Niyə kişi pencəklərinin hamsının qollarına bir neçə düymə bərkidilir? Kişi pencəklərinin qollarında olan düymələr demək olar ki, bütün pencəklərdə rastlanılır. Bu tək geyimin bahalı və ya ucuz olmağından aslı deyil. Hamsında eynidir.

Buna baxmayaraq yəqin ki, bir çoxlarımız bunun nə üçün gərəkli olması ilə bağlı özümüzə sual vermişik. Hər zamankı kimi, cavab daha qədim zamanlara təsadüf edir.

Əlbətdə ki, tam dəqiq olaraq qoldakı düymələrin tarixini və səbəbini açıqlamaq olduqca çətindir. Lakin, bu mövzuda bir çox fikirlər və təxminlər mövcutdur. Beləliklə, bu gün sizin suallarınıza cavab tapmağa çalışacağıq.

Pencəklərin qollarında olan düymələrin hərbi məqsədlər üçün nəzərdə tutulması barədə təxmini fərziyyələr

Bütün digər müəmmalı məsələlərdə olduğu kimi kişi geyimlərinin fərqli tərəflərində də hərbiçi məvhumu önəmli yer tutur.

Tarixi geyimlərdə daha çox şahzadə Prussi Fridrix II, imperator Napaleon və admiral Nelsonun adları hallanmaqdadır. Mənbələrə əsasın onların hər üçü ciddi cəhdlə sərkərdələrinin, əsgərlərinin düyməli qollu üst geyimi geyinmələrini tələb etmişlər. Artıq çoxumuza məlumdur ki, Napaleon öz dövründə dəb anlayışına xeyli sayda tövhələr vermişdir.

Niyə kişi pencəklərinin hamsının qollarına bir neçə düymə bərkidilir

Mundirlərin qollarına düymələrin tikilişinin başlıca səbəbi kimi döyüş zamanı və ya döyüşdən sonra hərbiçilərin üzlərində olan yaraların, qan ləkələrinin və burun suyunun geyimin qollarına sürtərək təmizlənməsinin qarşısını almaq üçün idi. Bu adət həmin dövürlərdə olduqca geniş istifadə olunurdu. Nəticədə hərbiçinin geyimi olduqca natəmiz və görkəmsiz hala düşürdü.

Düymələrin yaranması isə, əsasən dəmir düymələrin geyinənlərə pis vərdişdən uzaq durmağı və cib dəsmalı gəzdirməyi örgətmiş oldu.

Eyni zamanda mundirin qolları nisbətən qısaldığından onunla göz və ya üz silmək mümkünsüz olmuşdu. Beləliklə, rəsmi hərbi geyimin daima hörmətdə saxlanılması, təmizliyinin qorunması kimi narahatlıq doğuran hallar aradan qalxmış oldu.

Bundan savayı, səsləndirilən digər fikirlərə əsasən pencəklərin qollarına bərkidilən düymələr “cərrahi” monjetlər adlandırılırdı – surgen cuffs. Beləliklə, o hərbi həkimlərə ehtiyac olduqda geyimin qollarını qaldıraraq yuxarı bağlamağa imkan yaratdı. Misal olaraq: hər hansı tələsik məqamda əllərini yuya və təcili əməliyyat edə bilmələri üçün.

Düymələrin qolda düzlüməsinin qeyri hərbi səbəbləri

Fikirlərə görə düymələr hələ üst kişi geyimmlərinin nisbətən geniş tikildiyi zamanlarda belə istifadə edilirdi. Lakin, XIX əsrdən etibarən bu tərzdən kütləvi şəkildə imtina edildi. Nəticədə dəbdə olan fraklar yayılmağa başladı. Məhs onlar zamanla klassik kişi pencəklərinə çevrildilər.

İndi isə fikrinizdə XIX əsrlərdə bu cür frak geyinmiş və öz bağında çalışan bir centelmen canlandırın. Görüntü o qədər də ürəkaçan deyil. Elə deyilmi? O zamanlar bu cür geyimlər yalnız rəsmi görüşlərə geyinilmirdi. Avropa aristokratlarından başqa bütün orta təbəqənin geyim tərzi bu formada idi.

Bu səbəbdən də, 17-18-ci əsrlərdə üst geyimlərini kütləvi şəkildə əvəz etməyə başladıqda istehsalçılar gündəlik işlər üçün rahatlayıcı məqamları düşünməyə məcbur olurlar. Düymələr sayəsində istənilən centilmen iş prosesində rahatlıqla düymələri bağlaya, frakını soyunmadan onu təmiz saxlaya bilərdi.

Müasir dövürdə

Müasir dövürdə minimal sayda qol düymələri olan pencəklərə rast gəlinə bilir. Ancaq, bir çoxunda klassik varianta əsasən 4 düymə bərkidilir. Səbəb? İstehsalçılar sadəcə daha çox kişi bədən quruluşu formalarını əhatə etməyə çalışırlar. Düymələr sayəsində isə pencəyin qolları nisbətən boş formada görünə bilir.

Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür?Kişi tərzinin əlifbası

Fikirlərinizi bildirin.