Nanənin kişi potensiyasına təsiri. Nanənin müsbət təsirlərini hələ qədim dövürlərdən etibarən müəyyən etmişlər. Bitkidən havanın təmizlənməsində, yeməkləri tama gətirmək üçün ədva kimi istifadəsində, kasmetologiya sahəsində qocalmaya qarşı məlhəm şəklində, ziyansız sakitləşdirici və keyidici kimi istifadə edilmişdir. Bitkinin yarpaqları təravətlilik hissi bəxş edərək əhvalı yaxşılaşdırır. Bir çox dərman əlavələrinin tərkib hissəsi kimi işlədilir, tibbi keyfiyyətləri sübuta yetirilmişdir. Ən əsası isə maddələr mübadiləsi prosesinin normala salınması barədə olduqca üstün hesab edilir.

Dəniz xəstəlikləri zamanı gəmidə yellənərək özünü pis hiss edən insan nanənin köməkliyi ilə ürəkbulantılardan xilas ola bilər. Bir çox insanlar isə qurudulmuş yarpaqları çaya əlavə edir, və ya bir başa olaraq onu dəmləyir.

Lakin, bəzi fikirlərə görə bitki tibbi baxımdan kişilər tərəfindən istifadə edilməməlidir. Kişilərdə potensiyanın səviyyəsini azalda bilər. Bu fikirlər nə dərəcədə doğrudur?

Potensiya nədir?

Potensiya deyən zaman kişi orqanizminin cinsi əlaqəyə olan marağı nəzərdə tutulur.

Anlayışa görə kiçinin qarşı cinsə qarşı ereksiyanın yaranma sürəti, cinsi orqanın reaksiya səviyyəsi, cinsi əlqənin davametmə müddət və eyakulyasiya bacarığı nəzərdə tutulur.

Başqa sözlə desək, potensiya – kişinin tam, hərətərəfli cinsi həyatını davam etdirməsi və nəsil artırma bacarığıdır.

Təbiətin qanunlarına görə orqanizmin sağlamlığı təmin edildiyi təqdirdə potensiya bütün həyatı boyu davam edir. Bunun üçün aktiv həyat tərzi keçirmək, spirtli içkilərdən imkan daxilində az istifadə etmək, siqaret çəkməmək, narkoloji asıllığa düçar olmamaq, toksinlərin təsirindən yan qaçmaq, yaxşı qidalanmaq və daimi cinsi münasibətlər yaşamaq gərəklidir.

Zəifləmiş ereksiya, həvəsin zəifləməsi adətən psixoloji və potoloji səbəblərə görə baş verir. Bir çox hallarda potensiyanı zəiflədən səbəbləri aradan qaldırmaq kifayət edir. Bəzən isə təblərlə müalicəyə ehtiyac olur.

Potensiyaya təsir edən amillər

Kişi reproduktiv sisteminə aşağıdak faktorlar təsir edir:

  • Sağlam həyat tərzi, düzgün qidalanmaq, idmanla məşğul olmaq;
  • Daimi fiziki hərəkətlər etmək;
  • Portnyorla münasibətlərdə özünü komfortlu hiss etmək;
  • Zərərli vərdişlərdən uzaq olmaq (siqaret çəkməmək, spirtli içki içməmək, narkoloji asıllığın olmaması)
  • Öz gücünə inam;
  • Daimi portnyorla mütamadi cinsi münasibətlər yaşamaq.

Potensiyaya mənfi təsir edən amillər:
  • Əsəbi gərginlik;
  • Aşağı aktivliklə müşahidə olunan həyat təzi;
  • Zərərli vərdişlər;
  • Uzun müddətli cinsi əlaqədə olmamaq (əsasən 60-70 yaşdan yuxarı kişilərdə);
  • Bəzi dərman preparatlarından istifadə;
  • Psixoloji problemlər;
  • Ağır və xroniki xəstəliklər, sidik yollarının soyuqlaması.
Nanənin reproduktiv sistemə təsiri

Nanənin bir çox növlərinə rast gəlinməkdədir. Tərkibində xeyli sayda vitaminlər, mikroelementlər, fitonsid, dubl maddələr mövcutdur. Ən güclü təsir isə təbii halda olması və efir yağı forması hesab edilir.

