“Menfri”: kişilərlə münasibətdən imtina edən qadınlar necə yaşayır?

1353
Menfri kişilərlə münasibətdən imtina edən qadınlar necə yaşayır

“Menfri”: kişilərlə münasibətdən imtina edən qadınlar necə yaşayır? Bu gün sizlərlə kişilərlə münasibət yaşamayan, bundan imtina etmək istəyən qadınların həyatları, onların yaşayış tərzləri və məmnunluq səviyyələri ilə bağlı söhbət etmək istərdik.

Yaşlı yalnız qadınlarla bağlı məsələ aydındır: ərləri öldükdən sonra onlar yenidən ərə getmək istəyində olmurlar, bütün zamanlarını övladlarına və ya nəvələrinə ayırmaq istəyirlər. Lakin, bir nəfərdən ibarət olan ailə üzvü adətən olduqca əməksevər olur. Daha doğrusu, zamanla həyat onu əməksevər olmağa vadar edir. Onlar arasında anlayışlı şəkildə, özləri bilərəkdən tək yaşamağa üstünlük verən qadınlar mövcutdur.

Cəmiyyət tərəfindən onlar bəzən gülüş mənbəyinə çevrilirlər. Bəzən onlara “pişiklərlə yaşayan qadınlar”, bəzən isə “uğursuz” qadınlar kimi ləqəblər qoyulur. Eyni zamanda sözü gedən zərif cinsin nümayəndələri psixoloqların fikrincə olduqca tələbkar qadınlar olurlar: “Maddi baxımdan özünü təmin etməyi bacaran qadın kişilərə qarşı olduqca tələbkar mövqe tutur. Onlar adətən ağ “bently”-də iki metr boya sahib, qarınsız oliqarx axtarışında olurlar”.

Sözün düzü, aparılan bir çox araşdırmalarda “bently” haqqında ətraflı nəticələr təqdim edilməsə də, ümumi nəticələrə görə qadınlar kişilərdə əsasən aşağıdakı keyfiyyətlərə daha çox önəm verirlər: gövənlilik hissi (31%), xeyirxahlıq (17%), intellekt (16%) və mədənilik (15%). Avtomobil və bahalı əşyalara sahib olmaqdan savayı xeyirqahlığın pulla əldə edilməsi mümkün olmur.

Mütamadi olaraq sosioloqlar insan yalnızlığının səbəbləri haqqında mübahisələr etmişlər. Bu halda ya urbanizasiya günahkar qismində nəzərə alınır, ya da qızlara düşən oğlan sayları hesablanır. Lakin, fakt faktlığında qalır: üumi qəbul olunmuş qaydaya uyğun olaraq, qadınlar heç də evliliyə həvəsli olmurlar.

Kanadalı mütəxəsislərin birgə aparılan araşdırmaları zamanı insanların “orta yaş” həddi müyyənləşdirilmişdir. Bu halda orta yaş dedikdə artıq gənc hesab edilməyən, eyni zamanda təqayüdə çıxmayanlar nəzərdə tutulur. Nəzarətə götürülənlər altı il müddətində izlənilmişlər. Nəticələrə görə önəmli fərqlilik qadınlar arasında müşahidə olunur. Nəticələri elan edən Jiani Lyunun sözlərinə görə: “qadınlar sankı zamanla evə daha bağlı olmağa və özlərini bu ortamda daha xöşbəxt hiss etməyə başlayırlar”.

Azərbaycanda subay və ya ailəli olmayan qadınların dəqiq statistikaları və onların bəyənmələri ilə bağlı geniş araşdırma aparılmamışdır. Bizim sosial şəbəkələrdə müxtəlif səhifələr üzərində apardığımız sorğularda isə yalnız 200 qadın səmimi şəkildə iştirak edib maraqlı hesab edilən sualları cavablandırmışlar. Müəyyən olunan nəticələrə görə, sən demə “single” haqqında bir çox ümumi fikirlər yanlışdır. Bu cür standart fikirlərin reallığa heç bir aidiyyatı yoxdur.

İlk ən çox yayılmış mif – yalnız yaşayan qadınların özlərini “seçilmiş” saymaqlarıdır.

Nədənsə bir çox vaxt məhs kişilər bu fikirlərə inanırlar. “Özünü seçilmiş hesab edən qadın pəncərənin qarşısında oturaraq yola baxıb düşünür – görəsən bu gün mənim qapımı milyonçu döyəcəkmi? Ancaq, 30 yaşı olan kimi cazibəli gözəlçə balqabağa çevrilir: sinə sallanır, üz qırışır, saç ağarır”. Nəticədə özü də hiss etmədən qadın tək qalır, sonradan evdə pişik saxlamağa başlayır.

Əslində isə, qadınlar münasibət yaşadıqdan sonra özləri bilərəkdən münasibətlərdən imtina edirlər. Bəziləri isə ümumiuyətlə ailə münasibətlərinin ağırlığını öncədən duyur və bu kimi single-mövcudluğun olmağındansa, ümumiyyətlə təkliyə daha üstünlük verirlər.

