Müxtəlif yaşda ürək döyüntülərinin göstəriciləri. Qədim zamanlarda bir çox xalqların nümayəndələri ürək döyüntülərinin göstəricilərinə xüsusi diqqət yetirirdilər. O zamanların düşüncələrinə görə ürək döyüntülərini dinləmək və onu nəzarətdə saxlamaqla orqanizimdən mövcud olan bir çox xəstəliklərdən məlumatlı olmaq və onu müalicə etmək mümkündür. Həqiqətəndə döyünmə sürətini əsas götürərək bir çox xoşagəlməz narahatlıqların qarşısını almaq mümkündür. Misal olaraq, fiziki aktivlik, yəni məşqlər zamanı ürək döyüntülərinin intensivliyi məşqlərin effektivliyi və yağ yandırma prosesi haqqında dolğun məlumat vermiş olar. Bu gün sizin diqqətinizə ürək döyüntülərinin düzgün ölçmə yollarını və müxtəlif yaşda olan insanlarda bu döyüntülərin nə qədər intensiv olması ilə bağlı məlumatları çatdırmaq istərdik.

Düzgün formada necə ölçülməlidir?

Ürək döyüntüsünün bir neçə xarakterik götəricisi mövcutdur:

Davamlılıq: dəqiqə ərzində döyüntü sayı;

Ritimlilik: döyüntülər arası fasilələr. Əgər fasilələr müxtəlifdirsə, eynilik təşkil etmirsə, deməli ürək döyüntüsü aritmik hala sahibdir;

Sürət: arterial təzyiqin qalxması və ya enməsi isə xarakterizə olunur. Orta göstəricidən fərqli göstərici daha zəif və ya daha göclü göstərici hesab edilir;

Gərginlik: döyüntünü dayandırmaq üçün arteriya damarlarına basılma gücü;

Dolma: döyüntü dalğasının yüksəkliyində arteriada olan qan miqdarı.

Döyüntünün göstəricilərini bədənin müxtəlif yerlərində yoxlamaq mümkündür. Ən önəmli nöqtələr:
  • Biləyin iç tərəfi, böyük barmağı basaraq;
  • Gicgah (gicgahdan keçən arteriya)
  • Dizin qatlanan hissəsi;
  • Dirsəyin daxili qatlanan tərəfi;
  • Boyunun çənə nahiyyəsi hissəsi;

Döyüntünü hiss etmək üçün sadalanan nöqtələrə üç barmaq birləşdirilərək qoyulmalı və bərk sıxılmalıdır. Saatlarınızda bir dəqiqəni nəzərə alaraq bu müddət ərzində döyüntü sayını hesablamağa çalışın.

Sağlam insanda döyüntü sayı nə qədər olmalıdır?

Ürək ritminin sayı bir çox göstəricilərdən aslıdır. Bunlara onun yaşı, həyat tərzi, sağlamlıq göstəriciləri aitdir. Bu səbəbdən də, daha dəqiqliklə desək, hər kəs üçün norma nisbətən fərqli ola bilər. Araşdırmaların nəticələrinə görə gənc insanlarda döyüntü sayı bir qayda olaraq daha yüksək olur. Misal olaraq, 18-20 yaş arası insanda dəqiqə ərzində 81.6 döyüntü müəyyən olunur. Yaş keçdikcə isə, say azalır və 61-70 yaş arası bu say 73 həddində müəyyənləşdirilir.

Ümumilikdə sağlamlıq diapazonu 18 yaşına qədər uşaq və yeniyetmələrdə dəqiqə ərzində 70-100 döyüntü qəbul olunur. 18 yaşdan yuxarı insanlarda isə dəqiqədə 60-100 sayda döyüntü normal qəbul edilir.

Maksinal döyüntü sayı nə deməkdir?

Maksimal döyüntü göstəricisi fiziki məşqlər zamanı vuruş sayının artımı hesab edilir. Ehtimal olunan vuruş sayını müəyyənləşdirmək aşağıdakı riyazi hesablama ilə mümkündür:

220 – yaşınız = maksimal döyüntü sayı.

Misal olaraq, 40 yaşlı insanı düyüntü sayı dəqiqəyə 180 ola bilir. Bu olduqca sadə və dəqiq hesablama hesab edilir. Bu halda cinsiyyət, xəstəliklər və digər xarakterik göstəricilər nəzərə alınmır. Əlbətdə ki, daha qəliz düsturlar mövcutdur. Ən dəqiq məlumat isə yalnız xüsusi cihazlarda, tibb testləri zamanı əldə edilə bilər.

Optimal döyüntü zonası necə müəyyən edilməlidir?

Maksimal döyüntü sayı fiziki məşqlər üçün optimal döyüntü zonasını müəyyən etməyə yardımçı olur. Belə ki, məşqlər zamanı ürək döyüntüsü göstəricilərini bu dipazonda saxlaya bilsəniz daha yaxşı nəticələr əldə etmiş və zədələnmə hallarından yayınmış olarsınız. Ortalama hesablamalara görə optimal döyüntü sayı insanın maksimal döyüntü sayının 60-80%-i miqdarında müəyyənləşir. Lakin, bəzi hallarda həkiminiz bu göstəricini 50% həddində saxlamağı məsləhət görə bilər.

Öz optimal döyüntü zonanızda məşq edib-etmədiyinizi müəyyən etmək üçün hərəkətlər zamanı fasilə verin və barmaqlarınızla yuxarıda təqdim edilən nöqtələri sıxmaqla döyüntü sayını hesablaya bilərsiniz. Əgər göstərici optimal göstəricidən aşağıdırsa, hərəkətləri artırın. Rahatlıq üçün smart saatlardan və ya xüsusi fitnes qolbaqlardan istifadə edə bilərsiniz.

Fikirlərinizi bildirin.