Müxtəlif ölkələrdə uşaqlara sex necə anlatılır. Avropada, ABŞ-da və Asiyada cinsi tərbiyyə məsələləri olduqca açıq şəkildə anlatılır. Nəticədə bu ölkələrdə olan az yaşlılar arasında sağlam münasibətlər və bədəni, sexsi anlamaq anlayışları formalaşır.

Danimarka

Danimarkalılar araşdırmalara görə dünyanın ən xöşbəxt insanları sayılırlar. Onlar öz övladlarına sex barəsində məsələləri olduqca rahat şəkildə danışırlar. Bunun üçün heç bir nağıllar uydurmağı doğru saymırlar.

Danimarkada ən məşhur kitabların biri “Danimarka sayağı tərbiyə: dünyanın ən xöşbəxt uşaqlarını necə böyütmək olar” adlı kitabdır. Kitab hər il təxmini 10 min nüsxə satışa çıxarılır. Müəlliflər amerikan yazıçısı Jessica Alexander və onun əri danimarkalı, ixtisasca psixoterapevt İben Dissinq Sandaladır.

Atanın yumurtalıqları spermatozoidlərlə doludur. Onlar  ana ilə sevişdikləri zaman spermatozoidlər atanın penisinin ucundan çıxır. Ananın cinsi orqanından keçərək qarnına doğru irəliləyir. Onlar nəhayyət matkaya çatır. Məhs ora spermatozoidlər yığılır.

Əgər Spermatozoid ananın yumurtalıqlarına daxil olarsa, ananın matkasında uşaq böyüməyə başlayır. Ancaq, ana və ata hələ bu haqda bilmirlər.

Uşağın böyüməsindən aslı olaraq ananın da qarnı böyüyür. Bütün bu müddət ərzində ata ana ilə fəxr edir. Onlar çox sevinirlər. Uşağın ananın daxilində ilk tərpənişlərini hiss edirlər. Uşağın dünyaya gəlmə gününü birlikdə sayırlar.

Sonra isə ilk olaraq onun əlləri gəlir. Uşaq tamami ilə doğulduqda həkim göbəyi kəsir. Göbək vasitəsi ilə uşaq bu müddətə qədər qidalanırdı. Artıq bu ona gərəkli deyil.

Çin

Fransa

Fransada “Sevgi və uşaqlar” (L’amour et les bebes) adlı kitab 6-8 yaş aralığında uşaqlar üçün nəzərdə tutulmuşdur. Kitabda homosexsuallıq və ənənəvi münasibətlər haqqında danışılır.

İki kişi və ya iki qadın bir-birilərini sevərkən onlar “homosexsual” adlandırılırlar. Əgər kişi və qadın bir-birilərini sevərlərsə deməli onlar hetrosexualdırlar.

Necə sevişirlər?

İki böyük insan bir-birilərini sevən zaman, onlar mütləq xüsusi qucaqlaşmaya ehtiyac duyurlar: onlar bir-birilərinin hər yerlərini sığallayırlar, dərilərinə toxunurlar. Onlar sevişmək istəyirlər.

Avstraliya

Fiona Katauskas uşaqların necə yarandıqları haqqında məlumatlar olan kitablar axtarışına yollanır. Çox təəcüblənir. XXI əsr olmasına baxmayaraq, hələdə kitab dükanlarının rəflərində 70-ci illərin kitabları sərgilənirdi. Hamiləlik və doğuşun önəmi olduqca ciddi məsələdir. Qadın həm sevdiyi kişidən, həm də donordan hamilə qala bilər. Nəticədə Fiona “Uşaqların necə yarandığı barədə gözəl və inandırıcı hekayə” adlı öz kitabını yazmaq qərarına gəlir.

“Mən bir balaca elmi kitab yazmaq istəyində idim. Bununla hər şeyin mexanik tərəflərini göstərmək istədim” – deyə Katauskas xanım şərh verir.

“Mister sperma Missis yumurtalıqla görüşür”
Kitabda eyni zamanda keysəriyyə yolla əməliyyat da əks edilmişdir.
Vaxtından əvvəl doğuş.

Fikirlərinizi bildirin.