Nanənin xeyri

Reproduktiv sistemin səviyyəsi bir başa olaraq ümumi sağlamlıq vəziyyətindən aslıdır. Nanənin isə aşağıdakı təsirləri mövcutdur:

  • Sakitliyə, gərginliyin aradan qaldırılmasına kömək edir, ruh halın normallaşdırır.
  • Qan təzyiqini aşağı salır. Bu isə hipertonik xəstəliklər zamanı olduqca xeyirlidir.
  • Qan dövranını sürətləndirir, tromp yaranmasının qarşısını alır.
  • Yuxuya yaxşı təsir edir, istirahətin keyfiyyəti yüksəlir, gecə vaxtı qorxulu və qarışıq yuxu görmə ehtimalı azalır.
  • Maddələr mübadiləsi sistemini normaya salır, mədə qıcqırmalarının qarşısını alır, ürəkbulanma, metorizm, qaytarma hallarına imkan vermir.
  • Böyrəklərdə daşların yaranmasına imkan vermir, sidikqovucu xüsusiyyətə malikdir.
  • Nanə əlavə edilmiş içkilər susuzluq və yanğı hissini aradan qaldırır, təravətləndirir və tonuslaşdırır.
  • Bədən hərarətini aşağı salmasa da, hipertaniya zamanı xəstənin vəziyyətini yaxşılaşdırır.
  • Nəfəsalma sisteminin tutulması zamanı nəfəsalmanı yaxşılaşdırır, boğaz ağrısı zamanı öskürəyə yardımçı olur.
  • Tərkibində olan xeyli sayda antioksidantlar sayəsində azad radikalları bədəndən azad edir, orqanizmi qocalmaqdan qoruyur.
  • Yüngül keyitmə effekti verir.
  • Oynaq ağrıları zamanı xaricdən müalicə üçün istifadə edilir, radukulit, ostraxandros zamanı əvəzedilməz hesab edilir.
  • Reproduktiv sistemi və beyini radiasiyanın təsirindən qoruyur.

Nanənin kişi potensiyasına təsiri

Ziyanları

Bir çoxları nanəni tərkibindəki qadın harmonu olan estraqenə bənzər maddənin olmasına görə kişilər üçün ziyanlı hesab edirlər. Lakin, adi ölçülərdə nanə qəbulu (1-2 fincan nanəli çay və ya bir neçə yarpağın salata qatılması) potensiya gücünü azaltmır.

Nanə yalnız daimi konservləşdirilmiş içki formasında istifadəsi və ya hər gün xeyli miqdarda yarpaqlarının yeyilməsi zamanı ereksiyanın səviyyəsini aşağı sala və cinsi həvəsi azalda bilər.

Ancaq bəzi hallarda nanə ümumiyyətlə qadağan edilə bilər:
  • Bitkiyə qarşı alergik reaksiya olduqda.
  • Varikoz damar genişlənməsindən əziyyət çəkən kişilər. Beləki, nanə damarların tonusunu daha da aşağı salır və xəstəliyi ağırlaşdırır.
  • Hamiləliyin planlaşdırılması zamanı. Aktiv nanə yarpaqlarından istifadə spermotozoidlərin sürətini azaldır, nəticədə cinsi əlaqə zamanı qadın yumurtalığının mayalanması prosesi ləngiyə bilir.
  • Nəqliyyat idarə edən zaman, iş yerində, bir sözlə diqqət tələb edən istənilən halda. Bitki əsəb sisteminə təsirə malik olduğuna görə diqqəti cəmləməyə mane ola bilər. Ancaq, bu halda orqanizmin individual yanaşmasını anlamaq gərəklidir. Bəzi insanlar bir fincandan, bəzi insanlar isə gün ərzində 3 fincandan sonra bədənin nisbətən boşalmasını hiss edə bilərlər.
Nanə haqqında miflər
Mif 1. Nanə yalnız qadınlar üçün nəzərdə tutulmuş içkidir. Kişilər üçün qadağandır.

