Niyə kofe siroplarından çox istifadə etməyə dəyməz və onlardan xeyirlisi hansılardırlar?

238
Niyə kofe siroplarından çox istifadə etməyə dəyməz və onlardan xeyirlisi hansılardırlar

Niyə kofe siroplarından çox istifadə etməyə dəyməz və onlardan xeyirlisi hansılardırlar?Şəkəri bananlı və ya badamlı əlavələrlə əvəzləmək o qədər də yaxşı fikir deyil.Son zamanlar kofe əlavələri olduqca məşhurluq qazanmışdır. Onlar kofenin təbii acılığını əvəzləyir və fərqli dad qatır. Kofemanlar müxtəlif qarışıqları bir-biri ilə əvəzləyərək geniş sirop seçimi arasında zövqlərini oxşayanı tapmağa çalışırlar. Lakin, bundan aşırı istifadə etmək düzgün deyil. Siroplar nədən hazılanır, təhlükələri nədən ibarət ola bilər və alternativ xeyirli əvəzləyicisi varmı? – kimi çox saylı suallara nutrusuoloqlar cavab tapmağa çalışmışlar. Bu gün sizə mütəxəsislərin bu mövzuda fikirlərini diqqətinizə çatdırmaq istərdik.

Siroplar nədən hazırlanır?

Adətən adi siropların tərkibi aşağıdakı kimidir:

  • Şəkər (çoxluq təşkil edir);
  • Konserv edilmiş aromatizatorlar;
  • Şirələr;
  • E rəngləndiricilər.
Əslində siroplar ziyanlıdılarmı?

Əgər biz nisbətən zəif kafelərdə kofelərə qatılan siroplardan danışırıqsa, bu halda onların heç bir xeyiri ola bilməz. Onların tərkibində böyük həcimdə şəkər var ki, bu da öz növbəsində maddələr mübadiləsinə, göbələk mikroflorasına və bağırsaqların fəaliyyətinə mənfi təsir göstərmiş olur. Nəticədə orqanizmə daxil olan vitaminlər və gərəkli maddələr bədənə olduqca gec sovrulur. Bizim əldə etdiyimiz yalnız kalori miqdarı olur. Artıq qəbul edilmiş karbohidratlar və yağlar piy ehtiyyatına çevrilir.Misal olaraq, əgər siroplu late və ya kopiçino içsəniz, bir müddət ərzində aclıq hissinizin olmadığını hiss edəcəksiniz. Əslində isə hissiyat aşırı kalorili əlavələr səbəbindən baş verir. Siroplu late içkisində 600 kkalri mövcutdur. Bu isə tam porsiyada qida qəbulu ilə eyni mənaya gəlir. Buna baxmayaraq, insulinin fəaliyyəti başladıqda, qlikozanın miqdarı yenidən düşür və aclıq hissi yeni bir təkanla daha güclü hiss edilməyə başlayır.

Arıqlamaq üçün tamami ilə siroplardan imtina etmək lazımdırmı?

Əlbətdəki, nədənsə birdəfəlik imtina etmək düzgün deyil. Nutrisioloqların yanaşmalarına görə qidalanma zamanı hər şeydən yeyilməlidir. Sadəcə zaman və miqdar nəzərə alınmalıdır. Önəmlisi adekvat porsiyalara əsaslanmaqdır. Şirin, yağlı, duzlu qidalardan birdəfəlik imtina etmək olduqca çətindir. Ekspertlərin məsləhətlərinə əsasən bu kimi qidaları və əlavələri saat 16:00-a qədər qəbul etmək daha məqsədə müvafiq olardı.Hətta pəhriz zamanı da, düzgün yanaşma ilə hər şeyi dadmaq mümkündür. Keyfiyyətli siroplar az miqdarda olarsa sizə xeyirli ola bilər. İstənilən xeyirli ərzaq normadan artıq həddə sizə inanılmaz zərər verə bilər.

Siroplara qarşı sağlam alternativ mövcutdurmu?

Əgər biz təbii siroplardan danışırıqsa, bəli. Onlar aşağı tempraturda hazırlandıqlarına görə tərkibindəki xeyirli maddələri qoruyub saxlaya bilirlər. Eyni zamanda, düzgün siroplar aşağı qlikomik indeksə malik olub qanda şəkərin miqdarını ani formada qaldırmırlar.

Agave siropu. Meksikada yaranmışdır. 46°C dərəcədə hazırlanır. Olduqca az kalorilidir. 100 qr miqdarda – 310 kkal.

Üstünlükləri:

  • Toksinlərdən təmizləyir;
  • İmuniteti gücləndirir;
  • Soyuqdəymə ilə mübarizə aparır;
  • Aclıq hissini və qanda holestrin miqdarını azaldır;
  • Kalsiumun bətənə sovrulmasını təmin edir.

Ağcaqayın siropu. İstehsal zamanı aromatizatorlardan istifadə edilmir. Tərkibində xeyli sayda minerallar və vitaminlər mövcutdur. 100 qr siropda 260 kkal aşkar edilir.

Üstünlükləri:

  • Mədəaltı vəzin iş prosesini yaxşılaşdırır;
  • Qan-damar sistemini təmizləyir;
  • Soyuqdəymə prosesləri ilə mübarizə aparır;
  • Kişilərdə potensiyanı artırır, tərkibində xeyli miqdarda sink və marqans mövcutdur.

Topinambura siropu. Şimali Amerikada 50-60°C dərəcədə hazırlanır.100 qr siropda 270 kkal-yə rast gəlinir. Hazırlanma zamanı tempraturun az olması səbəbindən dəri üçün gərəkli olan A, B, C vitaminləri, E vitamini, dəmir, kalsium və maqnium saxlanılır.

Üstünlükləri:

  • Maddələr mübadiləsini aktivləşdirir;
  • Mədə-baırsaq sisteminin fəaliyyətini normallaşdırır;
  • Böyrəkləri təmizləyir;
  • Maye balansını normallaşdırır.

Kofe ilə sex bir-biri ilə əlaqəli imişKofe-xeyri və ziyanı barədə

Fikirlərinizi bildirin.