“İki dəfə evli olmuşam. Heç birində birlikdə olmağın mənasını anlamamışam. Bu narahatlıqdır. Həm darıxdırıcıdır, həmdə maddi baxımdan əlverişsizdir”.
“Münasibətlər yekunlaşdıqdan bir müddət sonra da inersiya səbəbindən bunun davam etməsini istəyirdim. Sonradan zamanla anladım ki, single olmaq məni tamami ilə təmin edir. Əlavə zaman, pul, əsəb sərf etmirəm. “Sevgilin” üçün heç nəyə dözməli olmursan. İstədiyindən artıq güc sərf etmirsən, başqalarının planlarına görə nəfəsini kəsmək məcburiyyətində qalmırsan. 12 illik təcrübə mənə kifayət etdi. Boşandıqdan sonra bütün tanış olduqlarım demək olarki, tanışlıqdan bir ay sonra birlikdə yaşamağı təklif etməyə başladılar. Lakin, mənim üçün bu çox ağırdır. Bundan daha önəmli işlərim var”.

İkinci fakt çoxdan mem formasını almışdır – “sən ümumiyyətlə normal kişiyə rast gəlməmisən”.

Təxminlərə görə tənha qadınlar heç olmasa bir dəfə uğursuz münasibətlərdə yanıblar. Bundan sonra bütün kişilərə soyuq və maraqsız yanaşırlar. Sadəcə – ağılla seçim etmək lazımdır məsələsinə səthi yanaşırlar. Bir balaca əziyyət çəksələr insana dayaq ola biləcək partnyor, ideal ata, unudulmaz məşuq tapa bilərlər.

Bu cür yanaşma tərzinin reallıqdan tamami ilə uzaq olduğunu söyləmək olmaz. Bir çox qadınlar uğursuz ailə həyatından sonra həqiqətən də risk etmək istəmirlər. Həqiqətən bəxtləri gətirənlər: ərləri yaxşı olanlar daim ətrafa baxaraq şanslı olduqlarını anlayırlar. Bəziləri isə, ailə həyatında yaşasalar da, gələcəyin menfrisi olacaqlarına əmindirlər. Bəziləri isə, indi xöşbəxt olduqlarını bildirsələr də, ərlərinə nəsə olsa bir daha ərə getməyəcəklərini söyləyirlər.

Tamamilə firavan bir evliliyi sevməyən qadınlara da rast gəlinir. Əsl qadın olaraq xoşbəxtlik, harmoniya və özünü həyatda realizə etmək kimi istəklər vədd edilsədə, yekunda birlikdə həyat yalnız daimi kompromis axtarışı və bütün qərarlarda başqa bir insanın fikrinə və istəklərinə üstünlük vermək ehtiyacları yaradır.

“Əvvəllər ərdə olmuşam. Qarşıma yaraşıqlı və adekvat oğlanlar çıxıb. İki dəfə dostluq münasibətlər səviyyəsinə qədər yüksəlib. Bir çox an düşünmüşəm – hamının can atdığı məsələ nədən ibarətdir? Bəlkə bütün bunlar mənə də yarayar? Sonuncu ailə həyatından sonra tək qaldıqda ətrafıma baxıb düşündüm – bu mənim nəyimə lazımdır?”
“Mən potensial menfriyəm. Yəni, ərdəyəm. Ərim yaxşı sayılacaq ərlərdən biridir. Buna görə birlikdəyik. Bəzən fikirləşəndə ki, həyatımda başqa bir insan peyda ola bilər, həmin an razılaşmayacağımı düşünürəm. Nə zamansa boşnmalı olsam belə bir daha birlikdə daimi münasibət yaşamağa razı olmaram”.
“Boşandıqdan sonra artıq 4,5 ildir ki, öz rahatlığım üçün yaşayıram. İlk il kimlərləsə tanış olmağa cəht göstərdim, bunun mənə lazım olmadığını gec anladım. Mənə bu cür xöşbəxtlik lazım deyil. Əgər beynim çox qarışmasa və mənə ağırlıq yaratmasa bəlkə də, nə zamansa münasibətlər yaşaya bilərəm. Ancaq, kənarda. Birlikdə yaşamağım mümkün deyil”.

Azərbaycanda da ailə krizisləri barədə psixoloqlar və sosioloqlar xeyli vaxtdır müzakirələr aparmaqdadırlar. Burda məsələ qərbin təsirləri ilə bağlı deyil. Sadəcə həyat, yaşayış tərzində xeyli dəyişikliklər baş vermişdir. Əvəllər qadınlar üçün evlilik hər şey demək idi. Bu halda onlar özlərini qorunmuş, təmin edilmiş hiss edir, uşaq dünyaya gətirmək üçün ideal ortam əldə edirdilər. Ev işləri qadın və kişi çiyinlərinə bərabər bölünürdü.

