Michael Tyson haqqında 7 maraqlı fakt. Michael Tyson dünya boksunun lideri hesab edilir. Son illərin ən titullu və məşhur idmançısıdır. Bir çox idman pərəstişkarlarının fikrində boks bir mənalı olaraq bu şəxsin adı assosiasiya olunur. Siz yəqinki Michael haqqında kifayət qədər məlumatlısınız. Ancaq bu gün sizin üçün ən fərqli, qeyri-adi, maraqlı faktları bir yerə cəmləməyi qərarlaşdırdıq. Bəlkədə bunlar haqqında hələ də məlumatlı deylsiniz.

Fakt 1

Gənclər arasında olimpiadanın rekordsmeni məhs Michaeldır. Öz ilk döyüşündə idmançı rəqibini nakauda göndərmişdir. Bu hal döyüşün başlanğıcından 8 saniyyə sonra baş vermişdir.

Fakt 2

Döyüşlər zamanı aldığı zərbələr nəticəsində göz damarlarının zədələnməsi nəticəsində kor olmaq təhlükəsi ilə üzləşmişdir.

Fakt 3

Profesianal şəkildə boksçu olmaq istəyi Michaelda Məhəmməd Əli ilə görüşdən sonra yaranmışdır. Gənclik illərində Tynson ABŞ-ın yeniyetmələr üçün tərbiyəvi cəza çəkmə müəssisəsində olmuşdur. Həmin illərdə Məhəmməd Əli bu kimi yerləri tez-tez ziyarət edir, gəncləri düzgün yola yönəltmək istəyirdi.

Michael Tyson haqqında 7 maraqlı fakt

Fakt 4

Michael Tyson dünya boks tarixinin 10 ən çox gəlirli döyüşünün 6-sında iştirak etmişdir.

Fakt 5

Michael Tysonun profesional karyerasında ən qısa müddət davam edən döyüşü 30 saniyyə davam etmişdir. Həmin döyüşdə rəqib kimi Joe Frazierin oğlu – Marvis Frazier olmuşdur.

Fakt 6

Michael Tysonun üzündəki tatoolar təzəliklə məhkəmə çəkişməsinə səbəb olmuşdur. “Oğlanlar-2” filmində: Veqasdan-Bankoka gələn filmin əsas qəhrəmanlarından biri üzünə məhs bu cür tatoo çəkdirmişdir. Nəticədə tatoonun müəllifi Voktor Uetmel bu əməli öz müəllif hüquqlarının pozulması hesab etmiş və Warner Brothers kino şirkətini məhkəməyə vermişdir.

Fakt 7

Hal-hazırda Michael Tysonun 53 yaşı var, o vegeteriandır. Sakit və stabil həyat tərzi yaşayır. Boks məşhuru fərqli rejimə riayət edir. Michael axşam saat 8-də yatır, gecə saat 2-də yuxudan oyanır.

İmicini məhv etmiş 7 idmançıFlorentin futbolu – hər kişinin işi deyil

Fikirlərinizi bildirin.