Metrosexsuallıq nədir? Yaxşıdır yoxsa pis? “Metrosexsual” termini ingilis dilindən tərcümədən iki sözün birləşməsi mənasını verir: meqopolis və cins.

Metrosexsual ciddi şəkildə xarici görkəminə diqqət yetirən kişi hesab edilir. Əlbətdəki, xarici görkəm dedikdə bütünlüklə bədən quruluşu, tərz, geyim, kosmotoloji proseslər nəzərdə tutulur. Bu cür kişilərin digərlərindən fərqi öz görünüşlərini və uyğun olaraq özlərini ideallaşdırmaq istəyidir. Bu onların həyatlarında ən böyük hədəf hesab edilir. Bir çox xarakterik cəhət baxımından qadınlara bənzərlikləri mğvcutdur. Onlar da dükanları gəzməyi sevirlər, üz dərilərinə və saçlarına diqqətlə yanaşırlar, bahalı ətirlərdən, hətda dekorativ kosmetikadan istifadə edirlər.

Maraqlı fakt: heçdə bütün dekorativ kosmetikadan istifadə edən kişilər metrosexsual hesab edilmir. Məqsəd ideal üz quruluşu əldə etmək, rəngsiz kosmetik vasitələrlə hiss olunmayacaq yaraşıqlığa sahib olmaq istəyidir.

İlk dəfə “metrosexsual” termini 1994-cü ildə İngiltərə dərgisində işlədilmişdir. Jurnalist Mark Simpson əlvan estetik zövqə və stilə sahib kişiləri bu cür adlandırmışdır.

Lakin, “metrosexsual” termininin başqa mənalarda işlənmə hallarınada rast gəlinir:

  • Maçonun tamamilə əksi olan kişi. Hər şeyin gözəlini və parlağını seçir, son dəb yenilikləri izləyir, gözəllik salonlarının ziyarətçisidir.
  • Meqopolis həyatının sakini. Gözəl incəsənət zövqünə sahibdir, həyatı estetik baxımdan qəbul edir, öz bədəni və siması üçün hər an puldan keçməyə hazırdır.

Adətən metrosexsuallara məhs böyük şəhərlərdə rast gəlmək mümkündür. Bu cür ortamda ideal xarici görünüşə sahib olmaq imkanları daha yüksək olur. Məntiqlə gözəllik salonları, idman zalları, geyim dükanları bu ortamda çoxluq təşkil edir.

Metrosexsuallıq nədir? Yaxşıdır yoxsa pis?

Bu cür kişilərlə birlikdə yaşamaq narahatlıq və çətinlik yaradır.

  • Onlar ailə qurmaq istəmirlər;
  • Diqqət mərkəzində yalnız özləri olurlar;
  • Hamam otağı və güzgünün qabağı hər zaman onların kosmetikası ilə dolu olur.

Metrosexsualların bu qədər diqqət və qulluq tələb etməklərinə baxmayaraq, onlar heç vaxt koryera yüksəlişi, liderlik haqqında düşünməzlər. Onlar üçün bütün nəvacibi yalnız geyimə və kosmetikaya xərcləmək normal haldır.

Sosioloqlar metrosexsuallığı xüsusi sosial bölgüyə ayırırlar. Onların fikrincə metrosexsuallar maço ilə sexsual orientasiyası fərqli olan oğlanların arasında olan bir anlayışdır. Statistikaya əsasən son bir neçə il ərzində Avropa dövlətlərində kişi kosmetikasının satış həcmi 18% artmışdır. Eyni zamanda, kişi kosmetik salonlarından, gözəllik salonlarında, idman zallarından istifadə edən istifadəçilərin sayında da müsbət fərq hiss olunur.

Metrosexsualları necə fərqləndirmk olar?

İlk öncə metrosexsual oğlanlar orta boylu olurlar. Çox ciddi görkəmləri ilə seçilmirlər. Güclü, əzələli, aktiv həyat tərzi keçirirlər. Eyni zamanda ünsiyyətcil, dostluğu bacaran olub, ətrafdakılardan seçilməkdən qorxmurlar.