Hal-hazırda bir çox qadınlar üçün ailə qurmaq üçün obyektiv səbəblər mövcud deyil.

Bütün kişi məişət işləri keçmişdə qalıb: evləri tikinti şirkətləri tikir, əkin sahələrini konbaynlar biçir. Qarşılığı ödənilən əmək fiziki gücü gərəksiz edir. Nəticədə müasir dövrdə qızlar ərin lazım olduğu bütün çətinliklərin öhdəsindən gələ bilirlər. Onlar həm şəxsi ev alır, həm özlərini yetərli dərəcədə dolandırır, həm də uşaq böyüdə bilirlər.

Deməli, yuxarıda haqqında danışdığımız “bently”-dəki kişidən artıq fərqli gözləntilər formalaşır. Zamanla maddi tələbatlar psixoloji tələbatlara dəyişmiş olur. İndi həyat yoldaşı deyərkən doğum edən zaman meşədə nizə əlində ayıları və canavarları qovan kişiyə deyil, qadınla eyni dildə danışa bilən kişiyə ehtiyac duyulur. Bir çox araşdırmaların nəticələrinə görə isə, ümumiyyətlə kişisiz keçinmək və öz komfort zonasını pozmamaq qadınlar üçün daha uyğun seçim kimi görünür. Beləki, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) davranışşünas alimi Paul Dolan tərəfindən nəşr olunan araşdırmada uşaqları olmayan subay qadınların evli qadınlardan daha xoşbəxt olduğu müəyyən edilmişdir.

Nəticədə üçüncü mif – tənha qadın mütləq mənada bədbəxtdir fikri dağılmış və əsassız olur.

Populyar stereotiplərin əksinə olaraq, “güclü kişi əli” olmayan “subayların” həyatı nəinki dağılmır, həm də çox vaxt asanlaşır: yuma, təmizləmə və yemək bişirmək kimi əziyyətlər aradan qalxır.

“20 il müddətində davam edən, sonda yekunlaşan münasibətlərdən sonra özüm üçün yenidən münasibətlərdə yaşamaq ehtimalınmı olduqca aşağı qiymətləndirirəm. Bütün tanışlarım məndən xeyli sayda ev işləri görməyimi istəyirlər. Birlikdə yaşadığın kişi yaşlandıqca onun bu barədə istəkləri də artmış olur”.
“Mənim nənəm boşandıqdan sonra tək yaşayır. Normal şəkildə qızını böyüdə bilmişdir. Yəqinki həyatında başqa kişilər olub, ancaq ciddi və daimi münasibət yaşamayıb. 45 yaşı olarkən tanış olduğu kişi ona köçməyi təklif edir. O isə inadkarlıqla hər şeyin olduğu kimi qalmasını təkid edib. Kişiyə bundan sonra onun corablarını toplamaq və hər gün gündə üç dəfə yemək bişirmək istmədiyini deyib. Nəticədə söhbət kişinin xətrinə dəyib və bir daha geri qayıtmayıb”.
“İlk olaraq ev işləri olduqca az olur. Heçkimin ağıl örgətməsinə dözməyə ehtiyac olmur. Heçkimin planlarını nəzərə almırsan və heç kimin planlarına uyğunlaşmağa çalışmırsan”.
“Mən təzəlikcə boşanmışam. İndi uşaqlarımla yaşayıram və demək olar ki, ailədə say dəyişməyib. Ancaq, səbəbini anlamasamda, daha az paltar kirlənir. Yemək xərcləri də iki dəfə azalıb. Başım daha az ağrayır və gün ərzində onun üçün necə hazırlıq görüm haqqında düşünməyimə ehtiyac qalmır”.

Əsas mifi yaddan çıxarmaq olmaz – yalnız qalan qadınların sexual təminatı kölgə altında qalır.

Bu mövzuda xeyli sayda lətifələr belə qoşulub – əgər başı ağrayırsa, deməli çoxdandı sexi olmayıb, üçüncü diplom ala bilibsə, deməli sexlə məşğul olmur, fitneslə məşğul olursa deməli sexi yoxdur və özünə oğlan axtarışına çıxıb və s.

Əslində isə “single” qadınlarda sex mövzusu “uğurlu” qadınlara nisbətən daha əlvandır. İndiki dövrdə mobil proqramlardan istifadə edərək rahatlıqla partnyor tapmaq mümkündür. İstək olsa, bir neçəsini eyni anda əldə saxlamaq da olar.

Ən önəmli bonsu isə istədiyi vaxt sexdən imtina etməsidir. İstəmədiyi günlərdə qonaq qəbul etməz və heç kimlə mədəni olmağa çalışmaz.

Xəritə: qadınların 18 yaşından əvvəl evləndiyi ölkələrBəysiz toy: iki qadın hamını aldatmağı bacardı

Əvvəlki məqaləGənc yaşlarda əldə edilməli 5 vərdiş
Növbəti məqaləİdmanda perfeksionizm necə təhlükə yarada bilər?

Fikirlərinizi bildirin.