Nəqliyyat vasitəsinin tanınma nişanları (maddə 72)

72

Nəqliyyat vasitəsinin tanınma nişanları (maddə 72)

Nəqliyyat vasitəsində aşağıdakı tanınma nişanlarından istifadə olunur:
İşarə
Mənası
Yol nişanlarını yada salaqYol nişanlarını yada salaq Avtoqatar. Qoşulu yük avtomobillərində və təkərli traktorlarda (1,4 ton və daha artıq yük götürən), habelə birləşdirilmiş avtobus və trolleybuslarda.
Yol nişanlarını yada salaq Tikanlı şinlər. Tiknalı şinlər qoyulmuş mexaniki nəqliyyat vasitəsinin arxasında – bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış, içərisində qara rənglə şin təsviri olan üçbucaq şəkildə.
Yol nişanlarını yada salaq
Uşaqların daşınması. Avtobusda dəstə ilə uşaq apararkən, bu nəqliyyat vasitəsinin qabağında və arxasında (şəkil 4).
Yol nişanlarını yada salaq Kar və ya lal-kar sürücü tərəfindən idarə edilən avtomobilin tanınma nişanı (şəkil 1).
Yol nişanlarını yada salaq Əlilliyi olan şəxs. Əlilliyi olan şəxslər üçün xüsusi avadanlıqlar quraşdırılmış, onlar tərəfindən idarə olunan və qeydiyyat şəhadətnaməsində bu barədə müvafiq qeyd olan nəqliyyat vasitəsinin qabaq və arxasında (şəkil 1).
Yol nişanlarını yada salaq Həkim. Sürücü-həkimlərin idarə etdiyi nəqliyyat vasitəsinin qabağında və arxasında – tərəflərinin ölçüsü 140 mm olan, içərisində ağ dairədə qızıl xaç təsviri vurulmuş, göy rəngli kvadrat şəklində.
Yol nişanlarını yada salaq Təlim-nəqliyyat vasitəsi. Sürücülük öyrətmək üçün istifadə olunan mexaniki nəqliyyat vasitəsinin qabağında və arxasında – bərabərtərəfli, ağ rəngli, təpəsi yuxarı yönəldilmiş və qırmızı haşiyəyə alınmış (üçbucağın tərəfləri azı 200 mm, haşiyənin eni üçbucağın tərəfinin onda biri qədər) və içərisində qara rəngdə “T” hərfi yazılmış üçbucaq şəklində (minik avtomobilinin damında ikitərəfli nişan qoyulmasına yol verilir) (şəkil 3).
Yol nişanlarını yada salaq
Nəqliyyat vasitəsinin qabaritindən kənara çıxan yük. 400×400 m ölçüdə, dioqanal boyu 50 mm enində, növbə ilə qırmızı və ağ zolaqlar çəkilmiş, işıqqaytarıcı səthə malik lövhəcik şəklində (şəkil 6, 7).
Yol nişanlarını yada salaq Təhlükəli yük. Belə yüklər daşıyan nəqliyyat vasitəsinin qabağında və arxasında – 690×300 mm ölçüdə, onun 400×300 mm ölçüdə sağ hissəsi narıncı, sol hissəsi isə 15 mm enində qara haşiyəyə alınmış ağ rəngdə olan düzbucaq şəklində (nişanda yükün təhlükəli xassələrini xarakterizə edən işarələr çəkilir) (şəkil 2).
Yol nişanlarını yada salaq Uzun ölçülü nəqliyyat vasitəsi. Yüklü və ya yüksüz iki və daha çox qoşqusu olan, uzunluğu 24 metrdən artıq olan avtoqatarların arxasında – 40 mm enində qırmızı haşiyəsi olan sarı rəngli, azı 1200×200 mm ölçülü, işıqqaytarıcı səthə malik düzbucaq şəklində (göstərilən ölçüdə nişanı yerləşdirmək mümkün olmadıqda, azı 600×200 mm ölçüdə iki eyni nişanı nəqliyyat vasitəsinin oxuna simmetrik yerləşdirməyə yol verilir) tanınma nişanları quraşdırılır (şəkil 7).
Yol nişanlarını yada salaq
Qəza dayanma nişanı. Yolun hərəkət hissəsində nəqliyyat vasitəsinin məcburi dayandığı halda quraşdırılır (şəkil 5).
Yol nişanlarını yada salaq “AZ” fərqlənmə nişanı. Beynəlxalq yol hərəkətlərində iştirak edən nəqliyyat vasitəsinin Azərbaycan Respublikasına mənsubiyyətini bildirmək məqsədilə quraşdırılır.
Yol nişanlarını yada salaq Təcrübəsiz sürücü. Nəqliyyat vasitəsini idarəedən şəxsin sürücülük vərdişlərinə mükəmməl malik olmadığı barədə yol hərəkətinin başqa iştirakçılarını xəbərdar etmək məqsədilə quraşdırılır.

Qeyd: “Əlilliyi olan şəxs” tanınma nişanı I və II dərəcə əlilliyi olan şəxslərə nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən və ya onların müraciəti və müvafiq əlillik təsdiq edən sənəd əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənişsiz təqdim olunur. “Əlilliyi olan şəxs” tanınma nişanı yerləşdirilmiş nəqliyyat vasitəsini idarə edən şəxs əlillik dərəcəsini təsdiq edən sənədi özündə saxlamalı və müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə yoxlanılması üçün ona təqdim etməlidir.

Online sürücülük imtahan testləri 57 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləYolun nişanlanması (maddə 69)
Növbəti məqaləFlirt haqqında 7 fakt

Fikirlərinizi bildirin.