Niyə insanlar keçmiş partnyorlarının intim fotolarını saxlayırlar?

1118
Niyə insanlar keçmiş partnyorlarının intim fotolarını saxlayırlar

Niyə insanlar keçmiş partnyorlarının intim fotolarını saxlayırlar? Tədqiqatçılar müəyyən ediblər ki, təxminən hər on nəfərdən biri keçmiş seksual partnyorlarının yaramaz fotolarını şəxsi arxivindən silmir.

Vice yazır ki, hər 10 nəfərdən biri telefonunun yaddaşında birinci sevgilisinin intim fotolarını daimi olaraq saxlayır. Bu, Bolt Burdon Kemp hüquq firmasının keçirdiyi sorğunun nəticələridir.

Tədqiqatda müxtəlif yaşlarda olan 1000 insan iştirak edib. Məlum olub ki, 60 faiz insan partnyorunun çılpaq fotolarını ondan ayrılandan dərhal sonra silir. Qalan təxminən 40 faiz cütlüklər onları dərhal təmizləmir və ya ümumiyyətlə daha qəliz fayllarda arxivləşdirir.

İntim fotoların “kolleksiyaçıları” -ına daha çox Millenniallar (Millennials və ya Y nəsli – təqribən 1981-1996-cı illərdə doğulmuş və yeni minilliyi gənc yaşda qarşılayan, ilk növbədə rəqəmsal texnologiyalarda dərin iştirakla səciyyələnən insanların nəslidir) arasında rastlamaq mümkündür. Onların demək olar ki, 47 faizi belə şəkillərə və xatirələrə həssasdırlar. Sorğuda iştirak edən gənclərin üçdə biri etiraf edib ki, onlar ayrıldıqdan sonrakı müddətdən bir aydan çox səmimi fotolar saxlayırlar.

Qadınlar arasında üçdə biri belə şəkillərin ümumiyyətlə telefonlarında olduğunu etiraf ediblər.

İlk erotik fotoqraf Jacques Biedererin işləriUnudulmuş əfsanələr: ürəyinizi ağrıdacaq 25 fotoGirlfriend tattooları nə deməkdir: qadın bədəni üçün tam bələdçiÖzəl dedektiv tərəfindən danışılan 7 inanılmaz xəyanət hekayəsiSəhnələri və podiumu fəth edən məşhur transgenderlərConchita Wurst indi Tom görkəmində

Əvvəlki məqaləBuğa ♥ Oxatan
Növbəti məqaləBuğa ♥ Oğlaq

Fikirlərinizi bildirin.