Münasibətlərinizin şansı varmı? – Diqqətli olaraq aşağıdakı kartlardan birini seçin:

Münasibətlərinizin şansı varmı

 

İlk növbədə kimlə bağlı fala baxdığınıza diqqət yetirin. Seçdiyiniz insan status baxımından hansı səviyyədədir? Başqa birisi ilə rəsmi münasibətdədirmi? İkiniz də eyni adətlərə və mənəvi dəyərlərə sahibsinizmi? Portnyorunuz mənəvi keyfiyyətləri nə dərəcədə qabarıq hiss olunur?

Münasibətlərinizin şansı varmı?

Birinci kart sizə münasibətlərinizin rəsmiləşdirilməsi barədə təsdiqləyici cavab verə bilər. Siz ətrafdakıların da bir cütlük kimi sizi dəstəklədiyininə əmin ola bilərsiniz.

Əgər seçdiyiniz portnyorunuz ailəlidirsə və ya kiminləsə münasibətdədirsə, bu zaman yaxınlaşmağınızda böyük problemlər və çətinliklər yarana bilər.

Münasibətlərinizin şansı varmı? – Məsləhət: Portnyorunuza mütləq arzuladığınız münasibətləri necə təsəvvür etdiyiniz barədə danışın. Susmaq çax şeyi qəlizləşdirə bilər.

İkinci kart sizin şansınızın yalnız gözləmə bacarığına sahib olduğunuz təqdirdə mümkün olacağını izah edir. Portnyor sizinlə münasibət üçün tam hazır olmalıdır.

Bu müddət isə kifayət qədər uzun ola bilər. Bəzilərində isə bunu taro kartı ümumiyyətlə yaxşılığa dəyişiklik kimi qəbul edilir. Siz bütünlüklə münasibətlərə baş vura bilərsiniz. Hətda birlikdə olmaq üçün o qədər əziyyət çəkirsiniz ki, sonradan yarıda qoymaq sizə ağılagəlməz kimi görünər.

Bəzən siz hər şeyin ideal getməsi üçün əziyyət çəkər, narahat olar, var gücünüzlə davam etdirərsiniz, o isə sadəcə doğru zamanı gözləyər.

Münasibətlərinizin şansı varmı? – Məsləhət: Yaxşı düşünün. Portnyorunuzun sizinlə münasibət yaşaması üçün yetişməsini, ağıllanmasını gözləməyə hazırsınızmi? Buna səbriniz çatacaqmı?

Üçüncü kart ya yeni başlayan münasibətlərə dəlalət edir, yada portnyorun məsuliyyətdən yayınma mənasına gəlir.

Birinci halda seçdiyiniz insan yekun seçim etməmiş olur. O gələcək münasibətlərin necə davam edəcəyi barədə anlayışa sahib deyil.

İkinci halda isə partnyor özünə aid müəyyən səbəblərə görə məsuliyyət altına girməkdən, sizinlə bağlı qərar qəbul etməkdən çəkinir. Seçdiyiniz insan axşamlar sizinlə xoş zaman keçirə bilər, birlikdə fərqli əyləncə yaşaya bilərsiniz. Ancaq, unutmayın: o hər zaman heçnə olmamış kimi geri çəkilə bilər.

Əgər kartı seçən zaman indi ayrı olduunuz portnyorunuz haqqında düşünmüşdünüzsə, bu zaman hər şeyi yenidən başlamaq şansınız olduğu mənasına gələr.

Münasibətlərinizin şansı varmı? – Məsləhət: Ciddi bir münasibət istəyirsinizsə bunu mütləq portnyorunuza əvvəlcədən deməlisiniz.

Portnyorunuz nə dərəcədə eqoist biridir?

Fikirlərinizi bildirin.