Mixail Qorbaçov həyat qanunları. SSSR-in keçmiş prezidenti

Səndən kamillik haqqında soruşduqda — həmin an düşünürsən: yəqinki mən həyatımın son günlərini yaşayıram.

Yaddaşımda qalan ilk şey aclıqdır — 1933-cü ildə yaşım ikidən bir az çox olardı. Yadımdadır ki, babam Andrey, atamın atası yanımızdakı balaca göldən qurbağa tutaraq bişrirdi. Yadımdadır ki, qaynadıqda qurbağaların üstünü ağ köpük alırdı. Ancaq yadımda deyil, onları yeyirdim ya yox. İllər sonra isə Fransada Parijin mərkəzində qayıqla Parij haqqında musiqini dinləyə-dinləyə Raisa ilə birlikdə qurbağa ayaqları yeyirdik.

1935-ci ildə çox ciddi xəstələndim — Onun adı sadəcə xəstəlik idi. Boğulurdum. Yatağımın yanına şam qoydular, ağlayırdılar və heç nə edə bilmirdilər. 1935-ci ildə nə var idiki? Bir qadın yanıma gəldi və dedi: Siz yaxşı bal tapın, stəkana tökün və verin içsin. Yadımdadır: otaqda, pənəcərəinin qabağına mavi rəngli, daha doğrusu tünd göy rəngdə balla dolu çaynik qoydular. Götürdüm və içdim. İçərkən qapağını yerə saaldım. Onun səsi isə hələ də qulağımdadır.

Həmişə — avqust gecələrində qıcolmalarım olur. Uşaq vaxtı konbayında işləyəndən bəri belədir.

İndi gözümü bağlayanda gözümün önündə buğda canlanır — çoxlu buğda. Əsasən də iyun ayında. Böyüyəndə, yığılanda, quşlar üçüşanda.

Andrey babam və o biri babam Panteley kasıb xristian insanı idilər — Sovet höküməti onlara torpaq verdi və bir neçə on illikdən sonra onlar orta səviyyəli imkana sahib oldular. Panteley babam həmişə təkrar edərdi: “Bizi sovetlər birliyi xilas etdi, o bizə torpaq verdi. Torpaqda isə qalan şeyləri biz özümüz yaratdıq”.

Mən artıq beş ildir ki Privolda (Stavropol vilayətində kənd, Qorbaçovun vətəni) olmamışam — Yaxın günlərdə isə qərara aldım: mütləq sentyabr və ya oktyabr aylarında gedəcəm. Bu ən gözəl aylardır: sahələrdə hər şey yığşırılır, yalnız traktorların səsi eşidilir, köçəri quşlar uçuşurlar. Bu şəkildə hər şey bir-birini əvəzləyir.

Kimin ürəyində vətən sevgisi yoxdursa — o heç nəyə dəyməz.

Heçnə vecinə olmayan insanları sevmirəm — harda əylənir, kimlə görüşür, nə qazanır onlara önəmli deyil. Mən o qrup insanlardan deyiləm.

Müharibədən sonra atamla beş il kombayında işləmişəm — o müddət ərzində biz çox yaxınlaşdıq. Xeyli söhbətlərimiz olub, ondan çox şeyi soruşmuşam. Bizi xüsusi münasibətləri olan iki kişi olmuşduq. Atam mənə etdiyi ən ciddi tənbehi hər zaman anam vasitəsi ilə çatdırardı. On səkkiz yaşım olanda anama dedi: “Mixailə deki, o evə gəzməklərdən çox gec gəlir. Çalışıb tez gəlsin”.

Həyat keçir — insanlar isə gedirlər.

Televiziya verlişlərinin birində — Vladimir Pozner məndən soruşdu: “Əgər belə bir imkan olsaydı – sizə artıq bu həyatda olmayanlarla telefon əlaqəsi yaratmağa imkan yaratsaydılar – kiminlə danışmaq istərdiz?” Cavabım: “Hamıya məlumdur ki – arvadımla”.

Biz Raisa ilə birlikdə 46 il yaşadıq — onun qırx ilini hər gün birlikdə gəzməyə çıxırdıq. Harda olsaqda mütləq gəzişirdik. Mən istənilən havanı sevirəm: küləkli, qarlı, yağışlı. Raisa isə küləkli havanı sevirdi. Mən deyirdim: “Küləkdi axı”. O isə: “Yox, gedək”. Gedirdim. Mən bu minvalla küləkli havaya örgəndim. Raisa isə artıq yoxdur. Ondan sonra gəzintiyə çıxmıram.

Tez-tez Raisa ilə zarafatlaşırdım — bir dəfə dedim ki: “Sən məni özümdən çıxarma”. Dərindən nəfəs aldım və davam etdim: “Mən bir dəfə əlimi qaldırıb vursam, ikinci dəfəyə ehtiyac olmayacaq”. O isə: “Sən dəli olmusan? Məni döymək istəyirsən?” dedi.

Qocalıqda — göz yaşlarını saxlamaq çətindir.

İndi mən əvvəlkinə baxanda daha çox sağlamlığımın keşiyində dururam — dostlarıma verdiyim sözü tutmaq istiyirəm – onları 90 yaşımın tədbirinə dəvət edim. Düzdü bu artıq ağını çıxartmaqdır, ancaq belə etmək lazımdır. Qarşına səni mobilizə edən məqsədləri qoymalısan.