Əsl metrosexsualı fərqləndirməyin 10 variantı mövcutdur:
  • Shopingi sevirlər

Hər şeyi unudub, bəlkədə 5 saat shopingdə vaxt keçirə bilərlər. Boş vaxtlarında sırf gəzinti və istirahət üçün mağazaları dolaşa bilirlər. Onların fikrincə gözl geyim individuallığın və originallığın nümayişidir.

  • Standart geyim istifadə etmirlər

Qarderobları olduqca böyükdür. Ancaq heç vaxt standart geyimə rast gələ bilmərsiniz. Hər geyimdən ən azından 10 formada tapa bilərsiniz. Lakin, seçim anında əziyyət çəkər, vaxt itirərlər. Onlar hər zaman ideal uyğunluğu yarada bilir və stilist zövqünə sahib olurlar.

  • Xeyli sayda aksesuarlar

Saatlar, şərflər, papaqlar, əlcəklər, çantalar, qalstuklar və s.-dən istifadə mütləqdir. Hər bir detala xüsusi diqqət yetirirlər. Uyğun ola biləcək kombinasiyaları düşünürlər.

  • Brendlərdən gözəl başları çıxır

Rahatlıqla bir markanı digər geyim markasından ayıra bilirlər. Eyni zamanda onlar üçün originalla oxşarı ayırmaqda asandır. Son yenilikləri izləyir, dəbin trendlərini nəzarətdə saxlayırlar.

Metrosexsuallıq nədir? Yaxşıdır yoxsa pis?

  • İdeal saç düzümü və üz təraşına xüsusi diqqət

Metrosexsualların həyat fəlsəfəsi belədir: əgər təbiət onlara tüklənmə bəxş edibsə, mütləq ona qulluq etmək lazımdır. Onlar tez-tez bərbərə getməyə çalışarlar, saç düzümlərini səliqədə və dəbə uyğun formada saxlayırlar. Saqqalla bağlı isə, ya saqqalsız, üzləri tam təraş olunmuş olurlar, yada çox səliqəli, hər gün xüsusi diqqət göstərilən yüngül saqqal saxlayırlar. Uzun saqqala nadir hallarda rast gələrsiniz.

  • İdman bədəninə sahibdirlər

İdman zalı – məhs burada mütləq bir və ya iki metrosexsuala rast gəlmək mümkündür. Onlar üçün bədənlərinin formada olması və dərialtı piylərinin az olması çox önəmlidir.

  • Sağlam həyat tərzi

Həyat fəlsəfəsinin daha bir qaydası. Sağlam və düzgün qidalanma mütləq şərtdir. Bu həm artıq çəkinin qarşısını alır, həmdə formada qalmağı, dərialtı piylənmədən qaçmağa imkan yaradır.

  • Yaşadığı evə xüsusi diqqət

Metrosexsual öz xarici görünüşü ilə yanaşı qaldığı məkanla bağlıda çox həssasdır. Onun otağı və ya ümumiyyətlə evi incəsənət nümunəsinə çevrilir. Bütün əşyalar xüsusi zövqlə, estetik nüyanslar nəzərə alınmaqla seçilir. Hər şey fen-şuy tərzində qurulur.

  • Hobbiləri və mədəni maraq mərkəzləri

Metrosexsuallar arasında incəsənəti sevən, teatra, tamaşalara, filimlərə maraq göstərənlər çoxluq təşkil edir. Adətən bitkiçiliyi və ekzotik yemək hazırlamağı çox sevirlər.

  • Metrosexsualların ümumi həyat fəlsəfəsi

Bu cür kişilər demək olar ki, hər şeydə maksimalistirlər. Onlar üçün uğur qazanmaq və ideallığa sahib olmaq həyatda çox önəmlidir. Özləri ilə yanaşı ətrafdakı insanlarda da eyni səliqəni, zövqü və baxımlılığı görmək istəyirlər.

Sexsual jestlər – for men6 alternativ sexsuallıq növüSexsual temperament tipleri

Fikirlərinizi bildirin.