Müxtəlif spirtli içkilərdən sonra hansı hislər yaranır?. Ailimlərin uzun müddətli araşdırmalarından sonra müxtəlif spirtli içkilərin bizlərdə hansı hisləri oyatdığını və sərxoş halda etdiyimiz hərəkətlərin izahını müəyyən edə bilmişlər.

Mark Bellis adlı Böyük Britanyadan olan alim dostları ilə birgə əsirlər boyunca formalaşmış inancın doğruluğunu yoxlamaq qərarına gəlirlər. Beləliklə onlar hər dəfəsində müxtəlif içkilər qəbul edərək əhvallarının necə dəyişdiyini nəzarətdə saxlamağa çalışmışlar.

Eyni nəticələr 30 000 insan arasında aparılan rəy sorğusu zamanı da müəyyən edilmişdir. Sorğu 11 dildə, 21 ölkədə 2015-ci ilin noyabr, 20116-cı ilin yanvar ayları arasındakı tarixlərdə keçirilmişdir. Siyahıda ilk verilən sualların ardıcıllığı təxmini bu formada tərtib edilmişdir: 1. Siz çox içirsiniz? 2. Hansı dərəcəli içkilərə üstünlük verirsiniz? 3. Bu və ya digər qəbul etdiyiniz içki sizin əhvalınıza necə təsir göstərir? 4. İçkidən sonra hansı fərqli və ağılagəlməz işlərə həvəslənirsiniz?

Nəticələrə görə inanclar tamami ilə doğru imiş. Deməli, Britanyalılar araşdırma üçün pullarını və zamanlarını əbəs yerə sərf etməmişlər. İnsanların yaşayış yerlərindən, mədəni mühütindən və adətlərindən aslı olmayaraq spirtli içki növləri demək olar ki, hamıya eyni şəkildə təsir göstərmiş olur.

Pivə

İnsana (49.87%) xöşbəxtlik hissi, (44.54%) özünə əminlik və (38.92%) yorğunluq hisləri bəxş edir. Demək olar ki, 25% insanlar çevik hərəkətlər etmək istəyir, yaşadığı mərtəbəyə liftsiz, piyada qalxmağa həvəslənir. Eyni zamanda fərqli enerji axını hiss edərək hərəkətdə olmaq istəyirlər.

Müxtəlif spirtli içkilərdən sonra hansı hislər yaranır 1
Müxtəlif spirtli içkilərdən sonra hansı hislər yaranır 1
Qırmızı şərab

Əsasən iki hissi bəxş etməkdədir – (52.8%) boşalma, rahatlama və (60.08%) yorğunluq. Yalnız 7% faiz insanlar maksimal insan sayı cəlb edilmiş davalarda iştirak etməyə həvəslənirlər.

Ağ şərab

Qarşıq hislər yaradır, hislər tam olaraq aydın olmur. Nə həvəs yaranır, nə də depressiv hallar yaşanılır. İnsan həm yatmaq istəyir, həm köhnə sevgilisinə zəng etmək, həm də evdəki əşyaları dağıtmaq. Bir sözlə hər şeydən yarımçıq.

Tünd işçkilər

Daha gözəl xüsusiyyətlər daha çox arağa, konyaka, roma və digər yüksək dərəcəli içkilərə şamil edilir. Xaraktercə passiv olan insanlar belə bundan sonra özlərini daha güclü və dözümlü hesab edə bilirlər. Bu fikrə 29,8% insan gəlmişdir. Eyni zamanda bəzən ağlamağa da həvəsləndirə bilər.

Yuxarıda sadalananlardan başqa sizə araşdırmanın nəticələrini bir balaca da individual formada təqdim etmək istərdik. Bu yazıdan sonra yəqinki sərxoş halda edəcəyiniz hərəkətlərdən utanğaclıq hiss keçirmərsiniz.

1.Rəyi soruşulanların 50%-indən çoxunun sözlərinə görə: “Sən özünə çox əmin olursan və enerji axını hiss edirsən. Qabağına qoyulan istənilən yeməyi tam həvəslə yeyə, sonra isə ondan razılığını bildirə bilərsən.”

2.42.4% insanlarda spirtli içki qəbulu sexual həvəs yaradır. Fikrimizcə bu faiz nisbəti reallıqda daha yüksək ola bilər.

3.Qadınlar təbiətdə olan aqressiya hissindən başqa bütün hisləri eyni anda yaşaya bilərlər.

Fikirlərinizi bildirin.