Nərd haqqında TOP7 fakt. Şahmatın olduqca qədim oyunlardan olduğu haqqında hamı məlumatlıdır. Lakin, nərd kimi olduqca qədim və əsirlərlə inkişaf yolu keçmiş oyunun tarixi barədə çox az insan məlumatlıdır. Nərd oyunu beş min il öncədən qədim farslar tərəfindən oynalınırdı. Şahmat isə yarım min illik bundan öncə hindistanda kəşf edilmişdir. Dünyanın ən qədim nərd taxtası İranda aşkarlanmışdır. Aparılan çox saylı analizlər göstərmişdir ki, sözü gedən taxta İsa peyğəmbərin anadan olmasından üç min il öncəyə təsadüf edir. Tutankhamun türbələrinin açılışları zamanı sözü gedən oyun ləvazimatları aşkar edilmişdir. Bu gin sizə olduqca az kütləyə məlum olan nərdlə bağlı faktları açıqlamaq istərdik.

1.İllərlə gələn məşhurluq

Xeyli sayda maraqlı stolüstü oyun növlərinin olmasına baxmayaraq nərd olduqca məşhur və tələb olunan oyun hesab edilir. Bu isə təsadüfü deyil. Nərdin tarixi 5000 ilə əvvələ təsadüf edir. Eyni zamanda məlumdur ki, ilk nərd oyunlarına və ləvazimatlarına qədim fars xalqlarında rast gəlinmişdir.

Nərd haqqında ilk qeydlərə alimlər tərəfindən fars torpaqlarının qazıntıları zamanı rast gəlinmişdir. Bundan başqa, oyunun analoq versiyası qədim misirdə Tutankhamun türbələrində aşkarlanmışdır.

2.Mistik əlaqələri

Bizim eradan 3 min il öncə farslarda nərdlərin simvolik mənaları mövcud idi. Bu səbəbdən də o mistik oyun hesab edilirdi. Rəvayətlərin birinə görə hindistanlı dünya görmüş bir alim farsların ağıllarının itiliyini yoxlamaq üçün özünün kəşf etdiyi şahmat oyununu oynamağı təklif edir. O əmin idi ki, farslar heç vaxt oyunun necə oynanıldığını anlaya bilməyəcəklər.

Ancaq, hindlilərin təəcüblərinə rəğmən farslar oyunun sirrini müəyyən edə bilirlər. Bununla yanaşı öz yaratdıqları oyunu onlara təqdim etmişlər. Bu halda isə hindlilərə 12 il lazım gəlir.

3.Nərdlər gələcəyi danışırlar

Qəribə görsənsədə, nərdlərlə bağlı maraqlı faktların çoxsu qədim dövürlərlə bağlıdır. Qədim farslar şahların gələcəkləri haqqında məlumat əldə etmək üçün nərddən istifadə edirdilər. Bu konteksdə nərdin oynanıldığı səth səma kimi qiymətləndirilir. Ulduzlar kimi isə, daşlar istifadə edilir.

Taxtanın yarısında təsvir edilən 12 xana ilin ayları hesab edilirdi. Eyni zamanda nərd sahəsi dörd yerə bölünərək ilin fəsilləri ilə eyniləşdirilirdi. Fal zamanı daşların sayı dəqiq müəyyən edilirdi. Bu zamanlarda farslar planetlər və onların düzülüşləri barədə kifayət qədər məlumatlı idilər.

4.Məşğuliyyət üçün oyun

Məşhurluğuna və sevilməyinə baxmayaraq nərd kimi oyun zamanla unudulur. Onun ikinci məşhurluğu xaç yürüşləri zamanı yaşanmışdır. Oyun orta əsirlərdə Avropa ölkələrində sevilməyə başlanıldı. Bu zaman adı dəyişdirilərək Trik-Trak adlandırıldı.

O zamanlar yalnız zadəgan ailələri və krallar oyunu nərd kimi adlandıra bilərdilər. Yalnız bu şəxslər nərd kimi oyunu oynamaq hüququna sahib idilər. İndi isə, oyun o qədər sevilir ki, onu hətda Las-Veqasda belə oynamağı təklif edirlər. İstənilən şəxs oyunda bəxtini sınaya bilər.

Nərd haqqında TOP7 fakt

5.Avropa qaydaları

Qəribə görünsədə, müasir nərdin qaydaları məhs avropalılar tərəfindən müəyyən edilmişdir. 17-18 əsirlərin ortalarında Edmond Hoyl adlı ingilis “qısa nərd” oyununu kəşf etdi. Bu şərqdən gələn “uzun nərd” oyunundan fərqlənirdi. Yarışlar zamanı bu yeniliyin qaydalarından istifadə olunur və böyük pul mükafatları təqdim edilir. Azərbaycanda isə qızıl zər turnirinin qaliblərinə təmiz qızıldan hazırlanan zərlər təqdim edilir.

6.Nərd oyununda yalnız xurafatçılar uğurlu oynaya bilərlər

Digər idman növlərində olduğu kimi nərddədə müxtəlif əlamətlər və xurafat inancları mövcutdur. Oyunçular mütləq qaydada buna riayət etməlidirlər. İnanclara görə oyunçu oyun zamanı ovucunun içini sıxarsa və ya əllərini qoynuna qoyarsa, oyun uğursuz alına bilər.

7.Biznesmen üçün nərd

Qəribə görünsədə, nərd oyunu biznesmenlər üçün ən yaxşı hədiyyə hesab edilir. İnanclara görə gözəl nərd oynaya bilən, mütləq qaydada biznesdə də uğur qazanan insana çevilir. Adətən hədiyyəlik nərdlər bahalı metallardan hazırlanır və əl işiləri olduğundan yüksək qiymətə satılır.

Mərc oyunları haqda 10 maraqlı faktDünyanın ən təhlükəli idman növləri TOP10

Fikirlərinizi bildirin.