Muhammad Ali həyat qanunları. Boks tarixçiləri, idman mütəxəssisləri, keçmiş və indiki boksçular və boks azarkeşləri tərəfindən “Bütün zamanların ən böyük boksçusu” olaraq qəbul edilən, ağır çəkidə çıxış etmiş afro-amerikan və irland əsilli əfsanəvi peşəkar ABŞ boksçusu. Dünya Boks Federasiyasının rəsmi səhifəsində bu sözlər yazılmışdır:”Səs birliyi ilə Məhəmməd Əli bütün zamanların gəlmiş keçmiş və gələcək ən böyük boksçusudur”. Həmçinin, Məhəmməd Əli dünyada ikonlaşmış xarakterdir. İnsan hüquqları müdafiəçisi və ABŞ-da ilk İslam Təşkilatının liderlərindən biri olmuşdur.

Allah heç vaxt — insana qaldıra bilməyəcəyi yükü onun çiyinləri üzərinə qoymaz.

Məmin ən ağır döyüşüm — Parkinson xəstəliyi ilədir. Bu ağrılı deyil. İzah etmək çətindir. Mənim sınağımdır: mən yənədə dua etməyə davam edib, inamımı qoruyacammı? Allah bütün böyük insanları sınaqdan keçirir.

Günəş — hər zaman hardasa parlayır.

Olimpiya oyunlarından sonra — mən öz, parlayan qızıl medalımla geri, Luisvilə qayıtdım. “Yalnız ağlar üçün” nəzərdə tutulmuş kafeyə daxil oldum. Fikirləşirdim ki, onları yerində otuzduraram. Stol arxasında əyləşdim və nəsə sifariş vermək istədim. Olimpiya çempionu, qızıl medal! Mənə isə dedilər: “Qaradərilərə xidmət etmirik”. Mən isə “Hər şey yaxşıdır, mən kasıb deyiləm.” dedim. Ancaq məni yəndədə bayıra qualadılar. Onda mən Oqayo çayının sahilinə getdim öz qızıl medalımı suya tulladım.

Sən düzgün olanda — bunu heç kim yadda saxlamır. Səhf etdikdə isə, heç kim unutmur.

Susmaq — qızıldır. Əgər yaxşı cavab tapa bilmirsənsə, bu belədir.

Bizim həyatımız çox deyil — tez zamanda o tükənəcək. Allah üçün nələrsə etməyə çalışın, o zaman heç vaxt bitməyəcək.

Xeyirxahlıq? — Mənim anamdır.

İnsanın anası ölən zaman — ona həqiqətəndə ağır olur. Ancaq, zamanla bunada örgənirsən. Həyat belədir!

Mənim qəddarlıq məvhumum — düşmənçilikdir.

Yuxularını reallaşdırmağın — ən yaxşı yolu oyanmaqdır.

Komediya — bu özünü gülməli göstərmək şərti ilə ciddi olmaqdır. Zarafat – mənim düzünü demək üsulumdur. Dünyada sözün dzündən gülməli zarafat yoxdur.

Ağır çəki üzrə dünya çempionuna da —  bir qadın yetərli ola bilər.

Köhnələri — zibilə atmaq peşmançılıq yaratmır.

Digərlərinə kömək edərək — özümüzə də kömək etmiş oluruq.

George (Foreman) — titulunu geri qaytararkən bu məni həqiqətən çox yandırdı. Məndə qayıtmaq istədim. Nəticədə səhəri gün qaçmaq gərəkli oldu. Yenidən yerimə uzandım və düşündüm: “onsuzda mən ən yaxşısıyam.”

Kimlə görüşmək istərdim? — Məhəmməd peyğəmbərlə.

Kim olacağını arzulayırsansa — həmin adamda olacaqsan.

Uşaqlqrınla sevin — onlar özlərini sən istədiyin kimi aparmasalar belə.

Atlantada alovu yandırarkən — həyəcanlanmadım. Ancaq, rəhbərlər qarşısında çıxış edərkən həyəcanlanmışdım.

Kamillik — kamil ola bilmədiyini anladığın vaxtdır.

Anlamadığın nədir? — müharibələr.

Bütün ömür boyu keçmiş səflərini düşünərək yaşamaq — ən axmaq yanlışlıqdır.

İstərdim — yüz yaşıma qədər yaşayım.

Yalnız arzu edə bilərəm — insanlar məni sevdikləri kimi ətrafdakılarıda sevsinlər. O zaman dünya yaxşıya doğru dəyişər.

Gianni Versace həyat qanunlarıMarilyn Monroe həyat qanunlarıBrad Pitt həyat qanunları

Fikirlərinizi bildirin.