Niyə klassik yunan heykəllərinin cinsi orqanları balaca təsvir edilmişdir? Əzələli Herakl, körpə Dionislə olan Hermes və digər yunan qəhrəmanları hər zaman güc, qüvvə nümayiş etdirir. Onların dəriləri altında əzələlər oynayır, qarınlarında press əzələləri nümayiş etdirilir, üz cizgilərində qətiyyət görünür. Ancaq, heykəllərə diqqət yetirdikdə təbiətin sankı qurşaqdan aşağı hissələrinə simicliklə yanaşdığı anlaşılır. Bəs heykəltaraşlar niyə bu yolla heykəllərin xətrinə dəyməyə çalışmışlar?

İnsanda fikrimizcə ürək kimi cinsi orqan da gözəl olmalıdır. Qədim yunanlıların inancına görə ali insan ilk növbədə kişi cinsi hesab edilirdi. O zamanlar qadınlar bu kimi statusa sahib deyildilər. Daşlarda cizgiləri və bədənlərinin həkk edilməsi xöşbəxtliyini o dövrün yalnız güclüləri yaşaya bilərdilər. Bir qayda olaraq isə, bu ən gözəl allahlar və qəhrəmanlardırlar. Onların bir neçəsinin bəzi yerləri parça ilə örtülü olsada, br çoxlarının hər yerəri açıqdır.

Niyə kiçik?

Müasir incəsənətdə böyük cinsi orqan kişi gücünün və hakimiyyətliliyi kimi asosiasiya olunur. Bu həmdə qəhrəmanın sexsual baxımdan aktiv həyat tərzi keçirdiyi anlamına gəlir. Ancaq, qədim yunanlılar başqa fikirdə olmuşlar. Aristofan (eramızdan əvvəl 419-423-cü illərdə) öz “Buludlar” əsərində ideal kişi obrazını bu cür canlandırırdı: “parlaq sinə, əlvan dəri, enli kürəklər, çox balaca dil və kiçik cinsi orqan”.

Niyə klassik yunan heykəllərinin cinsi orqanları balaca təsvir edilmişdir?

Bəli, bu kiçik cinsi orqan heçdə həmişə real ölçülər demək deyil. Məhs bu detal gözəl bədənin elementi hesab edilir və o dövürlərin ideal bədən ölçüləri hesab edilirdi. Yeri gəlmişkən, əgər birbalaca heykəlləri diqqətlə izləmiş olsanız cinsi orqanın həm kiçik ölçülü olmasını, həm də ehtiraslanmamasını görərsiniz. İncə və kiçik kişi cinsi orqanı yüksək mədəniyyətin əlaməti hesab olunurdu. O yüksək intellektin və məntiqin simvolu kimi qəbul olunurdu. Qədim yunanlıların fikrincə məhs bu cür xarakterik xüsusiyyətlər hər bir ideal və ya ideallığa yaxın olan kişidə mütləq olmalıdır.

Onlar niyə geyimsiz idilər?

Niyə klassik yunan heykəllərinin cinsi orqanları balaca təsvir edilmişdir? Heç düşünmüsünümü, bu qədər qədim kişilər niyə bizim qarşımıza geyimsiz, anadangəlmə lüt formada görünürlər? Yeri gəlmişkən, qədim yunanlılardan fərqli olaraq onların qonşuları Misirlilər və Assurilər bu mövzuda müəyyən qədər daha qapalı davranırdılar.

İsətnilən misirli, fars və asurili özlərinin bu şəkildə heykəllərinin hazırlanmasını utancverici bir hal hesab edərdilər. Geyimsiz heykəlləri müharibələrdə uduzmuş insanlara aid edirdilər və utandırmaq məqsədi güdürdü. Sözü gedən xalqların fikrincə insanın əynindən geymin çıxarılması onu heyvanla eyniləşdirmə mənasına gəlir. Ancaq, yunanlılarda tamami ilə başqa yanaşma mövcut idi. Onlar üçün hər xırda gizli detalın nümayişdə olması qəhrəmanlıq anlamı daşıyır. Heykəllərin lütlənməsi heçdə realda yunanlıların Afina küçələrində bu tərzdə gəzdikləri mənasına gəlməz.

Niyə klassik yunan heykəllərinin cinsi orqanları balaca təsvir edilmişdir?

Niyə böyük?

İndi isə Silenlə yaxından tanış ola bilərsiniz. Bu heykəldə fərli nələr var? Onu heykəli böyük ölçülü və ehtiraslanmış cinsi orqanla təsvir edilmişdir. Deyəsən qədim yunanlılar heçnədə sərhəd tanımırdılar. Bəzi satir heykəllərinin cinsi orqanları heykəl hündürlüyündə əks etdirilmişdir. Silen- ilahi qüvvədir və tez-tez satirlə assosiasiya olunur. Onun bəzi xüsusiyyətləri insanlara, bəzi xüsusiyyətləri isə heyvanlara xasdır. Silen varvar, idarə edilməyən, vəhşi təbiətə şamil edildiyindən bu cür təsvir ona uyğundur.

Digər böyük cinsiyyət orqanlı heykəllər isə, komediya personajlarına, yüksək intellektə sahib olmayanlara, eyni zamanda qədim yunanlıların düşmənlərinə həsr edilmişdir.

Cinsi orqanla bağlı 10 qadağaCinsi orqanın böyüdülməsi zamanı hidropompadan istifadə üçün 5 səbəbCinsi orqanın böyüdülməsi

Fikirlərinizi bildirin.