Nevrozun diaqnostikası. K. Höck və H. Hess ekspres-diaqnostika metodikası 1975-ci ildə hazırlanmışdır. Metodika özündə ilkin olaraq nevrozun öncədən təyin edilməsini cəmləyir. Metodikanın hazırlanması zamanı müəlliflər nevroz xəstələrinin bir çoxunun eyni narahatlıqlardan şikayət etmələrini əsas götürmüşlər. Psixi kənarlaşmaların təyini zamanı xəstələrlə aparılan saysız müayinələr və araşdırmalar təxmini olaraq aşağıda göstərilmiş suallara eyni reaksianın verilməsi ilə yekunlaşmışdır. Müasir test psixodiaqnostikada ilkin mərhələ kimi istifadə edilə bilər. Metodika standartlara salınaraq 16-60 yaş insanlar üçün nəzərdə tutulmuşdur. Suallar 40 bölmədən ibarətdir, cavab vermək üçün isə 5-10 dəqiqə tələb olunur.

Bu testdə sizə bəzi xüsusiyyətlər açıqlanmışdır. Əgər bu xüsusiyyətləri özünüzə aid edirsinizsə və ya onun sizə daha yaxın olduğunu hiss edirsinizsə "bəli" kimi, əksinə xüsusiyyəti özünüzdə görmürsünüzsə "xeyr" deyə cavablandırın. Xüsusiyyətlərin seçimi zamanı çox düşünməməyə və cavablarınızda səmimi olmağa çalışın.

1. Mən daxilən gərgin olduğumu hiss edirəm.
2. Bəzən hər hansısa məsələyə, fikrə o qədər aludə oluramki, yata bilmirəm.
3. Tez inciyən biriyəm.
4. Tanımadığım insanlarla ünsiyyətə girməkdə çətinlik çəkirəm.
5. Tez-tez səbəbsiz yerə yorğunluq, halsızlıq və ətrafa qarşı maraqsızlığım yaranır.
6. Bəzən (tez-tez) mənə elə gərik ki, ətrafdakı insanlar mənim əməllərimdə yanlışlıq axtarırlar.
7. Bir çox hallarda mənasız dşüncələr məni bürüyür. Onlardan azad olmaq istəsəm belə mümkün olmur.
8. Olduqca əsəbi biriyəm.
9. Mənə elə gəlir ki, məni heç kim anlamır.
10. Çox tez qıcıq ola bilirəm.
11. Ətrafdakılar mənə qarşı anlayışlı olsaydılar işlərim daha yaxşı gedərdi.
12. Məyusedici hadisələri ürəyimə çox yaxın qəbul edirəm.
13. Mümkün ola biləcək uğursuzluqlarla bağlı fikirlər belə məni narahat edir.
14. Olduqca qəribə və gözlənilməz həyəcanlı anlar yaşamışam.
15. Səbəbsiz yerə sevinədə bilərəm, kədərlənədə.
16. Gün ərzində normadan artıq fantaziyalar edib və arzular qururam.
17. Əhvalım rahatlıqla dəyişə bilir.
18. Utancaqlığımı gizlətmək üçün tez-tez özümlə mübarizə aparıram.
19. Digər insanların olduğu (göründüyü) kimi xöşbəxt olmaq istəyirəm.
20. Bəzən əsmə halları baş verir, ətrafan çəkinirəm sankı.
21. Mən əhvalım ciddi hadisələrin baş verib-verməməsindən aslı olmayaraq tez-tez dəyişir.
22. Real olaraq qorxulu hadisə baş verməsə belə bəzən nələrdənsə qorxa bilirəm.
23. Tənqid və ya məndən narazılıq məni çox narahat edir.
24. Bəzən özümü o qədər narahat hiss edə bilirəm ki, yerimdə oturmaq mənə çətin olur.
25. Gərəksiz şeylərə görə narahat ola bilirəm.
26. Çox vaxt narazı olduğumu hiss etdirirəm.
27. İşlədiyim zaman çox vaxt fikirlərimi toplaya bilmirəm.
28. Sonradan peşman ola biləcəyim xeyli işlər görə bilirəm.
29. Daha çox xöşbəxt biri sayılmıram.
30. Özgüvənim yoxdur.
31. Bəzən özüm özümə bacarıqsız kimi görünürəm.
32. Çox vaxt ürəyim sıxılır.
33. Daxilimlə çox mücadilə aparıram.
34. Sankı daxilən tam biri deyiləm.
35. Bəzən hər yerim ağrıdır.
36. Cansıxıcı hallarım olur.
37. Əsblərimdə nəsə kənarlaşmalar mövcutdur.
38. Yeni tanışlıq zamanı söhbəti davam etdirmək mənim üçün çətindir.
39. Mənim üçün ən böyük mübarizə özümlə apardığım mübarizədir.
40. Bəzən qarşılaşdığım çətinliklər mənə böyük və keçilməz gəlir.

Nevrozun diaqnostikası. Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir.

“Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı, korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyişiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetirildi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir. Bəzi müəlliflərin fikrincə nevrozların klassik 3 forması nerasteniya, sarışan hallar nevrozu, isteriya ilə yanaşı digər nevrozlar və nevrotik hallar da mövcuddur. Bunlara ipoxondrik, depressiv nevroz, qorxu nevrozu, vegetanevroz və s.aid edilir.

Sadə dildə desək, nevroz uzun müddət ərzində davam edən xroniki streslərin nəticəsində inkişaf edir və bu zaman müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən bu vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər və s.

Qadınlar nevrozlara daha çox meylli olurlar ki, bu da onların kişilərə nisbətən daha emosional, həssas olmalarından irəli gəlir.

Nevrozun əsas əlamətləri həyəcan, narahatlıq, qorxu, məyusluq, ümüdsizliyə qapanmaq; tez bir zamanda, hətta kiçik həcmli işin icarə edilməsi zamanı baş verən yorğunluq, həyat aktivliyinin zəifləməsi, yuxusuzluq, çətinliklə yuxuya getmək və ya yatıb-durduqdan sonra həqiqətən istirahət edə bilməsi hissiyyatının olmaması, güclü işıqlanma və yüksək səsə ağrılı reaksiya verilməsi. Müxtəlif fobiyaların yaranması (məsələn, insan birdən-birə liftə, metroya və s. nəqliyyat vasitələrinə minməkdən qorxur), beyindən çıxmayan fikirlərin və hərəkətlərin olması (məsələn, evdən çıxdıqdan sonra qaz, işıq, ütünün yanıq şəkildə qalmasından qorxaraq bir neçə dəfə geri qayıtmaq) da mümkündür.

Uşaq sexsopotologiyası. Valideyinlərin nəzərinəBaşqaları haqqında düşüncələriniz nə dərəcə obyektivdir?

Fikirlərinizi bildirin.