Doğru: nanəni həqiqətəndə qadın bitkisi adlandırırlar. Tərkibində qadın harmonlarının analoqu mövcutdur. Lakin, nanənin tərkibində başqa olduqca xeyirli maddələr var ki, bu hər iki cinsə eyni şəkildə təsir etmiş olur.

Mif 2. Siçanlar üzərində təcrübə sübut etmişdir ki, bitki reproduktiv funksiyaya neqativ təsirə malikdir.

Doğru: bu cür təcrübələr həqiqətəndə aparılmışdır. Uzun müddət ərzində siçanlara su əvəzinə nanə tərkiblik içkilər verilmişdir. Nəticədə cinsiyyət sistemində pozuntular aşkarlanmışdır.

Ancaq, nəzərə alınmalıdır ki, siçanlar bundan başqa maye qəbul etməmişlər. Əgər kişi daimi olaraq nanə konsentratlı içkilər içərsə qanda testestronun miqdarı açağı düşər və cinsi həvəs azala bilər. Adi ölçülərdə isə nanə zərərsizdir.

Nanənin kişi potensiyasına təsiri

Mif 3. Nanə spermatozoidlərin aktivliyini azaldır.

Doğru: bu həqiqətəndə belədir. Nanənin təsiri altında spermatozoidlər kifayət qədər azalır. Ancaq, bu ereksiyanın gücünə və cinsi əlaqənin keyfiyyətinə təsir etmir. Uşaq düşünən kişilərə nanə tərkibli içkilər məsləhət görülmür.

Tərkibi

Nanə müalicəvi bitkilərə aitdir. Tünd ətirli nanə seleksiya yolu ilə əldə edilmişdir. Özlüyündə təbiətdə yetişmir. Onun tərkibində yalnız melissa və buna bənzər maddələr mövcutdur. Elmi əsaslarla sübuta yetirilmiş təsirləri maddələr mübadiləsinin stimulyasiya etməsi, soyuqdəymələrin aradan qaldırılmasından ibarətdir.

  • Tərkibindəki qida turşuları – kofeyin, xlorogen, askorbin, ursol. Bütün bunlar antioksidan təsirə malikdir, antiseptik, yüngül antikoaqulyan hesab edilir və limfositar imuniteti gücləndirir.
  • Efir yağı – mərkəzi və periferik əsəb sisteminə təsir edir, qan dövranını sürətləndirir.
  • Dubil maddələr- təbii antibiotiklərin içərisində ən yaxşısı hesab edilir.
  • Karotin- A vitamini silsiləsindəndir, maddələr mübadiləsini yaxşılaşdırır, ümumi epidermis toxumalarına müsbət təsir edir, dırmnaqlar və dəri üçün xeyirlidir.
  • Rutozid – Güclü antoksidant, antiseptik və antikoaqulyan hesab edilir. Dərini ultrabənövşəyi şüaların təsirindən qoruyur.
  • Betain – B12 çatışmamazlığını aradan qaldırır, DNK və menbranların inkişafını yaxşılaşdırır. Kökəlmənin, Alsgeymer, süd vəzlərinin xərçəngi və prostat xərçəngi xəstəliklərinə gözəl təsir edir.
Qadağalar

Bitkinin ekstraktına alidəçilik həqiqətəndə kişilər üçün, əsasən də artıq ümumi fonun disbalansını yaşayan kişilər üçün ziyanlı hesab edilir. O potensiyanın səviyyəsini aşağı salmaqla yanaşı ehtiraslanmanı azalda, zəif ereksiya yarada, cinsi akt müddətini azalda bilər. Digər səbəblərə gəldikdə isə:

  • Qadın tipinə uyğun olaraq kökəlmə halları – aşağı nahiyyələrdə, əsasəndə baldır ətrafında piylənmə.
  • Baldırlarda selyulit.
  • Səs tembirinin yüksəlməsi.
  • Əzələ kütləsinin artırılmasında çətinlik.
  • Başda və üzdə olan saç uzanmasının müddətinin azalması, keyfiyyətinin zəifləməsi.

Bununla yanaşı qadağalardan biri də harmonal terapiya zamanı nanəni istifadəsi yolverilməzdir.

Heyva kişi potensiyası və sağlamlığı üçünNar-xeyirli və ziyanlı tərəfləri

Fikirlərinizi bildirin.