Nәqliyyat vasitәlәrini idarәetmә hüququ (maddə 33)

256
Nәqliyyat vasitәlәrini idarәetmә hüququ

Nәqliyyat vasitәlәrini idarәetmә hüququ (maddə 33)

I.Bu maddәnin ikinci hissәsindә nәzәrdә tutulan yaş hәddinә çatmış, sağlamlıq cәhәtdәn sürücülüyә yararlı, yol hәrәkәti qaydalarını bilәn, sürmә vәrdişi vә sürücülük vәsiqәsi olan hәr bir fiziki şәxs Azәrbaycan Respublikasının әrazisindә nәqliyyat vasitәlәrini idarәetmә hüququna malikdir.

1.Azәrbaycan Respublikası әrazisindәki yollarda nәqliyyat vasitәlәrini idarә etmәk hüququ aşağıdakı yaşlardan yaranır:

1)velosipedi vә ya arabanı idarәetmә hüququ – 14 yaşdan;

2)asma mühәrrikli velosipedi, mopedi vә “A1” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ – 16 yaşdan;

3)“A”, “B” vә “C” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ – 18 yaşdan;

4)“BE” – kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququ – 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübə 1 ildən az olamamaq şərtilə);

5)”CE” kateqoriyasına daxil olan nəqliyyat vasitəsini – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə);

6)“D” kateqoriyasına daxil olan nəqliyyat vasitəsini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitəsini – 23 yaşdan (65 yaşadək, habelə “B”; “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə);

7)“D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitəsini – 25 yaşdan (65 yaşadək; habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə);

8)“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitəsini – 26 yaşdan (65 yaşadək; habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitəsini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə).

II-I.Hәrbi qulluqçular “CE”; “D” vә “DE” kateqoriyasına daxil olan nәqliyyat vasitәlәrini idarәetmә hüququnu qanunvericiliklә müәyyәn edilmiş qaydada 19 yaşdan әldә edә bilәrlәr.

III.Hәr hansı şәxsin sağlamlıq cәhәtdәn sürücülüyә yararlı hesab edilmәsinin әsaslarını; habelә nәqliyyat vasitәlәrini idarә etmәsinә mane olan xәstәliklәrin vә ya fiziki qüsurların siyahısını Az. Res-nın müvafiq icra hakimiyyәti orqanı müәyyәn edir vә sürücülüyә yararsız hesab edilәn şәxslәr barәdә mәlumatları müvafiq icra hakimiyyәti orqanlarına göndәrir.

IV.Velosiped, araba, asma mühәrrikli velosiped vә moped istisna olmaqla, Az.  Res-nın әrazisindәki yollarda nәqliyyat vasitәlәrini idarәetmә hüququ sürücülük vәsiqәsi әsasında hәyata keçirilir.

V.Azәrbaycan Respublikasının әrazisindәki yollarda hәr hansı fiziki şәxsin nәqliyyat vasitәlәrini idarәetmә hüququ yalnız aşağıdakı hallarda müvәqqәti mәhdudlaşdırıla bilәr:

1)şәxsin sürücülük vәsiqәsinin etibarlıq müddәti qurtarıbsa – sürücülük vәsiqәsi dәyişdirilәnәdәk;

2)şәxs tәrәfindәn yol hәrәkәtinin qaydaları bu Qanunla müәyyәn edilmiş hallarda kobud surәtdә pozulmuşdursa — Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş qaydada beş ildәn artıq olmayan müddәtin qurtarmasınadәk;

3)şәxsdә bu maddәnin üçüncü hissәsindә nәzәrdә tutulmuş xәstәliklәr vә ya fiziki qüsurlar müәyyәn edilәrsә – xәstәlik müalicә olunanadәk vә ya fiziki qüsur aradan qaldırılanadәk.

VI.Azәrbaycan Respublikası müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi siyahıda nәzәrdә tutulmuş xәstәliklәrlә әlaqәdar psixiatriya vә ya narkoloji dispanserlәrin uçotunda olan; yaxud nәqliyyat vasitәlәrini idarә etmәk sahәsindә üç ildәn az tәcrübәsi olan; yaxud axırıncı iki il әrzindә insanlara xәsarәt yetirilmәsi vә ya onların ölümü ilә nәticәlәnmiş yol-nәqliyyat hadisәsi törәtmәyә, habelә nәqliyyat vasitәsini sәrxoş vәziyyәtdә idarә etmәyә görә sürücülük hüququndan mәhrum olunmuş şәxslәr avtobusları, tramvayları vә trolleybusları idarә etmәyә buraxılmırlar.

Alimlər sürücülərin sükan arxasında yatmaqlarının səbəblərini açıqladılarAvtomobilin cihazlar lövhəsində yerləşdirilən işarələr

Əvvəlki məqaləQızla ünsiyyət dostla ünsiyyətdən nə ilə fərqlənir?
Növbəti məqaləUcuz avtomobill istehsalı ilə bağlı 10 cəhd

Fikirlərinizi bildirin.