Niyə kişilər qadınların göz yaşlarından qorxurlar

508
Niyə kişilər qadınların göz yaşlarından qorxurlar

Niyə kişilər qadınların göz yaşlarından qorxurlar. Qadınlar ağlamağı xoşlayır. Kişilər isə bu göz yaşlarından çəkinirlər. Bu hal niyə baş verir? Qadın göz yaşları kişi sağlamlığına necə təsir edə bilər?

Yüksək məsuliyyət hissi

“Əsil kişi hərəkətlərinə cavabdeh olmalıdır”, “əsl kişi ailənin başçısı olmalıdır” – bütün bunlar doğru yanaşmalardır. Bir çox həqiqətlər kişi beyninə uşaqlıq illərindən etibarən yeridilir. Bu isə o deməkdir ki, kişinin uduzmağa heç bir şansı yoxdur – ailə həyatı ciddi qaydalara riayət olunmaqla yaşanılmalıdır. İstənilən kənarlaşma halları yüksək yaddaşlı fayllarla yüklənmiş kompüter kimi donmalara və partlayışlara səbəb ola bilər. Gündəlik çətinliklər, qaç-qovmalarla yanaşı gözlənilmədən qadının göz yaşları bütün sistemin sıradan çıxmasına səbəb ola bilər. Ümumi inanclara görə zərif cinsin nümayəndəsinin ağlamağı qlobal mənada kişinin işinin öhdəsindən layiqincə gələ bilməməsi mənasını verir. Bu halda qarşı tərəfin səbəb kimi yalnız gününün uğursuz keçməsi və ya dırnağının zədələnməsi kimi izahları mənasız görünür. Bu kimi kiçik narahatçılıqların ağlamaqla ifadə edilməsi kişinin çaşğınlığına səbəb olur, hislərini qarışdırır.

Kişilər özlərini günahkar hiss edirlər

Qadının göz yaşlarının səbəbləri arasında kişi faktoru olmasa belə kişilər hər zaman özlərini günahkar hesab edirlər. Əsəb sisteminin nisbətən fərqli quruluşu və baş verənləri qavrama prosesi evin kişisinin “günahkar mənəm” düşünməsinə səbəb olur. Hadisələrin bu kimi cərayan etməsi ilk öncə onu əsəbləşdirər, sonra günah hissi oyadar, sonluqda isə özünü bəyənməmə, özünə qıcıqlanma, özündən küsmə ilə nəticələnər. Kişi qadına kömək edə bilmədiyini anlayaraq özünü çarəsiz hiss edər. Nadir hallarda ağlaya bildiklərindən daxili sıxıntı yaşamış olarlar. Bir sözlə, qadınlarda sürətlə baş verən əhval-ruhiyyə dəyişikliyini anlamazlar. Göz yaşlarından bir neçə dəqiqə sonra qadınların necə gülümsəyə bilmələrinə təəcüblə yanaşarlar.

Kişilər üçün ağlamaq və özündənçıxma eyni məna verir

Uzun müddətli münasibətlərdə olan qadınlar belə yəqinki kişi yanında ağlayan zaman “özündən çıxma!” ifadəsini eşidiblər. Məsələ ondadır ki, planetin güclü cinsinin nümayəndələri emosyalara sakit və ötəri yanaşa bilmirlər. Bu səbəbdən də qadın onun yanında ilk dəfə ağlasa belə mütləq qaydada xanımın özündən tez çıxdığı barədə nəticəyə gəlirlər. Bu cür qənayətlər birlikdə yaşanılan illərdən aslı olmayaraq formalaşır. Nəticədə yaranmış situatsiyada kişi ilk növbədə əsəb pozuntusundan şübhələnməli olur.

Ağlamaq – mübahisələrdə çıxış yolu deyil

İstənilən emosional mübahisə zamanı oppanentlər fikirləri ilə bölüşürlər. Bu fikir fərqliliyi uzun müddət davam edə bilər. Nəticədə bir tərəfin sözləri tükənir, əsaslar gətirə bilmir. İdeal halda eyni məxrəcə gəlməli olsalarda, yekunda mütləq qaydada qadınlar qadağan olunmuş fəndlərdən istifadə edirlər. Yaranan konfliktlər zamanı qadınlar ağlamağa üstünlük verirlər. Bir sözlə kəmərdən aşağı zərbə. Susqunluq yaranır və kişi mübahisəni davam etdirməkdən yayınır.

Hadisələrin bu cür gedişatının səbəbi nə ilə əlaqəlidir? Sadəcə kişilər eyni yolla cavab verə bilmirlər. Onlar mübahisə zamanı sözlərini yarımçıq kəsib, ağlaya bilmirlər. Əks hal zəiflik və çarəsizlik kimi görünə bilir. Hətda bu hərəkət kişidə özünü günahkar hiss etmək kimi hislər oyada bilir. Bəzi kişilərdə isə təsir özünü nisbətən fərqli göztərir və adətən ev mebellərini zədələməklə yekunlaşa bilir.

Qadın göz yaşları kişi orqanizminə mənfi təsir göstərir

Sonuncu və fikrimizcə ən tutarlı səbəb. Alimlərin ilin əvvəlində yeni bir nəaliyyətləri məlum olmuşdur: sən demə, qadın göz yaşlarını gördükləri zaman kişilərdə kişi potensiyasına mənfi təsir göstərə bilən harmon ifraz edilir. Yəni, qadın özündən çıxan zaman zaman kişi ilk növbədə yüngül narahatlıq hiss edir, sonradan güclü əhval-ruhiyyə pozuntusu ilə rastlaşır, nəticədə zamanla kişi gücünü müəyyən qədər itirmiş olur. Bu səbəbdən də, qadınlar əllərində olan silahdan ehtiyyatla istifadə etməlidirlər. Nəticələri olduqca ağır ola bilər.

Sex zamanı qadın orqanizminin az smazka (sulanma) ifraz etməsinin səbəbləriTelevizora baxmaq kişilərin qadınlarla bağlı zövqlərini dəyişdirirmiş

Əvvəlki məqaləKadrlarda soyunmaqdan çəkinməyən kişi aktyorlar
Növbəti məqaləNəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı (maddə 29)

Fikirlərinizi bildirin.