Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

121
Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

Nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә onların texniki baxışdan keçirilmәsi (maddə 30)

I.Az.Res-nın әrazisindә yol hәrәkәtindә iştirak edәn nәqliyyat vasitәlәrinin texniki vәziyyәti vә avadanlığı yol hәrәkәtinin tәhlükәsizliyi vә әtraf mühitin mühafizәsi baxımından bu Qanuna 1 saylı Әlavә ilә müәyyәn olunmuş tәlәblәrә uyğun olmalıdır. Texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәri yol hәrәkәtinә buraxılmamalıdırlar.

II.Nәqliyyat vasitәlәrinin sahiblәri vә ya nәqliyyat vasitәlәrinin texniki vәziyyәtinә cavabdeh olan şәxslәr:

1)nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt etmәlidirlәr;

2)nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrmәlidirlәr;

3)texniki vәziyyәti dövlәt standartlarının, yol hәrәkәti qaydalarının tәlәblәrinә uyğun gәlmәyәn; habelә müәyyәnlәşdirilmiş qaydada qeydә alınmamış; normativ tәlәblәr pozulmaqla avadanlıq quraşdırılmış vә ya avadanlığı dәyişdirilmiş vә ya qanunla müәyyәn edilmiş hallarda texniki baxışdan keçmәmiş nәqliyyat vasitәlәrinin istismarına yol vermәmәlidirlәr.

III.Nәqliyyat vasitәlәrinә texniki xidmәt yalnız nәqliyyat vasitәlәrinin sahiblәri; xüsusi texniki biliyә vә ixtisasa malik olan şәxslәr vә yaxud Az. Res-nın müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi qaydada texniki-tәmir stansiyaları tәrәfindәn hәyata keçirilir. NV-nin sayı 10 vә daha artıq olan hüquqi şәxslәr nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәti bu mәqsәdlә tәşkil etdiklәri texniki-tәmir sahәlәrindә hәyata keçirirlәr.

IV.Nәqliyyat vasitәsinә tәminatlı texniki xidmәt göstәrilmәsi qaydası Az. Res-nın müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn qәbul edilәn “Nәqliyyat vasitәlәrinә vә onların qoşqularına dövlәt texniki baxışının keçirilmәsi qaydaları haqqında”; “Nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәt göstәrilmәsi haqqında”; “Nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir sahәlәri haqqında” vә “Nәqliyyat vasitәlәrinә tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir stansiyaları haqqında” nümunәvi әsasnamәlәrlә müәyyәn edilir.

V.İstismarda olan nәqliyyat vasitәsinә hәmin modelin normativ-texniki sәnәdlәrindә nәzәrdә tutulmayan hissәlәr quraşdırmaq yolu ilә onun konstruksiyasının parametrlәrinin dәyişdirilmәsi beynәlxalq normativlәrә vә standartlara uyğun gәlmәlidir. Nәqliyyat vasitәsinin tam kütlәsinin vә bu kütlәnin oxlar üzrә paylanmasının; ağırlıq mәrkәzinin; tәkәr bazasının vә ya tәkәr düsturunun pozulmasına; habelә tormoz vә sükan idarә sisteminin әvәz olunmasına sәbәb olan dәyişikliklәr edilmәsi qadağandır.

VI.Nәqliyyat vasitәlәrinә bu Qanunun 27-ci maddәsinin ikinci vә üçüncü hissәlәrindә nәzәrdә tutulmuş orqanlarda aşağıdakı müddәtlәrdә texniki baxış keçirilir:

1)bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 2-5-ci bәndlәrindә vә üçüncü hissәsindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәrinә, hәmçinin avtobuslara, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtonәqliyyat vasitәlәrinә, tәhlükәli yüklәrin daşınması üçün xüsusi tәyinatlı texniki tәhlükәsizlik üzrә uyğunluq sertifikatı olan nәqliyyat vasitәlәrinә – ildә bir dәfә;

2)bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәrinә (bu maddәnin VI hissәsinin 1-ci bәndindә göstәrilәnlәr istisna olmaqla):

– istehsal olunduqları vaxtdan dörd il keçdikdә – iki ildә bir dәfә;

– istehsal olunduqları vaxtdan on il keçdikdә – ildә bir dәfә.

Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin Vihissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. NV-nin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Az. Res-nın İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

VI-I.Nәqliyyat vasitәsinә texniki baxışın keçirilmәsi zamanı aşağıdakılar tәmin olunmalıdır:

1)texniki baxışın keçirilmәsi üçün internet vasitәsilә elektron formada müraciәt etmә vә münasib vaxtı seçmәk imkanının yaradılması; habelә nәqliyyat vasitәsinin texniki baxışın keçirilmәsi barәdә vaxtı vә tarixi göstәrilmәklә müraciәt edәn şәxsә mәlumatın verilmәsi;

2)texniki baxışın fasilәsiz olaraq keçirilmәsi;

3)texniki baxışın növbәlәrin yaranmasını istisna edәn şәraitdә xüsusi avadanlıqlarla tәchiz olunmuş yerlәrdә keçirilmәsi;

4)dövlət rüsumunun, bu Qanunun 30-cu maddəsinin VIII hissəsində nəzərdə tutulan inzibati cərimənin yalnız bank, poçt, plastik kart və ya İnternet vasitəsi ilə ödənilməsi;

4-1)Az. Res İXM-nın 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmayan yol hərəkəti; yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması;

5)növbәlәrin yaranmasını istisna edәn, sәnәdlәrin qәbulu vә verilmәsinin elektron idarәetmә sistemi.

