilər gərəksiz işlərə enerji sərf etmirlər. Təhsil bizi şablon düşünməyə vadar edir və olduqca böyük enerji sərf etməyimizə səbəb olur. Müəyyən sahə üzrə özünün inkişaf etməyinə və örgənməyinə isə az enerji gərəklidir.

Niyə məktəbdə 3 qiymət alanlar 5 qiymət alanlardan daha uğurlu olurlar

Gərəkli bacarıqlar

Niyə məktəbdə 3 qiymət alanlar 5 qiymət alanlardan daha uğurlu olurlar? Ancaq, kimsə həqiqətəndə elimdə yeniliklər yarada bilir. Əlbətdə, bir çox hallarda onlar əlaçılardırlar. Bu halda əsas məsələ təhsil alarkən əldə edilmiş bacarıqlardır. Əlaçılar öz yaddaşlarını gücləndirirlər, əməksevərlilik qabiliyyətlərini yüksəldirlər, qaydalara uyğunlaşma bacarıqlarını inkişaf etdirirlər.

Bu halda hansı nəaliyyətdən söhbət getməsi çox önəlidir. Yeni dərmanın icadı, bu da bir nəaliyyədir. Biz adətən uğurlu insan dedikdə biznesmen və ya hər hansısa böyük şirkətin rəhbərini nəzərdə tuturuq. Çox nadir hallarda uğur elimlə asosasiya olunur.

Nəzəri olaraq ora məktblərdə çətin halarda vəziyyətdən çıxış yolları, xeyir əldə etmək variantları, sevdikləri işlə məşğul olmaq ideaları örgədilir. Lakin, məkəbdə oxuduğunuz zaman kafi qiymət alan şagirdlərin özlərini necə apardıqlarını xatırlayın. Onlar hər zaman əlaçıların yanlarında oturmağa və onu yola gətirərək köçürməyə çalışırdılar.

Bütün bunlar kafi qiymət alanlarda ünsiyyət bacarığının formalaşmasını təmin edir. Özləri belə bunu alamadan onar bir psixoloqa çevrilirlər. Öz mənfəətləri üçün kimlərə hansı şəkildə yanaşmalı olduqlarını örgənirlər. Onlar zamanla nəyinki sinif yoldaşları, həm də müəllimləri ilə ünsiyyətə girmə yollarını anlayırlar.

Nəticədə buraxlış imtahanlarına qədər həmin uşaqların böyük tanış, dost ətrafı formalaşır. Gələcəkdə dəstək almaq şansları çoxalır. Onlar həm sinif yoldaşları ilə, həm də özlərindən yaşca böyüklər və balacalarla da ünsiyyət, xoş münasibət saxlamağa çalışırlar.

Yuxarda qeyd etdiyimiz kimi, kafi qiymət alanlar perfeksionist olmurlar. Onlar arzulamağa və fantazyalarını canlandırmağa meyilli olurlar. Zamanla beyinlərində yaratdıqları ideaları gerçəkləşdirməyə can atırlar və bunun sayəsində uğurlu və məşhur insan olmağı bacarırlar.

Bütün insalar fərqlidirlər. İnsan həyatında baş verən situatsiyalar da olduqca fərqlidir. Heçdə hər zaman üç alanlar gözətçi kimi çalışmırlar. Əla qiymət alanlar da alim olmaya bilərlər. Ən əsası anlamaq lazimdir ki, hər bir insanın həyatı onun öz əlindədir. Heçdə hər zaman bizim aldığımız qiymələr bizim həqiqi bilklərimizi əks etdrmir.

Psixoqeometrik testRoman Abramovichdən 10 məsləhət

Fikirlərinizi bildirin.