Müharibələrə təşəkkür etməli olduğumuz 7 kəşf. Çox güman ki, insan başının üzərində güllələr uçduğu zaman daha yaxşı düşünə bilir. İnsanlar müaribələr zamanı bir çox kəflər ixtira etməyə nail olmuşlar.

Marqarin yağı

Marqarin yağı XIX əsrin sonrlarında III Napolionun (bildiyimiz Napalionun qohumunun) tapşırığından sonra ixtira edilmişdir. Müharibələr səbəbindən dövlətin iqtisadi vəziyyəti gərgin olduğundan, insanlar və hərbiçilər aclıq-səfalət vəziyyətində yaşadığından III Napaleon düşünərək bu qərara gəlir. İmperatorun tapşırığına əsasən şit yağı əvəzinə daha az qiymətə başa gələn, qida dəyərinə sahib məhsul yaradılmasına başlanıldı. Məhsulu ərsəyə gətirən şəxs isə kimyaçı Meje-Mure olmuşdur.

Onun marqarin yağı mal piyindən hazırlanmışdır. Yağı əvvəlcə əridir, sonra soyudub presləyirdilər. Alınan qarışıq südlə qarışdırılıb duzlandırılırdı. Yeni məhsul qida dəyərinə görə şit yağından geri qalmırdı. Lakin, qiyməti olduqca ucuz təklif edilirdi. Meje-Murenin özü kəşfindən heç bir qonarar almır və səfalət içərisində dünyasını dəyişir.

Konservilər

Müharibələrə təşəkkür etməli olduğumuz 7 kəşf

Əgər geniş miqyasda koservləşdirilmiş məhsullardan danışsaq, onların qədim Misir dövründən mövcud olduğunu anlayarıq. Tutanhomanın qəbrinin yanında qabda yarım ördək tikəsinə rast gəlinmişdir. Onlar üç min il orda qalsalar da, qida üçün yararlı halda hesab olunurdu.

Müasir konservilər yeni dövrdə yaranmışdır. Bu halda da hərbi ehtiyaclar əsas götürülmüşdür. Napoleon (bu dəfə hamının tanıdığı Napaleon) 1975-ci ildə uzun müddətli formada yeməkləri saxlamağın yollarını kəşf edən şəxsləri mükafatlandıracağını bildirmişdir. Seçim zamanı qalib qismində Nikolya Fransua Apper seçilmişdir. Onun mürəbbələri, bulyonları və qızardılmış ətləri şüşə qablara yığılaraq bağlanılmış və səkkiz aydan sonra açılmışdır. Bütün məhsullar olduğu kimi qorunmuşdur. 1809-cu ildə Apperə külli miqdarda dövlət mükafatı verilir və “insanlığın xilaskarı” adı ilə təltif edilir.

Buna baxmayaraq Fransada konservilər o qədər də məşhurlaşmır. Lakin ingilislər bu yeniliyə üstünlük verməyə başlayırlar. Piter Dyuran bu kəşfi daha da püxtələşdirir və əsgərlərin yeməyi halına salır. O zamanlar konservlərin qabları böyük olduğundan qapağını açmaq üçün çəkicdən istifadə edirdilər.

Oynaq purjinlər

1943-cü ildə ABŞ-dan olan mühəndis mexanik Richard Jeyms dənizdə dalğalar zamanı gəmi avadanlıqlarının hissiyyatlılığını artırmaq üçün kəşflər etməyə cəht göstərir. Təcrübə zamanı purjinin biri stolun üzərinə düşür və yellənməyə başlayır. 1945-ci ildə Richard və onun həyat yoldaşı Betti kəşflərini hərbi məqsədlər üçün istifadə edə bilməsələr də, uşaq oyuncaqları qismində satmağa başladılar.

Kəşfdən sonra milioner olan Jeyms dəli olur, arvadını boşayır və Baliyə köçərək missioner olur.

Bidon (konistr)

Müharibələrə təşəkkür etməli olduğumuz 7 kəşf 2

Hitlerin gizli kəşfi – 20 litirlik qablar. İndi klassika hesab edilən qablar 1937-ci ildə kəşf edilmişdir. Faşist hərbiçiləri ilk olaraq bundan min ədəd sifariş verir. Olduqca rahat daşınır və asan açılırdı.

Yeganə mənfi cəhəti həm içəridən, həm də çöldən tez paslanmaları ilə bağlı idi.

Mikrodalğalı soba

Amerikalı mühəndis Persi Spenser ikinci dünya müharibəsi zamanı radar cihazları ilə məşğul olurdu. 1942-ci ildə apardığı təcrübələr zamanı yüksək radiasia şüalanmasının yeməklərin qızdırılması üçün istifadə edilə biləcəyini anlayır. Deyilənlərə görə o ilk olaraq cibindəki şkoladı əritməyə cəht göstərir.

İlk olaraq sobalar 1946-cı ildən hərbiçilərin yeməklərinin qızdırılması üçün istehsal edilməyə başladı. Lakin, cihazın çəkisi 340 kq, hündürlü isə insan boyuna bərabrə idi.

Superkley

Superkley ikinci dünya müharibəsi zamanı kəşf edilmişdir. İxtira tam təsadüf nəticəsində baş vermişdir. Kimyaçı Harri Kuver optik hədəflər üçün şəffaf plastiklərlə təcrübə aparırdı. Nəticədə Sianoakrilat adlı maddəni müəyyən etmiş olur.

Müharibədən sonra onun tərkibi dəyişdirilmiş və beləcə superkley öz xeyirli tərəflərini dünyaya nümayiş etdirə bilmişdir. Ancaq, qeyd edək ki, qanaxmanın qarşısını almaq və tikişləri birləşdirmək məqsədi ilə Vyetnamda da müharibə illərində istifadə edilmişdir.

Skoç

Kleyli lent də ikinci dünya müharibəsi zamanı hərbiçilərin istəyi ilə kəşf edilmişdir. Kəşfin ilk məqsədi hərbi sursatları bir-birinə bağlamaq və gərəkli olduqda bağlayaraq nəmdən qorumaq olmuşdur. Ancaq, istifadə zamanı istənilən əşyanın təmirinə də yararlı ola biləcəyi məlum olmuşdur. Buna görə də, müharibədən sonrakı illərdə getdikcə məşhurluq qazanmağa başladı.

Dil haqqında 8 faktZapı haqqında 7 maraqlı fakt

Fikirlərinizi bildirin.