Niyə axşam saatlarında yeməyə cumuruq?. Gecə saatlarında soyuducuya nəzər yetirmək üçün yerindən durmaq və ya gecə saatlarında yemək yemək üçün bəhanələr çox vaxt “yaxşı yuxuya getmək üçün yeyirəm” kimi ifadələrlə əsaslandırılır. Bütün bunlar nəyə görə baş verir və qarşısını necə almaq mümkündür? Gəlin birlikdə nutrisioloqların və çəki korreksiyası üzrə mütəxəsislərin fikirlərinə nəzər salaq.

İlk öncə ondan başlayaq ki, hər şey konkret insanın gün rejiminin sirkal ritimlərinin dəişməsi səbəbi ilə əlaqədardır. Əgər bu narahatlığı tez zamanda yoluna qoymağa çalışmasaq, hər şey funksional pozuntu və əsəb sisteminin zədələnməsi ilə nəticələnə bilər.

Gündəlik rejim və yemək qəbulu bir-biri ilə necə əlaqəlidi?

Gecə saatlarında insan yatmalıdır. 22:00-da yatağa girmək daha məqsədə uyğun hesab edilir.Əgər daimi olaraq, aylar-illər keçdikcə yuxuya hazırlıq dövrü pozularsa deməli tədricən sirkal ritimlərin qrafiki də ardıcılığı düzgün icra edilməyəcək.

Sirkal ritimlər orqanizmin bioloji saatı mənasına gəlməkdədir. Orqanizimdə olan hər bir harmon bu ritimlərə uyğunlaşdırılmışdır. Bütün proseslər sinxronlaşdırılmalıdır. Sadə sözlə desək, melatonin – bizim sirkal ritimlərimizi nəzarətdə saxlayan harmondur. O öz növbəsində böyümə harmonunu yaradır və o da öz növbəsində digər başlanğıclara səbəb olaraq bizim yuxu zamanı yağyandırma proseduruna start vermiş olur.

Daxili orqanların fəaliyyətinin özünə uyğun zamanı mövcutdur. Bu məsələ harmonlarla bağlı da keçərlidir, yəni hər birinin öz saatı vardır. Adətən aclıq hissinə qrelin (aclıq harmonu) və leptin (toxluq harmonu) cavabdehlik daşıyır.

Aparılmış çoxsaylı araşdırmalara əsasən yuxunun müddətinin və keyfiyyətinin kökəlmə, metobolik sindromla, insulinorezistentliklə və ikinci dərəcəli şəkər xəstəliyi ilə bir başa əlaqəli olduğu sübuta yetirilmişdir.

Qrelin – beyinə sizin aclığınızla bağlı siqnal ötürən harmondur. Sizin yuxunuz pozulan zaman qrelin olduqca aktiv şəkildə ifraz olunmağa başlayır. Onun məqsədə sizə daimi yuxusuzluq səbəbindən çatışmayan enerjini geri qazandırmaqdan ibarətdir.

Leptin – toxluq harmonudur. Yağ toxumaları sayəsində ifraz edilir. Siz tam yuxunuzu almadıqda və ya doğru zamanda yatmadıqda leptinin beyinlə əlaqəsində pozuntu yaranmış olur. Beyin leptindən siqnal ala bilmir və nəticədə leptinorezist problem yaranmış olur.

İnsan yuxu qrafikindən daha çox uzaqlaşdıqca, o qədərdə kökəlməyə başlayır və daim aclıq hissi yaşayır. Çox vaxt dolu insanlar daha çox yuxusuz və özlərini ac hiss edən insanlar olurlar.

Niyə ac olarkən yuxuya getmək çətin olur?

Qrafikin pozulması səbəbindən biz səhər tezdən yuxudan oyana bilmirik. Orqanizimdə kartizolun miqdarı səhər saatlarında yüksək olalı və asta-asta qalxmalıdır. Gecə saatlarında isə əksinə azalmalıdır.

Gecə vaxtı yüksək kartizol göstəricisi nəticəsində bədən yatmalı olduğunu anlamır. O aktiv olduğundan əlavə enerjiyə etiyac duyur. Bir çox insanlar axşam saat 19:00-dan sonra yemək yeməməyə çalışırlar. Lakin, bu da kartizolun artamsi ilə nəticələrnir və əksinə aclıq hissi artmış olur.

Kartizol insulinin antoqonisti hesab edilir. Bioloji saatları normaya salmaq üçün orqanizim məcburiyyət qarşısında əlavə enerji mənbəyi tələb etməli olur. Bu halda da insulin ifrazı başlayır ki, o da insulinin səviyyəsini azaltmaqla yanaşı böyümə harmonunu zəiflədir. Nəticədə sirkad ritimlər pozulur, gecə vaxtları yeməyə həvəs artır.

Gecə saatlarında olan aclığa başqa nələr təsir edə bilər?

Gecə saatlarında baş verən aclığın daha bir səbəbi də xroniki streslə bağlıdır. Bu problem də özünü kortizolun işində hiss etdirir. Bu səbəbdən siz həyatınızı bacardıqca istirahətə və rahatlığa yönəlik qurmağı bacarmalısınız.

Bir çox insanlar yaranmış stress halını şirniyyat və ya dadlı yeməklərlə dəff etməyə çalışırlar. Lakin, əsəbi şərait keçdikən sonra yemək həvəsi azalır, zamanla kökəlmə zəifləyir, dəriyə təravət hissi bəxş edilir.

Gecə saatlarında kalori defisiti və yüksək nitrit tərkibə saib məhsulların tükənməsi baş verə bilər. Bu səbəbdən də, gün ərzində kifayət qədər vitaminlər və minerallarla zəngin məsullardan istifadə etmək lazımdır. Yediyiniz tor kalorili ola bilər, ancaq ondan sonra siz resurslarınızı itirməyə başlayacaqsınız.

Günün sonunda məhsulların qəbulu defisiti yaranır. Orqanizim neokorteksi (bu bizim instinktlərimizi nəzarət saxlamağa nəzarət edən beyin hissəsidir) söndürür. Reptil beyin hissəsi aktivləşir. Bu hissə isə həmin hisləri aktivləşdirir. Aclıq vaxtı orqnizmimiz ən dadlı və kalorili yeməklərin qəbulunu istəyəcəkdir. Adətən bunlar şirniyyat məhsulları, un məmulatları və yarımfabrikatlardır. İnsan yemək qəbulundan sonra özünü və quruluşunu günahlandırmağa başlayır. əslində isə bu mexanizim həyatda qalmaq üçün olduqca gərəkli faktorlardır.

Daha bir səbəb

Gecə saatalarında yemək yeməyin daha bir səbəbi sosiallaşma ilə bağlıdır. Bu adətən ailədə gec saatlarda qonaqlıq adətləri və ya ailə üzvlərinin axşam yeməklərini gec saatlarda yeməsi ilə bağlıdır.

Bu halda daha rahat və tez həzm oluna bilən qidalar seçilməlidir. Stol arxasında yetərli qədər maye içilməlidir.

Qısa zamanda arıqlamaq üçün 25 addımMetobolizmi sürətləndirərək necə arıqlamaq olar?

Fikirlərinizi bildirin.