Marilyn Monroe həyat qanunları. Amerika aktrisası, müğənni, model. 36 yaşında Kaliforniya, Los-Ancelsdə vəfat etmişdir.

Dahi aktrisa olmaq istərdim — sözün əsl mənasında. Və mümkün olduğu qədəri ilə xöşbəxt olmaq istərdim. Ancaq, xöşbəxtlik nə deməkdir?

İtlər heç vaxt məni dişdəmirlər — yalnız insanlar bunu edir.

Mən heç vaxt Marilyn olmaq istəməmişəm — sadəcə belə alındı. Marilyn bir addır – onun altında Norma Jeaneni gizlədirəm (Marilyn Monroenun əsl adı Norma Jeane Baker olmuşdur).

Mən çox balaca olarkən — otağa ilk girən insan qadın olanda ona “Ana!”, kişi olanda isə “Ata!” deyə müraciət edirdim. Ancaq  üç yaşım olanda günlərin bir günü məni çimdirirdilər. Və mən mənlə məşğul olan qadına ana dedim. O isə cavabında: “Mən sənin anan deyiləm. Məni xala deyə çağır”. Bəs o mənim atamdır? -onun ərini göstərərək mən təkrar soruşdum. “Yox – dedi – biz sənin valideyinlərin deyilik. O sənin yanına arada gələn sarı saçlı qadın sənin anandır.” O zaman bu sözlər mənim üçün bir şok idi. Ancaq həmin qadın nadir hallarda gəlirdi. Buna görədə o mənim üçün hər zaman “o sarı saçlı qadın” olaraq qaldı.

Bədən — ona baxmaq və həzz almaq üçün yaradılıb. Gizlətmək üçün yox.

Bir qadın kimi mən imkanlı deyiləm — Mənim kişilərim məndən çox böyük şeylər gözləyirlər. Çünki onlar, elə məndə özümdən sex-simvol düzəltmişəm. Onlara elə gəlirki zəng çalınacaq, işıqlar yanacaq, ancaq mənim anatomiyam digər qadınların anatomiyasından heçnə ilə fərqlənmir. Bu səbəbdən də gözləntiləri təmin edə bilmirəm.

Problem ondadır ki, sex-simvol əşyaya çevrilib — mən isə əşya olmağa nifrət edirəm. Digər tərəfdən isə, əgər mən nəyinsə simvolu olmalıyamsa, qoy elə bu sex olsun.

Tənhalıq məni ümumiyyətlə sıxmır — tək qalarkən özümü çox yaxşı hiss edirəm. Hətda bu mənim xoşuma gəlir. Bu bir istirahətdir. Özünü ələ almağa imkan verir, beyni açır.

İnsanlar gülməlidirlər — Onlar bütün bu sualları soruşurlar. Sən isə səmimi cavab verərkən şoka düşürlər. Bir dəfə məndən soruşdular: “Siz yatmağa gedərkən nə geyinrsiniz? Gecə köynəyi? Gecə köynəyi və şalvarı? Sadəcə köynək?” Mən cavab verdim: “Chanel № 5” ətri. Çünkü bu həqiqətdir. Gecələr tamami ilə lüt yatdığımı demək istəmirdim. Ancaq bu belədir.

Döşlər və arxa nələri bacarır? — onların sayəsində mənim hovuzum olan evim var. Heç bir qadın geyimsiz mənim kimi görsənmir.

Mənim problemim var – mən həmişə gecikirəm — yəqinki insanlar elə düşünür ki, bu təkəbbürlük əlamətidir. Mən isə tamami ilə əksini düşünürəm. Mən bu amerikan sayağı tələskənliyə aid bir insan deyiləm. Harasa gedirəmsə məndən gərəkənin maksimumunu verərək gözəl nələrisə nümayiş etdirməyə çalışıram. Çoxları vaxtında gəlir, ancaq heç nə etmirlər. Sadəcə oturub öz sosial həyatlarından danışırlar. Gable (aktyor Clark Gable, 1930-1940-cı illərin Hollivud ulduzu) bir gün mənim haqqımda bunu dedi: “O burda olarkən, həqiqətən burda olur. Başdan ayağa. O həqiqətən işləyir”.

