Monica Bellucci həyat qanunları. Aktrisa, Roma, 56 yaş

Zaman hər şeyi məhv edir — təsəvvür edin ki, sizin gözəl, qırmızı almanız var. Çox az zaman keçdikdən sonra o büzüşəcək. Qurdlar əmələ gələcək. İnsanlarla da eyni ilə belədir.

Ağıllı qadınlar — bu qeyriadi bir məvhumdur. Mənə elə gəlir ki, onlar kişilərdən daha maraqlıdırlar.

Model olduğum zamanlar — heç vaxt özümü obyekt kimi istifadə edildiyimi düşünməmişəm.

Vəkillər dahi aktyorlardırlar — (Bellucci Perudji Universitetinin hüquqşunaslıq ixtisasını bitirmişdir) Təsəvvür edin ki, onlar hər gün oynamalıdırlar. Çünki çəkiliş meydançası ilə məhkəmə zalı arasında ciddi fərqlər mövcud deyil.

Richard Berton deyirdi: — “Aktrisa qadından daha böyük məvhumdur. Aktyor isə kişidən daha kiçikdir”.

Mən Bondun qızı deyiləm — mən Bondun qadınıyam. Bəlkədə, Bondun xanımıyam.

Bond qara dərili də ola bilər. Niyədə yox? — Axı əsas dərinin rəngi deyil. Əsas aktyorun istedadıdır. Ancaq, Bondun fransız olması dəqiqdir.

İndiki zamanda — bütün filimlər yeniyetmələr üçün çəkilir.

“Təkrarolunmazlar”-da çkilməyə razı oldum — senarini oxumadan. Senari sadəcə yox idi.

Zorlama səhnəsini çəkən zaman — Vensan (Kassel, Monica Belluccinin əri) məndən soruşdu: “sən mənim çəkiliş meydançasında olmamı istəyirsən?”. Dedim ki, – yox. O səhəri gün Fransanın qərbinə serfdə əylənməyə yollandı. Bütün günü tək olduğumdan çəkilişlərə hazırlaşıb, məşqlər edirdim. Lakin, çəkilişlər başlayan zaman hansı hisləri keçirəcəyimi anlamırdım. Bu tərz filimlərdə dərin mənalı nələrsə olur. Daxilə, ruhumun dərinliklərinə qədər nüfuz edərək səni zorlayan əcaib vəhşiləri sənə göstərir. Kanndakı premyera zamanı səhnənin nümayişində Vensan ağladı. Mənim qan içində tuneldən çıxdığım səhnələrin birində. Onu sakitləşdirirdim: “Bəsdir, nə oldu sənə? Bu axı sadəcə filimdir”.

Çox darıxdırıcıdır — tez-tez Kanna getmək.

Sisilyasız italiyan kinosu sadəcə mövcud olmazdı — ən gözəl tarix, poeziya və zorlanma yalnız ordan gəlir.

Qanım yalnız — nəsə pis şeylər baş verərkən qaralır. Məni menalxolinq hesab etmək olmaz.

Təzəlikcə qızım mənə dedi — “Ana mən sənin kimi olmaq istəyirəm. İşləmək istəmirəm. Ana olmaq istəyirəm. Böyüdükdə isə yalnız qızım işləsin”. Bu çox gözəldir: o düşünür ki, mən çalışmıram.

Əlbətdə — mən gözlənilməz qərarlar verən qadınam. Hamilə olan zaman eyni vaxtda üç doğum evi seçdim. Son ana qədər harda doğuş edəcəyimi bilmirdim: London, Roma ya Parij.

Biz çox səyahət edirik — mənim böyük qızım dörd dil bilir: italiyan, fransız, ingilis və portuğal.

Sirlərə hörmət edirəm — sirləri böyük insanlar saxlaya bilirlər.

Heç vaxt istəməzdim — yenidən iyirmi yaşım olsun.

Julia Roberts həyat qanunlarıWhitney Houston həyat qanunları

Fikirlərinizi bildirin.