Bu gün yaxşı yatmışam — dünən isə ağır gecə idi. İki ağrıkəsici dərman atdım, uzun müddət yata bilmədim. Yalnız səhərə yaxın yuxuya gedə bildim. Yerimə uzanmamışdan öncə vətəndaş müharibəsi haqqında filimə baxırdım. Orda 15 milyon adamın öldürüldüyü deyilirdi. Yuxuda mən kimləsə addımlıyırdım və o mənə ölmüş insanları göstərirdi. Onlar saysız-hesabsız idilər. Gəzintidən sonra geniş işıqlı bir ortama çıxıram və soruşuram: bəs o uzaqda olan nədir? Ora bütün ölənlər yollanır.

Çox vaxt yuxuda cavabları tapıram — bu suallar mənə çox əziyyət verir. Deyirlərki, həmin an yazmaq üçün qələm və kitabça götürüb yanına qoymalısan.Bir dəfə belə etdim, sonra öz yazımı oxudum və düşündüm: bu kimi şeylər üçün yuxunu pozmağa dəyməz.

Səhərlər — mənim üçün ən yaxşı vaxtdır – səhər tezdən altıda dururam, yeddinin yarsı üzərimdən ədyalı çəkirəm, yerimi düzəldib yenidən uzanıram: yerimdə idman hərəkətləri etməyə başlayıram. Ən sadə hərəkətləri.

Mən bəlkədə ovçuyam — lakin kütləvi qırğınlar törədən deyiləm.

Amerikanlıların “Şeytan” adlandırdıqları raketi biz P-36M adlandırırıq — onun gücü yüz Çernobelə bərabərdir. Sən bunu anlayanda və həmdə o vəzifədə olub anlayanda özünü normal insan hiss edə bilmirsən.

10-cu sinifin buraxılış imtahanlarında — müstəqil mövzu seçib inşa yazdım: “Stalin bizim hərbi şanımızdır, Stalin bizim gəncliyimizin zirvəsidir”. Bu inşaya görə əla qiymət aldım. İndi isə rahatlıqla deyə bilərəm ki, inadkar stalin sevməyənlər dəstəsindənəm.

Rusyanın tarixi qəlizdir — burda yaxşı vaxtları aird etmək çətindir.

Məndən 20 ildən sonra Rusyanın necə olacağı haqda soruşanda — hər şeyin pis olacağını deməyə dilim gəlmir.

Rusyanın ən böyük problemi — insanların məcburən siyasətdən uzaqlaşdırılmasındadır.

Bu günki etirazlarla 1980-cı illərin sonu, 1990-cı illərin əvvəllərindəki etirazlar arasında — fərq və oxşarlıqlar tapmaq olar. Amma bu o qədər də vacib deyil. Fikrimcə önəmli olan başqa şeydir: bu günki etirazlar ciddidir. Bunlar sadəcə qışqırıq və səs-küy deyil. Bu düşünülmüş etirazlardır. İnsanların hislərini və fundamental istəklərini ifadə edən etirazlar. Bunları nəzərə almamaq olmaz.

İndi mən bəzən eşidirəm —  “Ədalətli seçkilər naminə” ifadəsi artıq köhnəlib. Bununla razı deyiləm. Əksinə olduqca önəmli çıxışdır, heç vaxt qüvvədən düşməməlidir.

Əsil lider — canlı, normal və ciddi pozisiaya malik liderdir. İndiki Rusya liderlərinin zəif cəhətləri ondadır ki, onlar bunu anlamırlar. Bir sözlə onlar bunu sevmirlər.

Arzu edərdim ki, prezident müəyyən vaxtlıq geri çəkilməyin necə önəmli olduğunu anlasın — hər şeyi geri çəksin və yeni qüvvələrə yol açsın. Bunun üçün kişilik gərəklidir. Ancaq məhs bu keyfiyyətlər insanın şəxsiyyətinin əhatə genişiliyndən xəbər verir.

Azadlıq — yolu ilə getmək lazımdır.

Amerikalılar böyük səhfə yol veriblər — onlar hamıdan çox qışqırırdılar: bizə daha demokratik və ədalətli yeni dünya düzəmi lazımdır. Ondan birinci imtina edən də onlar oldular.

Hal-hazırda narazıyam ki, — Avropa öz daxilində problemləri həll edə bilmir. Nəticədə dünyanı yaxşılığa dəyişmək üçün önəmli başlanğıc ola bilmir.

İlk Kanada səfərim — möhtəşəm idi. 1983-cü ildə yeddi günlük orda oldum. Beləliklə məni Amerika radiostansiyalarına görə öldürmüşdülər. Dedilər ki, güya ürək tutmasından ölmüşəm.

Son vaxtlar belə olur — nəsə iş görmək üçün ikinci mərtəbədən birinci mərtəbəyə enirəm. Gəlib çatdıqda isə nə üçün gəldiyimi unuduram.

Optimist biriyəm — bu sözlərlə bir çox çıxışlarımı bitirirəm. Gəlin bunu da bu cür bitirək.

Həyat — bütün müəllimərdən daha imkanlıdır.

Christian Dior həyat qanunlarıStephen King həyat qanunlarıGeorge Herbert Walker Bush həyat qanunları

Fikirlərinizi bildirin.