VI-II. Aşağıdakı müddәtdә nәqliyyat vasitәlәri texniki baxışa cәlb olunmur:

1)bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 2-5-ci bәndlәrindә vә üçüncü hissәsindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәri; hәmçinin avtobuslar, icazә verilәn maksimum kütlәsi 3,5 tondan artıq olan yük avtonәqliyyat vasitәlәri; tәhlükәli yüklәrin daşınması üçün xüsusi tәyinatlı texniki tәhlükәsizlik üzrә uyğunluq sertifikatı olan nәqliyyat vasitәlәri – istehsal olunduğu vaxtdan bir il müddәtindә;

2)bu Qanunun 27-ci maddәsinin ikinci hissәsinin 1-ci bәndindә nәzәrdә tutulmuş nәqliyyat vasitәlәri (bu maddәnin VI-II hissәsinin 1-ci bәndindә göstәrilәnlәr istisna olmaqla) – istehsal olunduğu vaxtdan dörd il müddәtindә.

VII.Texniki baxış keçirilmәsi üçün NV-nin sahibi; vә ya sәrәncam vermәk hüququ olan digәr şәxs müvafiq orqana NV-ni vә aşağıdakı sәnәdlәri tәqdim etmәlidir:

1)nәqliyyat vasitәsini idarә etmәyә hüquq verәn sәnәdi;

2)nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsini;

3)nәqliyyat vasitәsinin istismarının qadağan edilmәsinә sәbәb olan nasazlıqların aradan qaldırılması barәdә tәminatlı texniki xidmәt göstәrәn texniki-tәmir sahәsinin; vә ya stansiyasının sәnәdini (әgәr belә xidmәt hәmin stansiya vә ya sahә tәrәfindәn göstәrilmişdirsә);

4)“Dövlәt rüsumu haqqında” Azәrbaycan Respublikasının Qanunu ilә müәyyәn edilmiş mәblәğdә dövlәt rüsumunun vә Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş mәblәğdә yol vergisinin ödәnilmәsi barәdә sәnәdi;

5)Nәqliyyat vasitәsinin sahibinin mülki mәsuliyyәtinin icbari sığortası müqavilәsinin Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq bağlanması faktının tәstiq edәn sığorta şәhadәtnamәsini.

VIII.NV-nin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və NV YH haqqında Qanunun 27-ci  maddəsinin II və III hisələrində məzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirə salınmadan NV-nin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutdurmaq məqsədilə müayinə edir.

Bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş NV-də Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə NV-nin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra NV-nin həmin hissələrinə yenidən texniki baxış keçirilir. Bildirişdə qeyd edilən nasazlıqlar müəyyən edilmədikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə NV-inin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Bu Qanunun 30-cu maddəsinin VI hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş NV-nin texniki baxışdan keçirildikdən sonra müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi vasitəsilə həmin NV-nin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur. Texniki baxış zamanı bu Qanuna 1 saylı Əlavədə nəzərdə tutulmuş nasazlıqlar aşkar edildikdə NV-nin sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir və həmin nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Bu Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə NV-nin növbəti texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək NV-nin texniki baxışdan keçməsi barədə eletron talon tərtib olunmur.

Müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi NV-nin texniki baxışdan keçməsi barədə eletron talon tərtib olunduğu anda onu dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi texniki baxış haqqında elektron talonu hər bir NV-nin istifadəçisi üçün internet infirmasiya resursunda yaradılmış elektron kabinetə yerləşdiri və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

Texniki baxışdan sonra beynəlxalq sərnişin və yük daşımalarında iştirak edən NV-nin sahiblərinin müraciəti əsasında onlara, həmçinin kağız daşıyıcıda texniki baxış talonu verilir.

IX.YH haqqında Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən NV-ni idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə NV-nin sahibləri; NV-nin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Az. Res-nın qanunvericiliyi ilə müyyən edilmiş qaydada msuliyyət daşıyırlar.

X.NV-nin sahibindən və ya sərəncam vermə hüququ olan digər şəxslərdən YH haqqında Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə; NV-nin texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə YH haqqında Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri; NV-nin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə; həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nqəliyyat vasitəsinə texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş Az. Res-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Online sürücülük imtahan testləri 47 (şərhlərlə) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 48 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləKişilər ətirdən necə istifadə etməlidirlər?
Növbəti məqaləQadağan nişanları (maddə 64)

3 COMMENTS

Fikirlərinizi bildirin.