Mixael Şumaxer-TOP 10 fakt. Adi insandan belə avtomobil idmanı barədə soruşsanız, ilk ağlına gələn ad Mixael Şumaxer olar yəqinki. Bu gün sizə bu tanınmış Almanyalı pilotun bioqrafiyası və həyatı ilə bağlı verəcəyimiz on fakt onu yaxından tanımağa, insanı keyfiyyətlərini örgənməyə, xarakterini bilməyə imkan verəcək.

Bu siyahı nəticəsində siz onun həm müsbət, həmdə bəyənilməyən xasiyyətlərini kəşf edəcəksiniz.

İdman bioqrafiyası ilə bağlı faktlar:

Mixael Şumaxer “Formula-1” üzrə yeddi qat dünya çempionudur. O hələ 2012-ci ildə öz idman karyerasını başa vurmuşdur. Lakin, onun əldə etdiyi nəaliyyətlərin, rekordların çox hissəsi hələdə digər idmançılar tərəfindən yenilənməyib.

◊Avtomobil yürüşləri ilə Mixael 4 yaşından etibarən maraqlanmağa başlamışdır. Bu zaman onun atası o qədərdə böyük olmayan kartinq trasının inşasını bitirmişdir. Formula-1-in gələcək ulduzu həmin andan sürətli sürüşü sevmiş, məğlub olan zamanlar isə kədərlənib ağlayırdı.

◊Öz ilk çempionatını Şumaxer 6 yaşında udmuşdur. Bu yarış – iştirak üçün böyük pul tələb edən kartinq yarışı idi. Oğlunun həvəsini dəstəkləmək üçün ata ikinci işə düzəlməli olur. O maşın düzəldib, onları icarəyə verməklə məşğul idi. Anası isə yeməkxanada işləyərək ailəyə yardımçı olurdu.

◊Mixael Formula-1-də ilk debyutunu 1991-ci ildə etmişdir. Qran Pri məhs bu ildə çempionatın ən qəliz yolu hesab edilən Belçikada keçirilirdi. Debyut yarışa az qalmış mövcud pilot “Cordan” Bertrana Qaşonun həbsi nəticəsində mümkün oldu. Təşkilatçılar qısa müddət ərzində əvəzləyici tapmaq məcburiyyətində qaldıqlarından Şumaxeri seçməli oldular.

◊Belçika yolları Şumaxerin ən sevdiyi istiqamət olduğundan o artıq 1992-ci ildə Formula-1-də ilk qələbəsini qazandı.

◊1994-cü ildə ulduz dünya çempionatının qalibi olur. Bir çox mütəxəsislər onu Ceymon Hillomla ədalətsiz rəqabətdə günahlandırırdılar. Beləki, Şumaxer onu sonuncu döngədə ötərək qələbədən məhrum etmişdir.

Həyatı ilə bağlı maraqlı faktlar:

Bir çox hallarda uğurlu ulduzlar ağır xasiyyətə malik xarizmatik insanlar hesab edilir. Lakin, Mixaellə bağlı bu sözləri işlətmək düzgün olmazdı. O iş yoldaşları ilə səmimi yola gedir və ailə həyatını nümunəvi şəkildə yaşada bilirdi.

◊Gələcək həyat yoldaşı Korina ilə Mixael məşhur Alman pilot H.H. Frentsenin sayəsində tanış olmuşdur. Hayns-Harald özü əvvəl qadınla görüşdüyü üçün Şumaxerə də tanışlıq üçün yardımçı olub.

◊Mixael və Korina 1995-ci ildə ailə qurublar. Bu izdivac Şumaxeri Qran-Prilər zamanı daha ehtiyyatlı olmağa vadar edib.

◊Xöşbəxt cütlüyün bir qız övladı Cina-Mariya və oğlan övladı Mik dünyaya gəlmişdir. Oğlanlarının da avtomobil idmanına kifayət qədər marağı olduğundan, bu sahə üzrə artıq kifayət qədər nəaliyyətləri var.

◊Şumaxer heç vaxt ailəsinə və uşaqlarına qarşı ədəbsiz davranışı ilə seçilməyib. Ətrafdakılar onun sərhədsiz sevgisinin nümayişini hiss ediblər.

◊Dəişətli qəzadan sonra Mixael özünə tam olaraq gələ bilmədi və əlil olaraq əziyyət çəkdi. Buna baxmayaraq, həyat yoldaşı və uşaqları ona hər zaman dəstək olmuşlar. Onun sağalması üçün əllərindən gələni edirlər.

Mixael avtomobil idmanında ən yaxşı pilotlardan biridir.

O dünyada milyonlarla insanın ürəyini öz səmimiliyi və əzimkarlığı ilə ovsunlaya bilmişdir. Onun həyatı barədə faktları ciddi araşdırsaq tanınmış idmançı olmağı ilə yanaşı ideal ailə adamı olduğunu da görə bilərik.

Fikirlərinizi bildirin.