Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnməsi (maddə 28)

565
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnməsi (maddə 28)

Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnməsi (maddə 28).

I.Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda yol hrəkətində olan nəqiyyat vasitəsi və onun sahibi haqqında məluamatları təsdiq edən vahid sənəddir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı – “AZ”, bu sənədi verən orqanın adı, onun verilmə tarixi və aşağıdakı məlumatlar göstərilir;

1)Nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi – “A”; 2)Nəqliyyat vasitəsinin buraxılış ili və ya ilk qeydiyyatın tarixi – “B”; 3)Nəqliyyat vasitəsi sahibinin soyadı, adı, atasının adı və yaşayış yeri – “C”; 4)Nəqliyyat vasitəsi istehsalçının adı və ya markası – “D”; 5)Nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, rəngi – “E”; 6)Nəqliyyat vasitəsinin icazə verilmiş maksium kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) – “F”; 7)Nəqliyyat vasitəsinin yüksüz kütləsi (yalnız yük daşıyan nəqliyyat vasitəsi üçün) – “G”; 8)Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarlılıq müddəti (bu müddət Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırılırsa) – “H”.

II.Nəqliyyat vasitəsnin qeydiyyat şəhadətnaməsinin adı Azərbaycan Respublikasının dövlət dilində və fransız dilində (“Certificat dimmatriculation”), bu maddənin birinci hissəsinin 1-ci-8-ci bəndlərində göstərilən məlumatların adı Azərbaycan və ingilis dillərində, başqa məlumatlar isə Azərbaycan dilində yazılırlar.

III.Nəqliyyat vasitəsinin qeydiyyat üzrə uçota alındıqda, YH haqında Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutlmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə rüsum ödənilir.

IV.Nəqliyyat vasitəsinin sahibinin soyadı, adı, atasının adı dəyişdirildikdə, ona verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi itdikdə və ya yararsız hala düşdükdə. Bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada olara verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi dəyişdirilir. Qeydiyyat şəhadətnaməsinin dublikatını almaq üçün onun sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs əvvəlki şəhadətnamənin itirilməsi barədə ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının müvafiq arayışını təqdim edir.

V.Bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki yazılarda dəqiqsizliyə yol verilmişdirsə. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi nəqliyyat vasitəsi sahibindən rüsum alınmadan, müvafiq dövlət orqanının hesabına dəyişdirilir.

Online sürücülük imtahan testləri 63 (şərhsiz) – Yol hərəkəti qaydalarıOnline sürücülük imtahan testləri 50 (şərhlərlə) – Yol hərəkəti qaydaları

Əvvəlki məqaləArgyll hersoginyasının 88 məşuqu: Britanyanı sirkələyən seks qalmaqalı
Növbəti məqaləGəncsən başla – Nadir Adilov

Fikirlərinizi bildirin.