NBA tarixinin ən məşhur 8 həbsi
Dennis Rodman

NBA tarixinin ən məşhur 8 həbsi

Çətinki bu mövzuda Dennis Rodmanın adı çəkilmədən məqalə yazılsın. İdmançı müdafiədə parlaq oyunları ilə yanaşı basketbol meydançasından kənarda da maraqlı həyat tərzi yaşayır. 1999-2008-ci illər arasında Rodman qanun pozuntularına görə kifayətqədər polis bölmələrində zaman keçirməli olub. İrəli sürülən itdihamlar ictimai qaydaların pozulması, polisin işinə mane olmaq, ev zorakılığı və sərxoş vəziyyətdə avtomobil idarəedilməsindən ibarət idi. Nəhayət ki, 2008-ci ildə idmançı bunlara son qoymaq üçün müalicə almaq qərarına gəlir. Spirtli içki və narkotik vasitələrindən olan asıllığından qurtarmaq istəyir. Lakin, beş qat NBA § çempionu 2014-cü ildə yenidən müalicəyə ehtiyac duyur. Və deyəsən bu hələ son deyil.

Keon Clark

 

Clark NBA-da cəmi altı il keçirmişdir. “Denver”, “Toronto”, “Sacramento” və “Yutu” komandalarını təmsil etmişdir. İdmançının qanunvericiliklə problemləri koryerasını başa çatdırdığı illərdən sonraya təsadüf edir. Beləki, 2006-cı ildə o qanunsuz marixuana və odlu silah saxlama maddəsi ilə itdiham olunduğundan məhkəmədə iştirak etməli idi. Clark qaçmaq qərarına gəlir. Lakin, Hyustonda avtobusa minmək istəyən zaman tutulur. 2.5 il müddətində cəza alır. Burdada bəxti gətirir. Hökm oxunan zaman vəkilin iştirak etməməsi səbəbindən azadlığa buraxılır. Məhkəmə zamanı Clark orta məktəb illərindən spirtli içki qəbul etdiyini bildirmişdir. Hətda NBA-nın oyunçusu olduqda belə aludəçiliyini davam etdirmişdir. Keonun sözlərinə görə oyunda böyük fasilələr zamanı içmək onun üçün problem olmayıb. 2010-cu ildə o yenidən məhkəməyə çıxmış, bu dəfə barəsində sənədsiz avtomobil idarə etdiyinə görə 33 aylıq həbs hökmü verilmişdir. 2013-cü ildə narkotik vasitə və odlu salahın qanunsuz saxlanılmasına görə 8 il müddətində azadlıqdan məhrum edilmişdir.

Jason Williams

Uilliamsın qanun keşikçiləri ilə problemləri professional koryerasının əvvəlindən 1990-cı ildən etibarən başlamışdır. Ən məşhur qanun pozuntusu isə 2002-ci ildə limuzinin sürücüsü Kostas Kristofini ehtiyyatsızlıq ucbatından güllələməsi olmuşdur. Kostas Uilliamsın komandasını xeyriyyəçilik tədbirindən götürüb evinə aparmalı idi. New York Post dərgisinin məlumatlarına əsasən Jason evini nümayiş etdirən zaman odlu silahla oynayırdı. Anidən silah açılır və Kostas yerə yıxılır. Keçmiş NBA oyunçusunun vəkilləri cəzanı yüngülləşdirmək üçün yaxşı çalışdılar. Məhkəmə 2010-cu ildə 5 il müddətində həbs qərarı verir.

“Mookie” Blaylock

2013-cü ilin 31 mayında NBA-nın keçmiş oyunçusu “Mookie” Blaylock şəxsi avtomobili ilə Corciya ştatında digər avtomobillə toqquşur. O dövrdə oyunçunun üzərində narkotikdən istifadə və sənədsiz avtomobil idarə etməklə bağlı itdihamlar mövcud idi. Qəzadan sonra Blaylockun vəziyyəti ağır idi. Həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Bir müddət sonra oyunçunun vəziyyəti yaxşılaşsada qarşı tərəf, beş uşaq anası onun günahı üzündən dünyasını dəyişir. 15 illik həbs cəzası verilsədə “Mookie” günahını boynuna alır və cəzasını yüngülləşdirir. Nəticədə üç il türmədə, müddətin qalanını isə qismən həbsdə keçirməli olur.

Allen Iverson

Qanunlarla yaranan problemlər Alleni NBA-dan illər öncə izləməyə başladı. 1993-cü ildə Allen dostları ilə birlikdə bouling klubda dincəlirdi. Orda ağdərili oğlanlarla mübahisə əsasında dalaşırlar. Polislər hadisə yerinə gələrək oyunçunu və dostlarını həbs edirlər. Şahidlərin sözlərinə görə Iverson ilk olaraq qadının başına stolla zərbə endirir və hadiəsni qızışdırır. Məhkəmə təqsirli hesab edərək idmançıya 15 il həbs təyin edir. “Filodelfiya”-nın gələcək lideri həbsdə 4 ay olduqdan sonra Qubernator tərəfindən əff edilir. Bir müddət sonra isə məhkəmə ümumiyyətlə sübut çatışmamazlığı səbəbindən itdihamları aradan qaldırır.

Eddie Johnson

Eddie Johnsonun koryerası kokain sevgisinə görə yekunlaşdı. “Atlanta”-nın adından çıxış edən zaman o dəfələrlə narkotik istifadəsinə görə yaxalanmışdır. Liqa bir neçə dəfə Johnsonu oyunlardan kənarlaşdırdı. 1987-ci ildə NBA-nın rəhbərlərinin səbri tükəndi və Eddie ömürlük qadağa ilə üzləşdi. Təəssüfki, bununla basketbolçunun problemləri yekunlaşmadı. Oyunçu təxmini yüz dəfə polis məntəqəsinə gətirilib. Ən böyük cinayətkarlıq hadisəsi isə 2006-cı ildə səkkiz yaşlı qızı döyməsi və zorlaması ilə bağlıdır. 2008-ci ildə məhkəmə ona ömürlük həbs cəzası verir.

Ruben Patterson

Ruben Patterson ən məşhur basketbol liqasında 8 il keçirmiş və altı komandada oynaya bilmişdir. 2001-ci ildə öz övladını zorlamaya cəht göstərdiyi üçün həbs edilmişdir. Ruben bir il azadlıqdan məhrum edilir. Türmədə yalnız 15 gün qalır. Lakin, azadlıq cəmi bir ay sürür və o yenidən məhkəməyə qayıdır. Bu dəfə oyunçu maşınını cızan bir nəfəri döyür. 2002-ci ildə Ruben həyat yoldaşının şikayətinə əsasən sağlamlığa zərər yetirmə maddəsi ilə saxlanılır.

Isaiah Rider

NBA tarixinin ən məşhur 8 həbsi

İstedatlı basketbolçu NBA-da doqquz il oynamışdır. 563 oyunda 16.7 xal qazanmışdır. Təəssüfki, onunda saxlanılma halları az olmayıb. Polislər onu 30 dəfə bölməyə gətirmişlər. Törətdiyi əməllər sırasında narkotik maddələrin saxlanılması, hücum halları, polisdən yayınma, telefon fırıldaqçılığı, qanunsuz qumar oyunları, maşın oğurluğu və ev zorakılığı dayanır. 2012-ci ildə idmançı ağlını başına toplayaraq aztəminatlı ailələrin uşaqları üçün xeyriyyəçilik birliyi yaratdı.

TOP 5 idman rekordlarıİmicini məhv etmiş 7 idmançı

Fikirlərinizi bildirin.