Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması (maddə 55)

54
Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması (maddə 55)

Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması (maddə 55)

I.Nәqliyyat vasitәsi sıradan çıxdıqda, sürücü onu yolun hәrәkәt hissәsindәn kәnara çәkmәli, bu mümkün olmadıqda sәkinin bordürünün (hәrәkәt hissәsilә bir sәviyyәdә vә ya ondan hündür olan yol örtüyünün konstruktiv yan mәhdudiyyәti) yanına (şəkil 1), yaxud yolun çiyininә çәkmәli (şəkil 2) vә bu zaman onu hәrәkәt hissәsinin kәnarına paralel qoymalı, texniki yardım xidmәtinә mәlumat vermәlidir.

II.Dayanmanın qadağan edildiyi yerdә nәqliyyat vasitәsi mәcburi dayandıqda vә ya hәrәkәt hissәsindә onun olması yol hәrәkәtinin digәr iştirakçılarına maneә yaradırsa, sürücü qәza dayanması işıq siqnalını yandırmalı vә ya qәza dayanması nişanını quraşdırmalıdır.

III.Qәza dayanma nişanı nәqliyyat vasitәsinin arxa tәrәfindә, zәrurәt olduqda isә, hәm dә qabaq tәrәfindә, hәmin zolaqda, nәqliyyat vasitәsindәn әn azı 30 metr mәsafәdә elә quraşdırılır ki, yaxınlaşmaqda olan nәqliyyat vasitәlәrinin sürücülәri onu kifayәt qәdәr mәsafәdәn görә bilsinlәr (şəkil 1; 2). Yaşayış mәntәqәlәrindә hәrәkәt intensiv olduqda, qәza dayanma nişanı daha yaxın mәsafәdә vә ya bilavasitә nәqliyyat vasitәsinin üstündә elә qoyula bilәr ki, yaxınlaşmaqda olan nәqliyyat vasitәlәrinin sürücülәri onu görә bilsin (şəkil 3).

IV.Әgәr nәqliyyat vasitәsi qәza işıq siqnalı ilә tәchiz edilmәmişdirsә vә ya bu siqnal saz deyildirsә, sürücü gecә vaxtı vә ya mәhdudiyyәtli görünmә şәraitindә yanıb-sönәn qırmızı işıqlı portativ fәnәrdәn (şəkil 4) istifadә edә bilәr. Hәmin fәnәr bu maddәnin üçüncü hissәsinin tәlәblәrinә uyğun quraşdırılır.

V.Nәqliyyat vasitәlәri aşağıdakı qaydalara әmәl edilmәklә yedәyә alınır:

1)yedәyә alan nәqliyyat vasitәsinin sükanı arxasında azı bir il sürücülük tәcrübәsi olan sürücü әylәşmәlidir;

2)yedәyә alınan nәqliyyat vasitәsinin sükanı arxasında sürücü vә ya müvafiq kateqoriyalı sürücülük vәsiqәsi olan başqa şәxs әylәşmәlidir;

3)yedәyә alan nәqliyyat vasitәsinin sürücüsü hәrәkәtә başladıqda, gündüz vaxtı yaxın işıq faralarını yandırmalıdır (şəkil 5; 6; 7; 8; 9);

4)yedәyә alınan nәqliyyat vasitәsinin sürücüsü yedәyә alan nәqliyyat vasitәsi sürücüsünün siqnallarına uyğun siqnallar vermәlidir (şəkil 5; 6; 7; 8; 9);

5)nәqliyyat vasitәsi öz kütlәsindәn artıq olan nәqliyyat vasitәsini yedәyә almamalıdır (yedәyә almaq üçün xüsusi olaraq nәzәrdә tutulan nәqliyyat vasitәlәrinin yedәyә alması halları istisna tәşkil edir);

6)yedәyә alma zamanı hәrәkәt sürәti 50 km/saatdan artıq olmamalıdır;

7)yedәyә alma zamanı yedәyә alınan avtobusda, trolleybusda vә yük avtomobilinin bort platformasında sәrnişin daşınması qadağandır;

8)tormozu vә sükanı nasaz olan nәqliyyat vasitәlәrinin yedәyә alınması onların tam vә ya qismәn yüklәnmәsi yolu ilә hәyata keçirilmәlidir (şəkil 8; 9);

9)birlәşdirici hissә sәrt yedәyә almada nәqliyyat vasitәlәri arasında әn çoxu 4 metr (şəkil 7), elastik yedәyә almada isә 4 metrdәn 6 metrә qәdәr (şəkil 6) mәsafә qalmasını tәmin etmәlidir. Elastik yedәyә alma zamanı birlәşdirici hissәsinin hәr metri uyğun olaraq siqnal lövhәciklәri vә ya bayraqcıqları ilә işarәlәnir (şəkil 6).

VI.Aşağıdakı hallarda yedәyә alma qadağan edilir:

1)buzlu yol şәraitindә (şəkil 10a);

2)yedәyә almadan sonra ümumi nәqliyyat qatarının uzunluğu 24 metrdәn artıq olduqda (şəkil 10b);

3)ikitәkәrli motosikletlәrlә vә ya onları (şəkil 11);

4)birdәn artıq nәqliyyat vasitәsini (şəkil 12).

Online sürücülük imtahan testləri 50 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləYuxudan öncə sexlə məşğul olmaq daha xeyirlidir
Növbəti məqaləAdamların daşınması (maddə 56)

Fikirlərinizi bildirin.