Sən məşhur olduqca sənin zəifliyin böyüdülür, şişirdilir — Yaxşı industriya özünü uşağı maşın təkəri altına atılmış ana kimi aparmaldır. Ancaq, uşağını qaldırmaq, qucaqlamaq əvəzinə o övladını tənbeh edir, cəzalandırır. Və budur bizim artıq xəstələnməyə ixtiyarımız yoxdur. Produserlər rahatlıqla xəstələnə, evdə qalaraq işlərini telefonla apara bilərlər. Ancaq sən, aktyor və ya aktrisa virus tuta bilmərsən.

Kinoda çəkilərkən — hər zaman məsuliyyət hiss edirsən. Hətda sadəcə çıxıb “Salam” deməli olduğun ən kiçik epizodik rollara görə belə məsuliyyət. İnsanlar əbəs yerə biletə pul verdiklərini düşünməməlidirlər. Buna görədə mən aktrisa kimi bacarıqlarımın hamsını onlara borcluyam.

Aktyorlar daha çox utancaqdırlar — təsəvvür etdiyinizdən çox. Bizim hər birimizin daxilində nəzarət edən sensor mövcutdur. Biz yalnız bu çərçivədə hərəkət edə bilirik. İnsanlar əmindirlər ki, bizim yeganə işimiz insanların arasında olmaqdı. Ancaq, bu həqiqətən qəlizdir. Bunun arxasında böyük mübarizə dayanır. Mən dünyada ən böyük özgüvənə sahib olmayan insanam. Həqiqətəndə özümlə mübarizə aparmalı oluram.

Aktyor maşın deyil — insanlar bunun əksini inandırmaq istəsələrdə bu belə deyil.

“Centilmenlər sarışın xanımlara üstünlük verir” filmində necə rol aldığım yadımdadır — Jane Russellin saçları qara idi. O həmin filimdən 200 000 dollar, mən isə həfdəyə 500 dollar qazandım. Ancaq bu məbləğ mənim üçün az qazanc deyildi. Yeri gəlmişkən onun mənə münasibəti gözəl idi. Bircə qrim otağını mənə vermirdi. Müəyyən anda mən dedim: “Qulaq asın, əvvəl-axır mən sarışınam, filmin adıda “Centilmenlər sarışın xanımlara üstünlük verir”-dir. Onlar mənə həmişə xatırladırdılar ki, mən ulduz deyiləm. Mən isə cavabında: “Mən hər kim olsamda, mən sarışınam!” deyirdim.

Arthur Miller (amerikan yazıçısı, Pulitserovki premiyasının lauriatı) — mən axmaq olsaydım heç vaxt mənimlə evlənməzdi.

Uşaqlar hər zaman mənim ən qorxduğum nöqtəm olub — mən uşaqlardan qorxduğum dərəcədə də uşaq istəyirəm. Hər zaman hamilə qaldıqda mənim bədənim “yox” deyir. Nəticədə uşağı salıram.

Mənim ərlərimin uşaqları — mənim məşhurluğumun ağırlığını daşımalı olublar. Bəzən onlar mənim haqqımda irgənc yazılar oxuyurdular. Mən isə narahat olurdum, birdən bu onlara ziyan vurar. Hər zaman deyirdim: susmayın, ən yaxşısı sualları birbaşa məndən soruşun. Mən hamsına dəqiq və səmimi cavab verərəm.

Bəzən mənə elə gəlir ki, bütün həyatım — başdan-başa imtinalardan ibarətdir.

Brad Pitt həyat qanunlarıDiego Maradona həyat qanunlarıPsixi müalicə almış ulduzlar

Fikirlərinizi bildirin.