Milyarderlər arasında 5 bürc nümayəndələri.

5-ci yer — Dolça

Yüzlükdən doqquz. Kiçik göstəirici deyil. Maraqlısı ondadır ki, siyahıda birinci yerdə məhs dolça bürcünün nümayəndəsi Carlos Slimdir. 73 milyard varidata sahibdir. Sonrada deyirlər ki, dolçalar üçün pul önəmli deyil.

Yəqinki bu fikir hamıya şamil edilmir. Eyni zamanda, bu bürcün nümayəndələri hər zaman yaxşı yaşaya bilir və öz xarizmalarını gözəl təqdim etməyi bacarırlar. Hər zaman gördükləri işlə bağlı ödəniş edəcək adamı rahatlıqla tapa bilirlər.

4-cü yer — Şir

Yüzlükdən on. Ən “inamlı buratino” – Larry Ellison. 43 milyarda sahibdir. Şirlər pula yuxarıdan aşağı baxırlar. Onlar əldə etdikləri imkanları nümayişcəsinə biruzə etdirməyi sevirlər. Bir sözlə gözə kül üfürürlər. Buna baxmayaraq, şahlara uyğun şəkildə yaşamaq bacarıqları onlarda gözəl alınır.

3-cü yer — Qoç

Yüzlükdən on bir. Amancio Ortega qoçlar arasında ən imkanlı şəxs. Ümumi siyahının üçüncüsüdür. 57 milyarda sahibdir.

Bir qayda olaraq qoçlar riskə olduqca maraqla yanaşırlar. Əsasən gənclik illərində yaxşı gəlir əldə edir, sonra isə ömürlərinin sonlarına qədər imkanlarını artırmaq üçün cəht göstərirlər. Nəticədə kiminsə daha çox bəxti gətirir, kiminsə daha az. Ancaq bir çoxunun özündən sonrakı nəslə saxlamağa nələrisə olur.

2-ci yer — Qız

Olduqca prefeksionist insanlardır və hər qəpiklərini saymağı bacarırlar. Əlavə xərclərə yol verməsələrdə demək olar ki, hər şeyə sahibdirlər. Komfortlu həyatı sevirlər. Siyahıda sayları ondur.

Ümumi siyahıda ikinci, bürc nümayəndələri arasında isə birinci yeri Bill Gates tutur. 67 milyarda sahibdir.

1-ci yer — Buğa

Bu bürcün nümayəndələrinin sayı ilk yüzlükdə on iki nəfərdir. Onlar bir qayda olaraq pulu yox, böyük pulları sevirlər. Ancaq, bürclərin bildirdiyi xarakteristikaya uyğun olaraq buğalar bütün həyatları boyunca gəlir əldə etməyə can atsalarda, bir çox hallarda buna nail ola bilmirlər.

Milyarderlərin ümumi reytinqi

Əgər biz ilk yüzlükdə olan milyarderləri götürməsək, yəni ümumi şəkildə kapitalları milyardı keçmiş insanlar siyahısını araşdırsaq bir az fərqli mənzərə ilə üzləşmiş olarıq. Bu zaman ardıcıllıq:

  • Qız
  • Əqrəb
  • Oğlaq
  • Qoç
  • Xərçəng
  • Şir
  • Buğa
  • Əkizlər
  • Tərəzi
  • Balıq
  • Dolça
  • Oxatan

Bu gün rəsmi olaraq dünyada 613 sayda dollarla milyarda sahib insan mövcutdur.

Bürclərin günahları. Hansı qorxulu xüsusiyyətlərə sahibdirlər?Hər zaman cavan görünən bürclər

Fikirlərinizi bildirin.