Niyə idmandan öncə spirtli içki qəbul etmək olmaz?

106
Niyə idmandan öncə spirtli içki qəbul etmək olmaz

Niyə idmandan öncə spirtli içki qəbul etmək olmaz? Bəzi məşqçilər hətda imdanla məşğul olmaq üçün zala gələnlərdə içki qoxusu hiss etdikdə belə onları zala buraxmırlar.

İşdən sonra iş yoldaşınız onun uğurunu qeyd etməyə dəvət edir, siz isə axşam məşqdə olmalısınız? Bu zaman çıxılmaz vəziyyətdə qalırsınız – imtina etmək, ya razılaşmaq? Əgər məşqlərlə bağlı əldə edəcəyiniz nəticələrin aşağı olmasını istəmirsinizsə, mədəni şəkildə imtina etməyiniz daha məqsədə müvafiq olardı. Məşq gününüz sabah olsa belə, bir gün öncədən spirtli içki qəbulu məsləhət görülmür.

Niyə məşqlərdən öncə içki qəbulu məqsədə uyğun sayılmır?

Spirtli içki orqanizmə neqativ təsir göstərir, maddələr mübadiləsi və bərpaolunma prosesini gecikdirir, fiziki göstəriciləri aşağı salır. Köbud dillə desək, orqanizim bütün gücünü yüklənmələr və ağırlığın adaptasiyasına, bərpaolunma prosesinə deyil, içkinin qalıqlarının bədəndən ixrac edilməsinə yönəldəcəkdir.

“Stress harmonunun” artımı baş verər

Ola bilsin ki, spirtli içki qəbulundan sonra insanlar güc və işləmək həvəsi əldə etmək istəsinlər. Lakin, eyni anda bədəndə kortizolun – stress harmonunun səviyyəsi artmış olur. Bu yalnız qısamüddətli fəaliyyətlər və ya yarışlar zamanı gərəkli ola bilər. Kortizol piy və piy toxumalarının dağılması nəticəsində orqanizmin energetik resurslarını mobilizə edir. Buna görə də, əgər sizin məşqiniz uzun müddət davam edirsə harmon əldə etməli olduğu enerjini artıq zülallardan götürəcək ki, bu da bir başa əzələ böyüməsinə mənfi təsir göstərəcəkdir.

Bədən gücsüz olacaq

Yeni Zellandiyanın qida və sağlamlıq inistitunun alimləri müəyyən araşdırmalar aparmışlar. 10 sağlam kişidən baldır üçün nəzərdə tutulmuş kvadrisepsdə idman hərəkəti etmələri xahiş edilmişdir. Sonradan isə onların bir hissəsi bədənin hər kiloqram çəkisinə uyğun olaraq 1 qram ölçüdə etanol (araq və portağal şirəsi formasında) qəbul etmiş, bir hissəsi isə tərkibində ümüumiyyətlə spirt olmayan içkiləri içmişlər. Effektivlik dərəcəsi prosedurlardan 36 və 60 saat sonra ölçülmüşdür. Nəticələrə görə spirtli içki qəbul edən insanların 36 saatdan sonra əzələləri 45% səviyyədə daha çox yorğunluq əldə etmişdir.

Orqanizim sonradan yandırmalı olacağı “mənasız” kalorilər əldə edəcəkdir.

Kalori göstəricilərinə görə ilk yeri likörlar tutur. 100 qramın tərkibində təxmini 300 kkal. İkinci yeri isə araq, konyak və viski tutur ki, 100 qr içkidə 240 kkalariyə rast gəlinir. Üçüncü yerdə kəmşirin şampan şərabı – 100 qr-120 kkal. Ən az kalorili içki isə şəffaf pivə hesab edilir. 100 qr pivənin tərkibində cəmi 60 kkal mövcutdur. Sadəcə pivə adətən bir neçə qədəh içildiyinə görə kkalori sayının artımı mümkündür.

Spirtli içkilərdən aldığımız bütün kalorilər “mənasız” hesab edilir. Onların tərkibində zülal, yağ və karbohidratlar yoxdur. Orqanizim bu kalorilərdən qurtulmaq üçün bütün gücünü səfərbər edir. Nəticədə yağ və karbohidrat qalıqları bədənin müxtəlif yerlərində xoşagəlməz formada toplanacaq.

Beyin pis çalışacaq

Ayda cəmi iki dəfə içsəniz belə tədricən intellekt azalacaq. Spirtli içkinin təsiri nəticəsində beyin yarımkürələri fəaliyyətini zəiflədəcək. Reaksiyanız sankı tormozlaşacaq. Məşqlər zamanı tez qərar verib, zədələnmədən yayınma imkanlarından istifadə edə bilməyəcəksiniz.

Orqanizim susuzlayacaq

İçkidən sonra orqanizim su qəbulundan çox su ifrazına daha çox meyilli olur. Bu səsəbədən də, qonaqlıqlardan sonra su içməyə həvəsiniz yaranmış olur. Nəticədə su balansının bərpa olunması bir neçə gün davam edə bilər.

Hansı hallarda içki qəbulu xeyirlidir?

Əgər biz porsfesional baxımdan yanaşsaq, bir çox idman növlərində, eyni zamanda döyüş, güləşlə bağlı yarışlarda spirtli içki dopinq hesab ediləcəkdir. Uyğun olaraq analizlər nəticəsindən idmançı bədənində aşkarlanan miqdar müxtəlif sanksiyalarla nəticələnə bilər. Az miqdarda içki qəbulu ağrı effektini azaldır, sakitləşdirir, həyəcanı aradan qaldıra bilir.

Lakin, unutmaq lazım deyil, yalnız mütamadi olmayan, az miqdarda spirtli içki qəbulu. İstənilən insan yolun başlanğıcında seçimi özü etməlidir: ya gözəl və sağlam bədən quruluşu, ya da dostlarla keçirilən əyləncəli gecələr.

Spirtli içki qəbulundan neçə saat sonra sükan arxasında oturmaq olar?Qarını tez böyüdən yeməklər və içkilər

Əvvəlki məqaləNV-nin yolun hərəkət hissəsində yerləşməsi (maddə 49)
Növbəti məqaləArmudun kişi orqanizminə xeyri barədə

Fikirlərinizi bildirin.